Əşrəf Allahverdiyev

Vikipediya saytından
Natiq 1964 (müzakirə | töhfələr) (Əşrəf Allahverdiyev) tərəfindən edilmiş 13:56, 13 may 2020 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Əşrəf Allahverdiyev
Doğum tarixi 15 may 1904(1904-05-15)
Doğum yeri
Vəfat tarixi 6 dekabr 1983(1983-12-06) (79 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Fəaliyyət illəri 1933-cü ildən
Mükafatları Lenin ordeni, Qırmızı əmək bayrağı ordeni,Əməkdar mühəndis

== Allahverdiyev Əşrəf ==

== Azərbaycanın SSR-nın siyasi dövlət xadimi , əməkdar mühəndis.

Allahverdiyev Əşrəf Gülməmməd oğlu

==

15 may 1904-cü ildə Tərtər rayonu Evoğlu kəndində tacir ailəsində anadan olmuşdur, əvvəl molla məktəbində oxuduqdan sonra Bərdə rus-tatar məktəbində təhsilini davam etdirmişdir. 1920-1926-ci ildə Bakı Partiya məktəbində, Azərbaycan Dövlət Universitetində, 1926-1931-ci illərdə Lomonosov adına Moskva dövlət universitetində təhsil almışdır. 1933-cü ilədək Moskva elmi-tədqiqat avtotraktor institutunda elmi işçi işləmişdir. 1933-1939-cu illərdə Azərbaycana qayıdaraq Kürdəmir rayonu maşın traktor stansiyasının (MTS) direktoru işləmiş sonra Amerika Birləşmiş Ştatlarına bir illik avtomexanika kursana göndərilmişdir, Amerika Birləşmiş Ştatlarından qayıtdıqdan sonra Azərbaycan Respublikası Torpaq Komisarlığında şöbə müdiri vəzifəsinə təyin olunmuşdur.

    1940-1949-cu illərdə Sumqayıt şəhər Partiya Komitəsinin birinci katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsinin müdiri, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, Azərbaycan SSR Nazirlər Sovetinin SSRİ Nazirlər Soveti yanında daimi nümayəndəsi vəzifələrində çalışmış, Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. 

1949-cu ildə SSRİ Nazirlər Soveti yaninda Kürarazsutikinti trestinə rəis müavini təyin edilib və ömrünün sonunadək 25 il bu trestdə işləyib yaratmışdır, Yuxarı- Qarabağ, Yuxarı- Şirvan, Samur- Dəvəçi, Bəhramtəpə su qovşağı, Ceyranbatan və Akstafa su anbarlarının müəlliflərindəndir.

Əşrəf Allahverdiyevin xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib O Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və digər medallarla təltif olunub, ona  Azərbaycan respublikasının Əməkdar Mühəndisi fəxri adı verilib.

Əşrəf Allahverdiyevin bir oğlu və bir qızı olmuşdur. Əşrəf Allahverdiyev 06 dekabr 1983-cü ildə Bakı şəhərindı vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir