Qara daş

Vikipediya, azad ensiklopediya
Verman1 (müzakirə | töhfələr) (Kateqoriya:İslam mifologiyası silindi HotCat ilə) tərəfindən edilmiş 12:08, 31 may 2020 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Qara daş(Ər: الحجر الأسود, Həcərül Əsvəd, Həcər: Daş, Əsvəd isə: Qara) — Məkkədə Kəbə Evinin bir bucağında yerləşdirilmişdir. Müsəlmanlar bu daşın Cənnətdən endirildiyi inancındadırlar.

"Qara daşın" yerinə qoyulması

Peyğəmbərliyə yetişməzdən əvvəl Məhəmmədi Məkkə əhalisinin gözündə uca edən mühüm hadisələrdən biri də qara daşın yerinə qoyulması hadisəsi olmuşdur. Kəbə evi cahiliyyət dövründə də ərəblər tərəfindən möhtərəm sayılırdı. Bir dəfə sel Kəbə evinin içərisinə axaraq divarlarını uçurmuşdu. Qüreyş qəbiləsi divarları yenidən tikdikdən sonra Qara daşın yerinə qoyulması məsələsində qəbilələr arasında ixtilaf düşür. Hər qəbilənin rəisi bu şərafətli işi öz üzərinə götürmək istəyir. Nəhayətdə ixtilaf özünün ən yüksək zirvəsinə çatır. Belə ki, hər qəbilənin rəisi içi qanla dolu olan bir qab gətirərək onun içinə əllərini salırlar. Bu and içmənin mənası o deməkdir ki, onlar qalib müəyyən edilənə qədər vuruşmalıdırlar. Ən nəhayətdə razılıq əldə etdilər ki, hər kim Bəni Şəybə qapısından məscidə daxil olsa onu bu məsələdə hakim təyin etsinlər və o, nə hökm etsə ona əməl etsinlər. Məscidə birinci daxil olan şəxs Məhəmməd oldu. Qüreyş qəbiləsinin ağsaqqalları dedilər ki, o əmanətdar (əmin) adamdır hər nə desə qəbul edəcəyik. Sonradan əhvalatı ona söylədilər. Məhəmməd dedi: Yerə parça sərin. Onlar bu işi gördükdən sonra Həzrət Qara daşı parçanın ortasına qoyub yenidən dedi: Hər qəbilənin rəisi parçanın bir ucundan yapışaraq qaldırsın. Bunu etdikdən sonra özü qara daşı yerinə yerləşdirdi. Bu hakimliyi ilə o, böyük bir qan tökülməsinin qarşısını almış oldu.

İndi həmin Qara daş Kəbənin cənub-qərb küncündə yerləşir. Bəzi rəvayətlərə görə, daş əvvəl ağ rəngdə olub və bir çox günahkar insanların ona toxunması nəticəsində zaman keçdikcə qaralıb. Zəvvarlar Həcc mövsümündə bu daşı öpməyə cəhd edirlər. Buna nail olmadıqda, heç olmasa, ona toxunmağı özlərinə şərəf hesab edirlər.

Maraqlıdır ki, 930-cu ildə Bəhreyndə məskunlaşmış kərmətilər Qara daşı oğurlayıbmışlar.[1]

Yalnız 951-ci ildə bu daş yenidən Məkkəyə qaytarılmışdır.

Kəbə iki dəfə yanmış, 1626-cı ildə isə Məkkəni sel basdıqda, suda batmışdır. Bu bədbəxt hadisələrdən sonra Qara daş 15 parçaya bölünmüşdür. İndi bu hissələr sement məhlulu ilə birləşdirilib və gümüş çərçivəyə salınıb. Daşın görünən hissəsi, təxminən, 16,5x20 sm-dir.

Mənbə