Danyeri qəbiristanlığı

Vikipediya, azad ensiklopediya
Nemoralis (müzakirə | töhfələr) tərəfindən edilmiş 12:24, 16 iyul 2020 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Danyeri qəbiristanlığıAzərbaycan Respublikası Şərur rayonu ərazisində arxeoloji abidə.

Haqqında

Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən arxeoloji abidədir. Eyniadlı yaşayış yerinin yaxınlığında yerləşir. Əsas hissəsinin izləri itmişdir.Bir neçə sənduqə dövrümüzədək qalmışdır. Düzbucalıq formalı sənduqənin üç tərəfi cızma, döymə və oyma üsulu ilə zəngin nəbati naxışlarla bəzədilmişdir. Sənduqənin kitabəsi ərəb əlifbası ilə həkk edilmiş Quran ayələrindən, mərhumun adı, doğum və ölüm tarixinə aid məlumatlardan ibarətdir.

Mənbə

  • "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. Azərbaycan Milli Ensiklopediyası. Bakı. 2015. səh. 321. ISBN 978-9952-441-11-6.