Danyeri qəbiristanlığı

Danyeri qəbiristanlığıAzərbaycan Respublikası Şərur rayonu ərazisində arxeoloji abidə.

Haqqında[redaktə | mənbəni redaktə et]

Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən arxeoloji abidədir. Eyniadlı yaşayış yerinin yaxınlığında yerləşir. Əsas hissəsinin izləri itmişdir. Bir neçə sənduqə dövrümüzədək qalmışdır. Düzbucalıq formalı sənduqənin üç tərəfi cızma, döymə və oyma üsulu ilə zəngin nəbati naxışlarla bəzədilmişdir. Sənduqənin kitabəsi ərəb əlifbası ilə həkk edilmiş Quran ayələrindən, mərhumun adı, doğum və ölüm tarixinə aid məlumatlardan ibarətdir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. Azərbaycan Milli Ensiklopediyası. Bakı. 2015. səh. 321. ISBN 978-9952-441-11-6.