Azərbaycan Dövlət Fortepiano Triosu

Vikipediya saytından
Eldarado (müzakirə | töhfələr) (→‎Fortepiano triosunun iştirakçıları: texniki düzəliş, typos fixed: Töhvə → Töhfə using AWB) tərəfindən edilmiş 12:53, 27 avqust 2020 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Azərbaycan Dövlət Fortepiano Triosu

Azərbaycan Dövlət Fortepiano Triosu 2002-ci ilin sentyabr ayında Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə yaradılıb.

Fortepiano Triosunun repertuarı Azərbaycan və xarici bəstəkarların klassik və müasir əsərlərilə zəngindir.

Fortepiano triosunun iştirakçıları[redaktə | mənbəni redaktə et]

  • Töhfə Babayeva – skripka-Bakı Musiqi Akademiyasının dosenti, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin solistidir. Musiqiçilərin Respublika müsabiqəsinin laureatı, Azərbaycan Respublikasının Əməkdar artistidir.
  • Səbinə İbrahimova (violonçel) – Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin solistidir. Bakı Musiqi Akademiyasının müəllimidir.
  • Nərgiz Əliyarova (fortepiano) – Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq namizədidir. Musiqiçilərin II Respublika müsabiqəsinin laureatıdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]