Azərbaycan Dövlət Fortepiano Triosu
Azərbaycan Dövlət Fortepiano Triosu 2002-ci ilin sentyabr ayında Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə yaradılıb.
Fortepiano Triosunun repertuarı Azərbaycan və xarici bəstəkarların klassik və müasir əsərlərilə zəngindir.
- Töhfə Babayeva – skripka-Bakı Musiqi Akademiyasının dosenti, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin solistidir. Musiqiçilərin Respublika müsabiqəsinin laureatı, Azərbaycan Respublikasının Əməkdar artistidir.
- Səbinə İbrahimova (violonçel) – Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin solistidir. Bakı Musiqi Akademiyasının müəllimidir.
- Nərgiz Əliyarova (fortepiano) – Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq namizədidir. Musiqiçilərin II Respublika müsabiqəsinin laureatıdır.