Abbas Arazlı

Vikipediya, azad ensiklopediya
Vagobot (müzakirə | töhfələr) (Yazıçı şablonu qaydaya salınır) tərəfindən edilmiş 12:01, 23 sentyabr 2020 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Abbas Arazlı
Fayl:Abbas Arazlı.jpg
Doğum adı Abbas Məhəmməd oğlu İsmayılov
Təxəllüsü Abbas Arazlı
Doğum tarixi (88 yaş)
Doğum yeri
Fəaliyyəti şair

Abbas İsmayılov (tam adı: Abbas Məhəmməd oğlu İsmayılov, təxəllüsü: Abbas Arazlı; 24 may, 1936, Araz Maşanlı, Cəbrayıl rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycan-sovet şairi, publisisti, 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı

Abbas Arazlı 1936-cı il mayın 24-də Cəbrayıl rayonunun Araz Maşanlı kəndində anadan olmuşdur. Burada kənd yeddiillik məktəbini, qonşu Soltanlı kəndində orta məktəbi bitirdikdən sonra sıravi kolxozçu kimi çalışmışdır (1953-1954). Bakı 7 saylı tibb məktəbində təhsil almışdır (1954-1956). Cəbrayıl rayonu kənd xəstəxanalarında feldşer olmuşdur. M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirmişdir (1962-1967). Sarıcallı kənd səkkizillik məktəbinə rus dili və ədəbiyyatı müəllimi təyin olunmuşdur. Bir ildən sonra Araz Maşanlı kənd orta məktəbinə dəyişdirilmişdir (1968-1993).

Erməni hərbi birləşmələri Cəbrayıl rayonunu işğal edəndən sonra Bakı şəhəri Qaradağ rayonunun Sahil qəsəbəsində məskunlaşmışdır.

Hazırda orada 273 saylı orta məktəbin müəllimidir (1993-cü ildən). "Ayrılıq", "Cəbrayılım" şeir topluları, "Təki əsgər yaşasın", "Şəhidlik nədir?" publisistik kitabları nəşr olunmuşdur.

Mənbə

  • XX əsr Azərbaycan yazıçıları,Ensiklopedik məlumat kitabı. Bakı,2011