Ağ-qara reportaj (film, 2006)

Vikipediya saytından
Vagobot (müzakirə | töhfələr) (Film şablonu qaydaya salınır) tərəfindən edilmiş 14:48, 29 sentyabr 2020 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Ağ-qara reportaj
İlk baxış tarixi 2006

Ağ-qara reportaj qısametrajlı sənədli televiziya filmi rejissor Teymur Nəcəfzadə tərəfindən 2006-cı ildə çəkilmişdir. Film ANS televiziyasında istehsal edilmişdir. Film azərbaycanlı jurnalist, Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev haqqındadır. Filmdə onun əzizləri və dost-tanışları öz xatirələrini bölüşürlər.

Məzmun

Film azərbaycanlı jurnalist, Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev haqqındadır. Filmdə onun əzizləri və dost-tanışları öz xatirələrini bölüşürlər.

Çingiz Mustafayevin əsasını qoyduğu 215 kl studiyasında reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin ABŞ və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapmışdır. Onun Xocalı soyqırımı haqda çəkdiyi filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qalmışdır. O, 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olmuşdur.[1]

Filmin üzərində işləyənlər

Ssenarist: Sədi Məmmədov
Rejissor: Teymur Nəcəfzadə
Operator: Rəşad Nuriyev

İstinadlar

Həmçinin bax

Azərbaycan filmlərinin siyahısı
2006-cı ilin Azərbaycan filmləri
2000-ci illər Azərbaycan filmlərinin siyahısı