Kobra (hərbi birləşmə)

Vikipediya, azad ensiklopediya
White Demon (müzakirə | töhfələr) (White Demon Kobra (XTD) səhifəsinin adını Kobra (xüsusi təyinatlı dəstə) olaraq dəyişdi.) tərəfindən edilmiş 20:13, 13 dekabr 2020 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Kobra
Növü hərb
Ölkə Azərbaycan Azərbaycan
Tabedir Azərbaycan Respublikası Daxili Qoşunları
Daxildir Azərbaycan Silahlı Qüvvələri
Tərkibi zabitgizirlədən ibarətdir
Vəzifəsi ictimai əsayişin və ictimai təhlükəsizliyin mühafizəsi
Hissə Dəstə
Ləqəbi Kobra
Himayədarı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi
Rəngləri Zoğalı
Təchizatı müasir silahlar
Döyüşlər

Kobra Xüsusi Təyinatlı Dəstə — Azərbaycan Respublikası Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsi.

Azərbaycan Respublikası Daxili Qoşunlarının xüsusi təyinatlı dəstələrində xidmət edən əsgərlər ilkin seçim, test üsulu ilə yoxlama, müşahidə və söhbətlər mərhələsindən keçməklə seçilirlər. Birinci mərhələ xüsusi komissiya tərəfindən həyata keçirilir. Bu komissiyanın tərkibinə qərargah, kadrlar, tibb və xüsusi təyinatlı bölmələrin zabitləri daxildir. Hər bir namizədlə aparılan söhbətlər zamanı onun xidmətə gəlməkdə məqsədi, vətənpərvərlik hissləri, ölkədə baş verən hadisələrə, valideynlərinə, onların bu xidmətə münasibəti, hərbi və ya mülki təhsili, ailə vəziyyəti, ixtisası və gələcək planları, marağı, asudə vaxtını necə keçirməsi, idmana marağı, sağlamlığının vəziyyəti, keçirdiyi xəstəliklər və s. öyrənilir. Bundan sonra namizədə gələcək xidmətlə bağlı suallar verilir. İkinci mərhələdə isə seçilmiş namizədin fiziki və psixoloji keyfiyyətləri yoxlanılır. Bu keyfiyyətlər 7 test üzrə çıxarılır, yüksək bal toplayanlar müsabiqədən keçmiş sayılır. İkinci mərhələdə namizədin dözümlülüyü qiymətləndirilir, güc dözümlülüyü yoxlanılır, həmçinin güc keyfiyyətləri, sürət keyfiyyətləri, elastikliyi, cəldliyi və cəsurluğu qiymətləndirilir.Bunun əsasında təşkil olunmuş kruslar zamanı onlar "Qırmızı beret" baş geyimini qazanırlar.

Bu taborun təlimlərində əsasən çöl, bina, meşə və dağ şəraitində silahlı cinayətkarların zərərsizləşdirilməsinə önəm verilir. Onlar əlbəyaxa döyüş növlərini öyrənirlər. Eyni zamanda gecə təlimləri, gecə vaxtı müxtəlif şəraitlərdə əməliyyatlar aparmaq imkanları müntəzəm olaraq nəzərdən keçirilir. XTD-nin əsgər və zabitlərinin adları açıqlanmır, onlar Türkiyə, ABŞ, Macarıstan, Almaniya, Ukrayna, Çin və digər ölkələrdə təlimlərdə iştirak edib təcrübə toplayırlar.

Xarici keçidlər