Ramin Məmmədli

Vikipediya saytından
Elmir Çobanzadə (müzakirə | töhfələr) (Səhifə " {{Hərbi xadim |adı = Ramin Məmmədli |orijinal adı = |şəkil = [[Şəkil:Ramin Məmmədli.jpg|200px|thumb|center]..." məzmunu ilə yaradıldı) tərəfindən edilmiş 14:04, 25 dekabr 2020 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Ramin Məmmədli
Fayl:Ramin Məmmədli.jpg
Şəxsi məlumatlar
Doğum tarixi (26 yaş)
Doğum yeri Şəki rayonu, Babaratma kəndi
Vəfat tarixi 18 oktyabr 2020(2020-10-18) (22 yaşında)
Vəfat yeri Suqovuşan
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri Şəki rayonu, Babaratma kəndi
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Silahlı Qüvvələri, Azərbaycan Respublikası
Qoşun növü AzərbaycanAzərbaycan Silahlı Qüvvələri, Quru qoşunları
Xidmət illəri 2016-2017
Rütbəsi Əsgər
Döyüşlər Vətən müharibəsi Vətən müharibəsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020

Ramin Məmmədli (tam adı: Ramin Aydın oğlu Məmmədli Şəki rayonu, Babaratma kəndi Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Vətən müharibəsinin iştirakçısı.

Həyatı

Məmmədli Ramin Aydın oğlu, 14 noyabr 1997-ci ildə Şəki rayon, Babaratma kəndində anadan olmuşdur. 2004-cü ildə Babaratma kənd orta məktəbində təhsil almağa başlamışdır. Əmisi Habil Məmmədov, Vətən müharibəsi qazisidir.

Hərbi xidməti

Ramin Məmmədli, məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. 2016-2017-ci illərdə Tapqaraqoyunlu və Talışkənd ərazilərində hərbi xidmətdə olmuşdur. Hərbi xidmət illərində kəşfiyyatçı olaraq fəaliyyət göstərmişdir.

Vətən müharibəsi

Sentyabr ayının 29-dan könüllü olaraq Vətən müharibəsinə yollanmışdır. Ramin, Goranboy-Ağdərə istiqamətində olan döyüşlərdə şücaətlə vuruşmuşdur. Döyüşlərdən birində qəlpə yarası almasına baxmayaraq, Ramin, yaralı halda neytral zonada olan digər bir silah yoldaşına yardım etmək üçün irəli qaçır. Ancaq bu anda snayper gülləsinə tuş gəlir və Suqovuşan ərazisində qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlir.[1] O, 18 oktyabr 2020-ci il tarixində doğulduğu Babaratma kəndində torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsindəki xidmətlərinə və düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi rəşadətinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Ramin Məmmədli, "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.[2]

İstinadlar

  1. https://mod.gov.az/az/news/veten-muharibesinde-sehid-olmus-herbi-qulluqcularin-siyahisi-34185.html
  2. https://president.az/articles/49098