Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Suqovuşan (əvvəlki adı: Madagiz) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çaylı kənd inzibati ərazi dairəsində kənd.[1]
Suqovuşan | |
---|---|
40°19′33″ şm. e. 46°45′00″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 434 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ5900 |
Nəqliyyat kodu | 14 |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan Respublikası Milli Məclisinin 6 oktyabr 2020-ci il tarixli, 173-VIQ saylı Qərarı ilə Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndi Suqovuşan kəndi adlandırılmışdır.[2] Kənd 3 oktyabr 2020-ci il tarixində Qarabağda gedən döyüşlər zamanı Talış kəndi ilə bərabər Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdir.[3]
5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.[4]
Bölgə əsasən dərin yarğanlarla kəsilmiş yüksək, seyrək meşəlik çəmənliklərdən ibarətdir. Qəsəbə ərazisindən Tərtər çayı axır. Bölgədə əhəngdaşı ehtiyatları mövcuddur.
Suqovuşan kəndi 1923-cü ildə təşkil edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə daxil edildi. 1943-cü ildə Suqovuşana şəhər tipli qəsəbə statusu verilmişdi.[5] 1949-cu ildə burada mebel fabriki və əhəng istehsalı sexi olan sənaye kompleksi yerləşirdi. 1953-cü ildə qəsəbədə orta məktəb açıldı.[6] 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam rayonu, Tərtər rayonu və Kəlbəcər rayonu arasında bölüşdürüldü. Suqovuşan kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir.
Suqovuşan ilk dəfə 1992-ci ilin iyun-iyul aylarında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. 1994-cü ilin aprel ayında Manvel Qriqoryanın başçılığı altında Ermənistan ordusunun Eçmiədzin könüllülər dəstəsi yenidən Suqovuşanı işğal edib.
1992-ci ilin sentyabr ayında Qarabağda formalaşdırılan beşinci müdafiə rayonu hərbi hissəsi Qarabağ döyüşlərində bir çox təxribatçı əməliyyatlarda iştirak edib və azad edilənədək işğalçı Ermənistan ordusunun Qarabağdakı ən yaxşı hərbi hissələrindən biri hesab olunurdu. Hərbi hissənin nömrəsi 49971 idi. 5-ci müdafiə rayonu, dağatıcı alay, 49971 nömrəli hərbi hissə olaraq, 10-cu dağatıcı diviziyanın tərkibinə daxil idi. Ehtimal edilir ki, hərbi hissə Ağdərəyə yaxın ərazilərdən Madagiz yaşayış məntəqəsi hüdudlarınadək döyüş növbətçiliyinə cəlb olunurdu. Bura aprel döyüşlərində Azərbaycan ordusunun əsas hədəflərindən biri olub.[7] Bundan başqa erməni ordusunun 6-cı müdafiə rayonu kimi qeyd etdiyi 33651 nömrəli hərbi hissə də Madagizdə yerləşirdi.[8]
Azərbaycan kütləvi informasiya vasitələrində 2016-cı il aprelin 4-dən 5-nə keçən gecə baş verən ağır döyüşlərdən sonra Suqovuşan kəndinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildiyi xəbəri yayılsa da, bu barədə Azərbaycan Respublikası Müdafə Nazirliyi tərəfindən heç bir açıqlama verilməmiş, erməni tərəfi isə xəbərin dezinformasiya olduğunu bildirmişdir.
3 oktyabr 2020-ci il Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[3] Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən tarixi adı bərpa edilərək Suqovuşan adlandırılmışdır.[9]
2016-cı ilin aprel ayına qədər bu yaşayış məntəqəsində 500 nəfərə qədər erməni yaşayırdı.
Siyahıyaalma ili | ||
Ermənilər | 418 (88,7 %) |
▼236 (87,1 %) |
Azərbaycanlılar | 30 (6,4 %) |
▬30 (11,1 %) |
Ruslar | 14 (3,0 %) |
▼2 (0,7 %) |
Digərləri | 9 (1,9 %) |
3 (1,1 %) |
Cəmi | 471 (100 %) | 271 (100 %) |
Suqovuşan kəndi ərazisində üç tarix-memarlıq abidəsi qeydiyyata alınmışdır:
Kənd ərazisində Suqovuşan su anbarı və Suqovuşan-1 və Suqovuşan-2 su elektrik stansiyaları yerləşir. Kənddə 2014-cü ildə balıqartırma zavodu tikilib. Aprel döyüşləri zamanı elektrik stansiyası və balıqartırma zavoduna ziyan dəysə də, onlar sonradan yenidən bərpa ediliblər. 2022–23-cü illərdə Suqovşandan başqa ölkələrə balıq və qara kürü ixracının başlanması planlaşdırılmışdı.[12]