Əbdürrəhim Rəşidov

Vikipediya saytından
Qızılbaş (müzakirə | töhfələr) (Səhifə "'''Əbdürrəhim İsmayıloviç Rəşidov''' (Krım tatarcası:Abduraim İsmail oğlu Reşidov, rusca:Абдраим Измайлов..." məzmunu ilə yaradıldı) tərəfindən edilmiş 15:17, 28 dekabr 2020 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Əbdürrəhim İsmayıloviç Rəşidov (Krım tatarcası:Abduraim İsmail oğlu Reşidov, rusca:Абдраим Измайлович Решидов , d. 8 mart 1912 – ö. 24 oktyabr 1984) – Sovet İttifaqı Hərbi Hava Qüvvələrinin İkinci Dünya müharibəsi zamanı 162-ci aviasiya alayının komandanın müavini və Sovet İttifaqı Qəhrəmanı. O, 1945-ci ildə Pe-2 döyüş təyyarəsində 166 hərbi tapşırığı yerinə yetirdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

Müharibədən sonra o, ciddi formada Krım tatarlarının haqlarının müdafiəsi hərəkatına qatılmış və hökumət qarşısında and içmişdi ki, əgər onlar ona öz vətəninə geri dönməyə icazə verməsələr, o, ictimai formada özünü yandıracaqdır.

Həyatının erkən dövrü

Rəşidov 1912-ci ilin mart ayında Krım tatarı olan ailədə Krımın Mamaşay kəndində anadan olmuşdur. Cəmi 5 sinif bitirdikdən sonra Kaçın Hərbi Aviasiya Məktəbinin sexində işləməyə məcbur olmuşdur. 1932-ci ildə o, Simferopolda DOSAAF-ın uçuş məktəbini bitirmiş və 1933-cü ildə Qırmızı Orduya daxil olmuşdur. Bundan sonra təhsilini Luqansk Hərbi Aviasiya Məktəbində və Odessa Hərbi Aviasiya Məktəbində davam etdirmiş və 1934-cü ilin dekabrında təhsilini başa vurmuşdur. Təhsilini başa vurduqdan sonra Xarkov hərbi dairəsində yerləşən eskadrilyaya təyinat almışdır. 1938-ci ilin mayından 1940-cı ilin aprelinə qədər o, Sevastopolda xidmət etmiş, buradanda Odessa Yüksək Sürətli Bombardman Alayına köçürülmüşdür. Almaniya Barbarossa əməliyyatına başlayan zaman o, bu hərbi hissədə xidmət etməkdə idi.