Krım tatarları

Krım tatarları[7][8] (krımtat. qırımtatarlar, къырымтатарлар) — tarixi vətənləri Qara dənizin şimalı, Krım yarımadası olan türk xalqları qrupunun qıpçaq yarımqrupuna aiddir.

Krım tatarları
krımtat. qırımtatarlar, къырымтатарлар
Ümumi sayı
586 000 (2014)[1]
Yaşadığı ərazilər
Ukrayna Ukrayna 248,193-301,000 [2]
Türkiyə Türkiyə 100,000-1,000,000 [1]
Özbəkistan Özbəkistan 10,046-158,000 [1][3]
Rumıniya Rumıniya 20,000 [1]
Rusiya Rusiya 2,449 (2010) [4]
Bolqarıstan Bolqarıstan 1,803 (2001) [5]
Tacikistan Tacikistan 18 (2010) [6]
Dili

Kırımtatar dili

Dini

İslam (sünni)

Mənşəyi
Qıpcaq (türk)
Qohum xalqlar

Türk xalqları

Krım Tatarları məclisinin sədri rəsmi olaraq Refat Çubarovdur.[9]

Mənşə və tarix

[redaktə | mənbəni redaktə et]

1944-cü il deportasiyası[10]

[redaktə | mənbəni redaktə et]

13 aprel 1944-cü ildə SSRİ silahlı qüvvələri Faşist Almaniyasının hərbi hissələri qarşısında üstünlük qazanaraq onları Krım yarımadasından çıxardılar. 1944-cü ilin 10 may tarixində Lavrenti Beriya Krım tatarlarını Almaniya tərəfində SSRİ-yə qarşı mübarizə aparmaqda və "vətənə xəyanətdə" ittiham edərək İosif Stalinə onların sərhədyanı bölgələrdən ittifaqın daxili hissələrinə — Orta Asiyaya sürgün olunması fikrini rəsmən yazılı şəkildə təklif etdi. Tezliklə Serov və Tabulov tərəfindən 18–22 may tarixlərini əhatə edəcək deportasiya planı tam şəkildə hazırlandı. Beləliklə, 18 may sübh tezdən Krım tatarlarının məcburi köçürülməsi başlandı. Mayın 20-nə 180,014 nəfər artıq köçürülmüşdü. Nəhayət 22 may tarixində yekun hesablamalara əsasən 194,155[11][12] nəfər Krım tatarı deportasiya olunmuşdu. Onlardan 151,083 nəfər Özbəkistan SSR-da (təxm. 56 min nəfər Daşkənd vilayətində, təxm. 32 min nəfər Səmərqənd vilayətində, təxm. 19 min nəfər Əndican vilayətində və təxm. 16 min nəfər Fərqanə vilayətində yerləşdirildi), qalanları isə Ural regionunda və SSRİ-nın ərazisinin qərb hissəsində yerləşən vilayətlərdə yerləşdirildi. 20 oktyabr 1944-cü il tarixindən etibarən Krımda (Krım SSMR-sının 11 rayonu və MR-nın mərkəzi daxil olmaqla) kütləvi şəkildə tatar, yunan və alman mənşəli toponimlər və etnik tərkib dəyişdirilərək ruslaşdırıldı. Krım Sovet Sosialist Muxtar Respublikası ləğv edilərək onun ərazisində Krım vilayəti yaradıldı və o Ukrayna SSR-dan alınaraq Rusiya FSSR-na verildi. Mərkəzi SSRİ hökumətinin əmriylə 21 avqust 1945-ci il tarixində 327, 18 may 1948-ci il tarixində isə 1,062 tatar kəndinin adı dəyişdirilərək ruslaşdırıldı. 14 yanvar 1952-ci il tarixində bütün dəmiryolu stansiyaları da eyni aqibətlə üzləşdi. Özbəkistana köçürülən Krım tatarları yerli iqlimə uyğunlaşa bilmir, aclıq və soyuqdan ötrü xəstələnərək dünyalarını dəyişirdilər. Nəticədə qeyd olunan səbəblərə görə 1944-cü ildən 1946-cı ilədək Özbəkistanda məskunlaşmış 29 min nəfər (1944-cü ildə təxm. 16 min nəfər, 1945-ci ildə isə 13 min nəfərdən çox) Krım tatarı ölmüşdür.

Ukrayna əhalisinin milli tərkibi-2001 s.a.

2014-cü il, martın 29-da Krım Tatarları Məclisi Bağçasarayda toplaşaraq yarımadanın ərazisində Krım Tatar Muxtar Vilayətini elan ediblər. Tatar Məclisi hesab edir ki, tatarların tarixi vətənlərində muxtariyyət elan etməsi onların təbii haqqıdır. Məclis BMT-yə, Avropa Şurasına, ATƏT-ə, İslam Konfransı Təşkilatına və başqa beynəlxalq təsisatlara müraciət edərək tatarların bu seçimi barədə rəsmi bilgi veriblər.[13]

  1. 1 2 3 4 "Joshua Project for Crimean Tatar". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-24.
  2. "Ukrayna Dövlət Statistika Komitəsi : 2001-ci il siyahıya alması". 2012-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-24.
  3. "Özbəkistan Dövlət Statistika Komitəsi : 2000-ci il siyahıya alması" (PDF). 2014-03-23 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-12-24.
  4. "Rusiya Dövlət Statistika Komitəsi : 2010-cu il siyahıya alması". 2020-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-24.
  5. "Bolqarıstan Dövlət Statistika Komitəsi : 2001-cu il siyahıya alması". 2020-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-19.
  6. "Сайти расмии Агентии омори назди Президенти Ҷумҳурии Тоҷикистон, Tacikistan Dövlət Statistika Komitəsi : 2010-cu il siyahıya alması" (PDF). 2017-01-13 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2013-08-08.
  7. Krım tatarları İlham Əliyevdən kömək istədilər
  8. "Krım tatarları deportasiyanın 70-ci ildönümünü Kiyev və Baxçasarayda qeyd ediblər". 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-10.
  9. "Krım tatarları qayıdış üzrə nazirlik yaradılmasını istəyir". 2014-07-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-10.
  10. Demoscope Weekly:ПРИНУДИТЕЛЬНЫЕ МИГРАЦИИ В ГОДЫ ВТОРОЙ МИРОВОЙ ВОЙНЫ И ПОСЛЕ ЕЕ ОКОНЧАНИЯ (1939–1953) Arxivləşdirilib 2022-07-25 at the Wayback Machine
  11. "Депортация крымских татар как еще один геноцид в СССР". 2011-01-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-02-09.
  12. Научно-просветительский журнал "Скепсис" :Депортация народов Arxivləşdirilib 2013-01-16 at the Wayback Machine
  13. "Krım tatarları muxtariyyət elan etdi". 2014-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]