Ürfan Orucov

Vikipediya saytından
OrujovRamin (müzakirə | töhfələr) (Hərf səhvləri) tərəfindən edilmiş 13:31, 16 yanvar 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
II Qarabağ (Vətən) müharibəsi, 4 oktyabr 2020-ci il
Şabran rayonu Şəhidlər Xiyabanı

Ürfan Firdovsi oğlu Orucov 1996-cı il Oktyabrın 9-da Şabran (köhnə Dəvəçi) rayonunda anadan olub. Orta məktəbi Şabranda başa vuraraq 2014-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akedemiyasına daxil olub. 2018-ci ildə akademiyanı bitirərək hərbi xidmətə yollanıb. "N" saylı hərbi hissədə əvvəlcə əsgər, sonra isə "kiçik çavuş" kimi "manqa komandiri" olub. Xidmət zamanı Hərbi Hissə Komandiri tərəfindən təltif edilmişdir. 2019-cu ildə xidmətini başa vuraraq geri qayıdır. 2020-ci ildə sentyabrın 21-də səfərbərlik haqqında qanuna əsasən təlimlərə qatılır, 27 sentyabrdan döyüşlərdə iştirak edir, FüzuliCəbrayıl bölgələrində bir çox ərazilərin işğaldan azad olunması uğrunda döyüşlərdə iştirak edir. Göstərdiyi şücaətə görə döyüşlər davam edən zaman "Gizir" rütbəsi alır. Oktyabrın 11-i günorta saatlarında Füzuli-Hadrut istiqaməti uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşmüş, bir neçə yaralı əsgər yoldaşını döyüş meydanından çıxarmışdır. Həmin döyüşdə Ürfan Orucov düşmənin snayper gülləsi ilə şəhadətə qovuşmuşdur. Bir gün sonra oktyabrın 12-də Şabran Rayonu Şəhidlər Xiyabanında dəfn edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Vətən Uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Allah rəhmət eləsin!