Cozef H. Flom

Vikipediya saytından
InternetArchiveBot (müzakirə | töhfələr) (Rescuing 1 sources and tagging 0 as dead.) #IABot (v2.0.8) tərəfindən edilmiş 19:18, 18 yanvar 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

(1923 - 2011) məşhur amerikalı hüquqşünas.

Cozef Flom Baltimorda anadan olmuşdur. Harvard Hüquq Məktəbini 1948-ci ildə fərqlənmə ilə bitirmişdir. Flom öz hüquq karyerasını 1948-ci ildə "Skadden"də başlamışdır (təsisçi kimi) və Skadden tam həcmli hüquq servisi göstərən dünyada ən iri hüquq şirkətinə çevrildi. Şirkətin 2000 yaxın hüquqşünası var, filialları və nümayəndəlikləri isə ABŞ-nın 9 şəhərində, Pekində, Brusseldə, Parijdə, Honqkonqda, Londonda, Moskvada, Tokioda və bir çox digər şəhərlərdə mövcuddur. Flom şirkətlərin birləşməsində və ya böyük bir şirkət tərəfindən kiçik şirkətin udmasında (özünə daxil etmə) sahəsində özünə şöhrət qazanmış vəkildir. Həmçinin bütün növ korporativ sazişlər sahəsində göstərilən xidmətlər onun təcrübəsinə daxildir (qiymətli kağızlar, bank işi, korporativ təşkilatçılıq və s.).