Norman Xose Kaldera Kardenal

Vikipediya, azad ensiklopediya
InternetArchiveBot (müzakirə | töhfələr) (Rescuing 0 sources and tagging 1 as dead.) #IABot (v2.0.8) tərəfindən edilmiş 06:14, 21 yanvar 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Norman Xose Kaldera Kardenal
isp. Norman José Caldera Cardenal
Şəxsi məlumatlar
Doğum tarixi (77 yaş)
Doğum yeri Nikaraqua, Manaqua
Fəaliyyəti siyasətçi

Norman Xose Kaldera Kardenal (isp. Norman José Caldera Cardenal; d. 21 oktyabr 1946, Manaqua, Nikaraqua) — Nikaraqua Respublikasının xarici işlər naziri (2002-2007).

Həyatı

21 oktyabr 1946-cı ildə Manaqua şəhərində anadan olmuşdur.[1]

Təhsili

İlk təhsilini Kalasanz Kollecində almışdır.[1] Daha sonra təhsilini Qranadanın Mərkəzi Amerika Kollecində davam etdirmişdir.[1]

1968-ci ildə Leksinqton şəhərinin Hərbi Ventvors Akademiyası və Gənclər Kollecinin Müəssisələr Administrasiyası üzrə texnik peşəsinə yiyələnmişdir.[1]

Fəaliyyəti

1975-ci ildə Mərkəzi Amerika üçün Nikaraqua İxracat Mərkəzinin administratoru seçilmişdir.[1]

1980-1984-cü illərdə Qvatemalada beynəlxalq ticarət üzrə məsləhətçi kimi xidmət göstərmişdir.[1]

1984-cü ilin yanvar ayında Hondurasda baş texniki məsləhətçi vəzifəsinə təyin olunmuşdur.[1]

1996-cı ildə Beynəlxalq Ticarət Mərkəzində fəaliyyətə başlamışdır.[1]

1999-cu ildə Nikaraqua Ticarət, Sənaye və İnkişaf Nazirliyinə vəzifəyə təyin olunmuşdur.[1]

Siyasi fəaliyyəti

2002-ci il yanvarın 10-da Nikaraqua Respublikasının xarici işlər naziri vəzifəsinə təyin olunmuşdur.[1] 2007-ci ilin yanvarına qədər bu vəzifədə olmuşdur.

Ailəsi

Evlidir, üç övlad atasıdır.[1]

İstinadlar