Xovlu tikmə

Vikipediya, azad ensiklopediya
InternetArchiveBot (müzakirə | töhfələr) (Rescuing 1 sources and tagging 1 as dead.) #IABot (v2.0.8) tərəfindən edilmiş 11:17, 23 yanvar 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Xovlu tikmə (ing. punch needle embroidery, rus. вышивка в ковровой технике) - tikilmiş (toxunulmamış) xalça texnologiyasıdır. Qədim məxmərtel tikmənin əsasında yaradılmış tik­mə növüdür. Digər adları məxmərtel, məxmərtelbaf, məx­mərbafdır.

Özəllikləri[redaktə | mənbəni redaktə et]

Orta əsrlərdə Azərbaycanda bu tikmə müxtəlif tikmələrlə kombinasiya olunmuş şəkildə parçanın kənarına xətt vurmaq və ya gülün içərisini doldurmaq üçün istifadə edilirdi. Daha çox, dəstəkləyici xarakter daşıyırdı. Təkcə məxmərtel tikmə ilə işlənmiş tam bir nümunə yoxdur. Hazırda bu tikməni yalnız süfrələrin kə­na­rında gül şəklində işləyirlər. Xovlu tikmələr tərs üzdən qullabla işlənilir.Parçanın arxa tərəfində eskiz çəkilir və elə arxa tərəfindən də tikilir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Tək al, düz, baxım, yaxama təkəlduz taxım. Tikməçi-rəssam Mehriban Xəlilzadə ilə müsahibə". 2014-09-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-11-16.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Video[redaktə | mənbəni redaktə et]