Ümman Əmiraslanov

Vikipediya, azad ensiklopediya
Sevindiknesiboglu2008 (müzakirə | töhfələr) (Səhifə "'''Ümman Əmiraslanov''' (tam adı: ''Ümman Natiq oğlu Əmiraslanov;'' 21 dekabr 1996; Mıxlıqovaq, Qəbələ rayonu, Azərbaycan —..." məzmunu ilə yaradıldı) tərəfindən edilmiş 18:27, 25 yanvar 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Ümman Əmiraslanov (tam adı: Ümman Natiq oğlu Əmiraslanov; 21 dekabr 1996; Mıxlıqovaq, Qəbələ rayonu, Azərbaycan2 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.

Ümman Əmiraslanov
Ümman Natiq oğlu Əmiraslanov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Mıxlıqovaq, Qəbələ rayonu, Azərbaycan
Vəfat tarixi (23 yaşında)
Vəfat yeri Suqovuşan, Tərtər rayonu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Natiq Əmiraslanov
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2015-2016; 2020
Rütbəsi Əsgər
Döyüşlər Vətən müharibəsi
 • Füzuli döyüşləri
 • Suqovuşan döyüşü
Təltifləri "Vətən uğrunda" medalı — 2020

Həyatı və hərbi xidməti

Ümman Əmiraslanov 21 dekabr 1996-cı ildə Qəbələ rayonunun Mıxlıqovaq kəndində dünyaya göz açmışdır.[1] İlk təhsilini 2003-cü ildə Qəbələ rayon Yemişanlı kənd tam orta məktəbində alan Ümman 2014-cü ildə həmin məktəbi bitirmişdir. O, 2015-ci ildə hərbi xidmətə yollanmış, hərbi xidmətini Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissənin Çevik Dəst bölüyündə yerinə yetirmişdir. 2016-cı ildə isə hərbi xidmət müddətini bitirdikdən sonra Ümman hərbi xidməti bitirdikdən sonra öz kəndinə qayıdaraq Bravo Supermarketlər Şəbəkəsinin Qəbələ rayonu Mıxlıqovaq kənd filialının müdiri təyin olunmuşdur.

2020-ci ilin iyul ayında başlayan Tovuz döyüşlərindən sonra Ümman da səfərbər olunmuş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayonu üzrə ünvanına yaxınlaşmış, adını könüllü olaraq müharibəyə getmək üçün yazdırmışdır. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılan Ümman 27 sentyabrdan başlayan Vətən Müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak etmişdir. O, Füzulinin, Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirmiş, 2 oktyabr 2020-ci ildə Suqovuşan döyüşlərində şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ümman Əmiraslanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Təltifləri

İstinadlar

  1. "Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF) (az.)). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı" (az.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı" (az.)). 15.12.2020. 2020-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.