Ümman Namiq oğlu Əmiraslanov (21 dekabr 1996; Qəbələ rayonu, Azərbaycan — 2 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Ümman Əmiraslanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Mıxlıqovaq, Qəbələ rayonu, Azərbaycan |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Tərtər rayonu, Azərbaycan |
Dəfn yeri | Mıxlıqovaq, Qəbələ rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2015—2016 / 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri |
Ümman Əmiraslanov 1996-cı il dekabrın 21-də Qəbələ rayonunun Mıxlıqovaq kəndində anadan olub.[1] ailədə 5 nəfər olublar (atası II qrup əlildir və bacılarından biri daun sindromludur). O, 3 bacının tək qardaşı idi. 2003-2014-cü illərdə Qəbələ rayonu Şəhid Şükran Eyvazov adına Yemişanlı kənd tam orta məktəbində təhsil alıb. 2014-cü ildə həqiqi hərbi xidmət yaşı çatsa da, ayağındakı problem üzündən (ayağının altı düz olduğu üçün) xidmətə yararsız hesab edilir. Buna baxmayaraq israrları sayəsində istəyinə nail olur və xidmətə yollanır( Sumqayıt, N saylı hərbi hissə, kəşfiyyat bölüyü). 2016-cı ildə xidmətini başa vurur. Ailəsi ilə Bakıya köçsə də pandemiya səbəbi ilə yenidən Qəbələyə, kəndlərinə qayıdırlar. Qəbələdə "OBA" marketdə çalışır, idarəçi işinə qədər yüksəlir. 14 iyul 2020-ci il tarixində ( General Polad Həşimovun şəhadətə yüksəlməsi xəbərindən sarsılaraq) könüllü olaraq orduya yazılır. "İkinci Qarabağ müharibəsi" başlayan zaman könüllü şəkildə döyüşlərə yollanır. Yaşayış məntəqələrimizin azad edilməsində xüsusi igidlik göstərir.2 oktyabr 2020-ci il tarixində Tərtər rayonu ərazisində şəhid olur.
Ümman Əmiraslanov 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Sumqayıt şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Ümman Əmiraslanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ümman Əmiraslanov oktyabrın 2-də Madagizin azad edilməsi zamanı şəhid olub. Qəbələ rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ümman Əmiraslanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ümman Əmiraslanov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ümman Əmiraslanov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]