Rafiq İbadov

Vikipediya, azad ensiklopediya
Sevindiknesiboglu2008 (müzakirə | töhfələr) tərəfindən edilmiş 17:40, 2 fevral 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Rafiq İbadov
Rafiq Baloğlan oğlu İbadov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qaradağ, Bakı, Azərbaycan
Vəfat tarixi (55 yaşında)
Vəfat yeri Qarabağ, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Uşağı 3
Atası Baloğlan İbadov
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Silahlı Qüvvələri, Azərbaycan Respublikası
Xidmət illəri 2020
Rütbəsi Əsgər (mülki qulluqçu)
Döyüşlər Vətən müharibəsi
 • Füzuli döyüşləri
Təltifləri "Vətən uğrunda" medalı — 2020

Rafiq İbadov (tam adı: Rafiq Baloğlan oğlu İbadov; 14 avqust 1965; Qaradağ rayonu, Azərbaycan29 sentyabr 2020; Qarabağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin istefada olan əsgəri, mülki qulluqçu, tank mexaniki, Vətən müharibəsi şəhidi. O, Vətən Müharibəsinin ən yaşlı şəhididir.

Həyatı və hərbi xidməti

Rafiq İbadov 14 avqust 1965-ci ildə Zəngilan şəhərində dünyaya göz açmışdır.[1] Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddəti bitdikdən sonra mülki şəxs və istefada olan əsgər olaraq fəaliyyət göstərmişdir. Uzun müddət tank mexaniki olaraq işləmiş, hərbçilərə kömək etmişdir.

Rafiq İbadov 27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsində tank mexaniki olaraq döyüş tanklarının saz vəziyyətə gətirilməsində böyük rolu olmuşdur. 29 sentyabr 2020-ci ildə iş zamanı düşmən tərəfindən açılan güllə nəticəsində Rafiq İbadov şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rafiq İbadov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Ailəsi

Ailəli idi, 3 övladı var.

Təltifləri

İstinadlar

  1. "Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycanın Müdafiə Nazirliyi) (az.)). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı" (az.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı" (az.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.

Şablon:2-ci Qarabağ müharibəsinin şəhidləri