Rafiq Baloğlan oğlu İbadov (14 avqust 1965; Zəngilan, Azərbaycan SSR — 29 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — tank mexaniki vəzifəsində çalışan Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Rafiq İbadov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 avqust 1965(1965-08-14) |
Doğum yeri | Zəngilan, Azərbaycan SSR |
Vəfat tarixi | 29 sentyabr 2020(2020-09-29) (55 yaşında) |
Vəfat yeri | Tərtər rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2016—2020 |
Rütbəsi | Əsgər (ehtiyatda) |
Döyüşlər |
Aprel döyüşləri İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020 |
Rafiq İbadov 1965-ci il avqustun 14-də Zəngilan şəhərində anadan olub.[1] Ailəli idi. Üç övladı yadigar qaldı.
Rafiq İbadov uzun illər Azərbaycan Silahlı Qüvvələrinin Tank və Artilleriya bölmələrinin heyətində tank mexaniki vəzifəsində çalışırdı.
Azərbaycan Ordusunun ehtiyatda olan əsgəri Rafiq İbadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər-Suqovuşan-Talış istiqamətlərində gedən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin tanklarının saz vəziyyətə gətirilməsində xidməti olan bölmələrin heyətində yer alıb. Rafiq İbadov sentyabrın 29-da Tərtər rayonu ərazisində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rafiq İbadov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]