Kobra (hərbi birləşmə)
Kobra | |
---|---|
Növü | hərbi |
Ölkə | Azərbaycan |
Tabedir | Azərbaycan Respublikası Daxili Qoşunları |
Daxildir | Azərbaycan Silahlı Qüvvələri |
Tərkibi | zabit və gizirlədən ibarətdir |
Vəzifəsi | ictimai əsayişin və ictimai təhlükəsizliyin mühafizəsi |
Hissə | Dəstə |
Ləqəbi | Kobra |
Himayədarı | Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi |
Rəngləri | Zoğalı |
Təchizatı | müasir silahlar |
Döyüşlər |
Kobra — Azərbaycan Respublikası Daxili Qoşunların xüsusi təyinatlı dəstəsi.
Azərbaycan Respublikası Daxili Qoşunlarının xüsusi təyinatlı dəstələrində xidmət edən əsgərlər ilkin seçim, test üsulu ilə yoxlama, müşahidə və söhbətlər mərhələsindən keçməklə seçilirlər. Birinci mərhələ xüsusi komissiya tərəfindən həyata keçirilir. Bu komissiyanın tərkibinə qərargah, kadrlar, tibb və xüsusi təyinatlı bölmələrin zabitləri daxildir. Hər bir namizədlə aparılan söhbətlər zamanı onun xidmətə gəlməkdə məqsədi, vətənpərvərlik hissləri, ölkədə baş verən hadisələrə, valideynlərinə, onların bu xidmətə münasibəti, hərbi və ya mülki təhsili, ailə vəziyyəti, ixtisası və gələcək planları, marağı, asudə vaxtını necə keçirməsi, idmana marağı, sağlamlığının vəziyyəti, keçirdiyi xəstəliklər və s. öyrənilir. Bundan sonra namizədə gələcək xidmətlə bağlı suallar verilir. İkinci mərhələdə isə seçilmiş namizədin fiziki və psixoloji keyfiyyətləri yoxlanılır. Bu keyfiyyətlər 7 test üzrə çıxarılır, yüksək bal toplayanlar müsabiqədən keçmiş sayılır. İkinci mərhələdə namizədin dözümlülüyü qiymətləndirilir, güc dözümlülüyü yoxlanılır, həmçinin güc keyfiyyətləri, sürət keyfiyyətləri, elastikliyi, cəldliyi və cəsurluğu qiymətləndirilir.Bunun əsasında təşkil olunmuş kruslar zamanı onlar "Qırmızı beret" baş geyimini qazanırlar.
Bu taborun təlimlərində əsasən çöl, bina, meşə və dağ şəraitində silahlı cinayətkarların zərərsizləşdirilməsinə önəm verilir. Onlar əlbəyaxa döyüş növlərini öyrənirlər. Eyni zamanda gecə təlimləri, gecə vaxtı müxtəlif şəraitlərdə əməliyyatlar aparmaq imkanları müntəzəm olaraq nəzərdən keçirilir. XTD-nin əsgər və zabitlərinin adları açıqlanmır, onlar Türkiyə, ABŞ, Macarıstan, Almaniya, Ukrayna, Çin və digər ölkələrdə təlimlərdə iştirak edib təcrübə toplayırlar.Bununla yanaşı Bir sıra xüsusi əməliyyatlar təşkil edib keçirmişlər.Bilinənlərdən ən önəmlisi 27.09.2020-ci tarixli "Dəmir Yumruq" əməliyyatı-Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma.Azərbaycan Respublikası Silahlı Qüvvələrində mövcud olan bütün xüsusi birləşmələrlə birlikdə xüsusi tapşırıqların yerinə yetirilməsində iştirak etmişlər."Dəmir Yumruq" əməliyyatı adlanan vətən müharibəsində baş leytenant Kamran Kazımov,baş çavuş Əsgər Əhmədov,baş çavuş Vüqar Cəfərov,çavuş Ceyhun Rzayev,çavuş Elvin Məmmədov,çavuş Tərlan Eyniyev,çavuş Orxan Ömərov,çavuş Hilal İmanzadə,çavuş Mikayılzadə Mikayıl şəhid olmuşlar,otuzdan çox hərbi qulluqçusu yaralanaraq qazi olmuşdur.
Məhşur komandirləri. "Vətən müharibəsi qəhramanı" polkovnik-leytenant Füzuli İmrəliyev