Elmi poeziya

Vikipediya saytından
Şəfəq Əliyeva (müzakirə | töhfələr) tərəfindən edilmiş 07:33, 17 fevral 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Elmi poeziya— elmi-fəlsəfi dünyagörüşü və biliklərin poetik ifadəsi. Elmi poeziyanın ilk nümunələri Qədim YunanıstandaÇində (Lukretsi Karın "Şeylərin təbiəti haqqında", Lao Tszının "Dao de tszin" fəlsəfi poemaları və s. yaranmışdır. Termin kimi fransız şairi Rene Gil (1862–1925) tәrәfindәn irәli sürülmüşdür. Sonrakı dövrdә Vergili (“Georgikalar”), Lomonosov (“İlahi әzәmәt barәdә sәhәr düşüncәsi”, “İlahi әzәmәt barәdә axşam düşüncәsi”, “Şüşәnin faydası haqqında namә”), Valeri Bryusovun (“N ölçülәr dünyası”, “Elektron dünyası”) yaradıcılığında da rast gәlinir. Bu cәrәyan Avropa rasionalizminin inkişafı ilә bağlıdır. Rene Gil elmi poeziyanı simvolizmә qarşı qoyurdu. Onun fikrincә, şair üçün ideya vә obrazların, elәcә dә söz ehtiyatının mәnbәyi “köhnәlmiş mifologiya” yox, elmi dünyagörüşü olmalıdır. Rene Gilin “Söz haqqında traktat”ı (1885) Elmi poeziyanın nәzәri әsaslarını әhatә edir. Jül Romen (1885–1972) vә Corc Dyuamel (1884–1966) Gilin nәzәriyyәsindәn poetik unanimizmin inkişafında istifadә etmişlәr. Elmilik klassik Şərq, o cümlədən Azərbaycan poeziyası üçün də səciyyəvidir. O, klassik Şərq poetikasının başlıca nəzəri-estetik prinsiplərindən biri olmuşdur. Qədim və orta əsrlər Şərq poeziyasında fəlsəfə, hüquq, məntiq, təbabət, astronomiya və s. elmlərə yiyələnmək bir növ normativ xarakter daşıyırdı. Şərqin bir çox görkəmli şairləri, eyni zamanda bütün elmləri dövrünün səviyyəsində bilən alim idilər (Ömər xəyyam, Cəlaləddin Rumi, Əbdürrəhman Cami, Əlişir Nəvai və başqaları). Azərbaycan şairlərindən Xaqani Şirvani, Nizami Gəncəvi, Əvhədi Marağayi, Əssar Təbrizi, Nəsimi, Füzuli və başqalarının ədəbi irsi elmi dünyagörüşü və biliklərlə zəngindir. Nizami Gəncəvi, Məhəmməd Füzuli və başqa Azərbaycan mütəfəkkirləri bədii yaradıcılıqda həyat və insan haqqında həqiqəti açmaqda elmi biliklərin, başqa sözlə, bədii təfəkkürlə elmi təfəkkürün vəhdətinin əhəmiyyətini dəfələrlə qeyd etmişlər. Məhəmməd Füzuli Azərbaycan dilində "Divan"ının dibaçəsində yazırdı:"... elmsiz şeir əsası yox divar olur və əsassız divar qayət də bietibar olur" [1] Çağdaş Azərbaycan poeziyasında elmi poeziya nümunələrinə Səməd Vurğunun, Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin və başqa şairlərin əsərlərində təsadüf olunur. Müasir intellektual poeziya da elmi poeziya sayıla bilər.

ELMİ POEZİYA – poeziyanın elmi-texniki inkişaf motivlәrinә әsaslanan bir qolu. E.p. nümunәlәri qәdim zamanlardan mövcud olmuşdur (Lukretsi Karın “Әşyaların tәbiәti haqqında” poeması).

İstinadlar

  1. Məhəmməd Füzuli. Əsərləri. 5 cilddə. C.1. Bakı. 1958. səh. 43.

Ədəbiyyat

Azərbaycan Milli Ensiklopediyası. C.8. Bakı. 2019.