Qədim Yunanıstan

E.ə. 550 ildə Qədim Yunanıstan

Qədim Yunanıstan (yun. Αρχαία Ελλάδα) — Balkan yarımadasının cənub hissəsində, Egey dənizi arasında, Frakiya sahilində, Kiçik Asiyanın qərb sahilində yaranmış dövlətlər qrupunun ümumi adı; təsir dairəsi Appenin yarımadasının cənub sahilinə, Siciliyanın qərbində, Mərmərə, QaraAralıq dənizləri sahillərinə də yayılmışdı. Yunanıstan ərazisinin məskunlaşması orta paleolitə aid edilir.[1] Neolit dövründə (e.ə. 7-ci minilliyin ortaları-e.ə. təqr. 2800) Yunanıstan əhalisi əkinçilik və maldarlıqla məşğul olur, oturaq həyat keçirirdi. Yunanıstanın ilk sakinləri qədim yunanlar (onları pelasgilər, karilər adlandırırdılar) yəqin ki, hind-avropalı olmamışlar.

Yunanıstan tarixi
Azərbaycanın dövlət gerbi
Bu məqalələr ölkə seriyasındandır
Tarixəqədərki Yunanıstan
Yunan mifologiyası
Yunan fəlsəfəsi
Egey sivilizasiyası
Ellada sivilizasiyası
Kiklad sivilizasiyası
Minoy sivilizasiyası
Miken sivilizasiyası
Qədim Yunanıstan
Yunan qaranlıq erası
Arxaik Yunanıstan
Qədim Yunanıstan qanunları
Qədim Yunanıstan mədəniyyəti
Yunan-Roma
Roma və Bizans dövrü
Bizans imperiyası
Frankokratiya
Afina hersoqluğu
Osmanlı Yunanıstanı
Yeni dövr
Yunanıstan İstiqlaliyyət müharibəsi
Yunanıstan krallığı
İkinci Yunanıstan Respublikası
İkinci Dünya müharibəsində Yunanıstan
Yunan hərbi xuntası
Üçüncü Yunanıstan Respublikası

Yunanıstan portalı

E.ə. 2800 və 2000-ci illər arasında şimaldan yunanlar hücum edib Attika, Şimal-Sərqi Peloponnesi, axaylar isə Peloponnesin böyük hissəsini, eoliyalılar Fessaliya və Orta Yunanıstanı tutdular. Dorilərin hücumunun təsiri ilə (e.ə. 12 əsrin sonu-e.ə. 11 əsr) ioniyalılareoliyalılar Kiçik Asiya sahillərinə və yaxınlıqdakı adalara sürgün edildilər. E.ə. təqr. 700-cü ildə əhali ümumi adla-ellinlər, ölkə isə Ellada adlandı. Sonra yunanlar Qara dənizAralıq dənizi sahillərində məskən saldılar. Bu dövrdə qonşu kaloniyalar ilə daim mədəni və ticarət əlaqələri saxlayan Neapol, Tarent, Sibaris, Sirakuza, Messena, Kirena, Bizans, Xalkida, Herakleya, Xersones, Sinopa, Pantikapey, Feodosiya, Oliviya, Toma və s. koloniyalar yaradılmışdı.

Koloniyalar Yunanıstanda demokratiyanın beşiyi hesab edilirdi.[2] Bu dövrdə şəhər-dövlətlərdə sürətlə yaranırdı. Bunlardan: Afina, Sparta, Korinf, Fiva, Arqos, Milet, Halikarnas, Efes, Mitilena, Xios və s. misal göstərmək olar. Siyasi quruluşuna görə bu kaloniyaların demokratik və ya aristokratik respublikalar idi. Spartanın rəhbərliyi ilə e.ə. 6 əsrdə Peloponnes ittifaqı yaradıldı. E.ə. 500–449 Yunan-İran müharibələrində istiqlaliyyət uğrunda mübarizə aparan yunanlar bir sıra qələbələr qazandılar.[3]

Yunan ittifaqına başçılıq edən Afina hərbi və iqtisadi cəhətdən möhkəmləndi. Afina ilə Sparta arasındakı ziddiyyətlər Peloponnes müharibəsinə (e.ə. 431–404) səbəb oldu. E.ə. V əsrdən tərəflərin ümumi böhranı başlandı. Yunanıstanda hökmranlıq uğrunda mübarizəyə girişən Makedoniya bundan isitfadə etdi. Xeroneya yaxınığındakı vuruşmada (e.ə. 338) məğlubiyyətdən sonra yunan şəhərləri Makedoniyanın hakimiyyətinə keçdi. Makedoniyalı İsgəndərin ölümündən sonra onun imperiyası bir sıra dövlətlərə (ellinist monarxiyalara) parçalandı. E.ə. 3–2 əsrlərdə yunan şəhərlərində ictimai ziddiyyətlər yenidən kəskinləşdi. E.ə. 146-cı ildə Yunanıstan Romanın tərkibinə daxil edildi. Lakin lV əsrdən Yunanıstan Şərqi Roma imperiyasının ərazisinə daxil olmuşdur.Qədim Yunanıstanın özünə məxsus cəhətlərindən biri də, qədim mədəniyyətə sahib olmasıdır.Yunan mədəniyyəti tarixən bütün dünya ölkələrinin mədəniyyətlərinə təsir etmişdir.[4]

Qədim Yunanıstanın dəqiq olaraq nə zaman formalaşdığı tarixə məlum deyildir.Əsasən Roma İmperiyasından əvvəlki zamanlarda da Yunanıstan ərazisində inkişaf etmiş Sivilizasiyanın yaşadığı məlumdur.Bəzi mənbələrdə eramızdan əvvəl 1150-ci ildə dağılan Mikena Sivilizasiyasında qədim Yunan tarixinin bir hissəsi kimi göstərilmişdir.[5] Qədim Yunanıstan tarixinin ilk dövrü ''Yunan qaranlıq erası'' adlanır.Bu dövr təxminən 300 il davam etmişdir.Eramızdan əvvəl 1100-cü ildə başlayan ''Yunan qaranlıq erası'' 800-cü ildə yekunlaşır.[6] Yunan qaranlıq erasında əsas inkişaf etmiş sahə, mədəniyyət olmuşdur.Amfora adlanan gil qablar vasitəsi ilə müxtəlif mallar, gəmilərlə uzaq ərazilərə daşınırdı.Yunan qaranlıq erasının fərqli cəhətlərindən biridə, bu dövrdə bəzi həndəsi biliklərin yaranması ilə bağlıdır.

Pantenon məbədi, qədim yunan memarlığının simvolu hesab edilir.

Məsələn qədim Yunanıstanda Üçbucaq, KvadratÇevrə kimi həndəsi fiqurlar Yunan qaranlıq erasında yaranmışdır.[7] Yunan qaranlıq erası eramızda əvvəl 800-cü ildə yekunlaşır və Arxaik Yunanıstan adlı II dövr başlayır.Bu dövr 490-cı ilə qədər davam etmişdir.Arxaik Yunanıstan dövrü heykəltəraşlıq sənətinin inkişaf etdiyi dövr sayılır.İlkin abidələrin hazırlanılması və mədənlərin kütləvi formada fəaliyyətə başlaması Arxaik dövrə aid edilmişdir.[8]

Yunanların mənşəyi

[redaktə | mənbəni redaktə et]

Qədim Yunanıstanın formalaşması

[redaktə | mənbəni redaktə et]

Cəmiyyətdə olan sosial fərqlər

[redaktə | mənbəni redaktə et]

Yunan-İran müharibələri

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Yunan-İran müharibələri

Yunan-İran müharibələri (e.ə. 500–449) — Qədim Yunanıstan şəhər-dövlətlərinə (polislər) qarşı İranın işğalçılıq müharibələri. E.ə. 500-cü ildə Kiçik Asiyada İran hökmranlığına qarşı üsyan etmiş polislərə (Milet üsyanı) Afina və Eretriyanın yardım göstərməsi (Evbeya adasında) Yunan-İran müharibələrinin başlanmasına səbəb olmuşdu. E.ə. 493 ildə üsyanı yatıran İran ordusu Mərdoninin başçılığı ilə e.ə. 492 ilin yazında Hellespontdan keçib Yunanıstanı işğal etmək məqsədilə yürüşə başladı. Lakin Afon burnu (Egey dənizində) yaxınlığında İran donanmasının əksər hissəsi (təqr. 300 gəmi) fırtınadan məhv olduğu üçün yürüş dayandırıldı və yalnız Frakiya ələ keçirildi.

Marafon döyüşü

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Marafon döyüşü

E.ə. 490 ilin yazında sərkərdə DatisArtafernin başçılığı ilə İran ordusu Egey dənizini keçərək yolüstü Naksos adasını, Evbeya adalarında Karistos və Eretriya şəhərlərini tutdu və Afinadan 42 km aralı Marafon düzənliyinə çıxdılar. Təcrübəli strateqlərin komandanlığı altında ordu toplandı. 10 000 ağır silahlı piyadadan ibarət falanqa yaradıldı. I Daranın ordusu qüvvətli idi, çoxsaylı piyada və süvarilər və işğal olunmuş torpaqların döyüşçüləri də var idi. Yunan ordusuna Militad başçılıq edirdi. O, mərkəzdə zəif, cinahlarda isə qüvvətli müdafiə sistemi qurdu. Farslar hücuma keçərkən falanqalar cinahlardan onları sıxdı. Yunanlar düşməni 100–150 metr yaxınlığa qədər buraxdı və qəflətən yürüyərək, onlara , xüsusilə oxçulara göz açmağa imkan vermədilər. üstünlüyünü itirən farslar geri çəkildi. İran qoşunu yunanlar tərəfindən təqib olundu və böyük itki verdi. 7 düşmən gəmisi ələ keçirildi.

Yunan döyüşçülərindən biri Fiddipid bu qələbə xəbərini Marafon düzənliyindən Afinaya qədər 42 km qaçaraq çatdırmışdı. Lakin onun ürəyi partlayıb ölmüşdü. Marafon qaçışı ilk dəfə Yunanıstanda həmin döyüşçünün şərəfinə yaranmış və dünya dövlətlərinə yayılmışdır.

Fermopil döyüşü

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Fermopil vuruşması

Marafon döyüşündən 10 il sonra I Daranın oğlu Kserks atasının Yunanıstanı işğal etmək niyyətini həyata keşirmək istədi. O, misirlilərdən, babillərdən, hətta kiçik Asiya yunanlılarından təşkil olunmuş qoşunu ilə b.e.ə. 480`da Orta Yunanıstan üzərinə hücuma keçdi. Bundan xəbərdar olan yunan şəhər dövlətləri birləşdilər. Sparta şahı Leonid`in başçılığı ilə Orta Yunanıstana gedən yolu Fermopil keçidini tutdular.

Kserks Fermopilə yaxınlaşaraq ilk əvvəl yunanlara elçi göndərir ki, təslim olsunlar. Lakin Leonid bu tələbi rədd edir. İranlılar yunanlıları qorxutmaq üçün demişdi ki, "bizim oxlarımız və mizraqlarımız günəşin qabağını tutacaqdır ! ". Spartalı yunan da cavab vermişdi: "Nə olar kölgədə vuruşarıq ! " . Yunanlar iki gün iranlıların hücumlarını dəf etdilər. Bir nəfər xain dağ cığırı ilə iranlıları Fermopil keçidinə apardı. Mühasirəyə düşdüklərini görən Leonid spartalılardan başqa bütün yunan qüvvələrinin geri çəkilməsi əmrini verdi. Qeyri bərabər olan döyüşdə 300 nəfər spartalı və Leonid həlak oldu. İranlılar Orta Yunanıstanı, Beotiya, Attika və Afinanı ələ keçirdilər. Yunanlar qadın, qoca və uşaqları Afinadan çıxararaq, Peloponnesə və Salamin adasına apardılar. Vuruşa bilən bütün kişilər orduya və donanmaya daxil edildilər.

Salamin dəniz döyüşü

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Salamin döyüşü

İranlıları Fermopil keçidində ləngidən yunanlar donanmalarını gücləndirirlər. Yunan hərb gəmiləri triyera adlanırdı. Hər bir gəminin sağ və sol hissəsində 3 sıra avarçəkən olurdu. Sürətlə hərəkət edirdilər, lazımı anda çevikliklə gəminin istiqamətini dəyişirdilər. Hər gəmidə 180 avarçəkən və 20–30 döyüşçü olurdu. Yunan donanmasına Femistokl başçılıq edirdi. B.e.ə 480`də Salamin dəniz döyüşü baş verdi. Bu döyüşdə '370 yunan triyerası, 700 iran gəmisi' iştirak edirdi. Triyeralar iranlıların ağır gəmilərinə nisbətən daha sürətli hərəkət edirdilər. Yunanlar cəld hərəkət edərək iran gəmilərinin avarlarını qırır, yanlarını deşir, taran edirdilər. Döyüşdə İran donanması məğlub olur və geri çəkilirlər və 300 gəmi itirirlər.

Plateya döyüşü

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Plateya döyüşü

Kserks İrana gedən dəniz yolunun yunanlar tərəfindən tutulmasından qorxaraq, öz gəmilərinin bir hissəsi ilə çıxıb getdi. Yerdə qalan iran qüvvələri ilə yunanlar arasında b.e.ə.479`da Plateya şəhəri yaxınlığında (Mİkal burnu yaxınlığı) döyüş oldu. Yunanlar iranlıları məğlub etdi. Lakin dəniz döyüşləri 30 ilədək davam etdi. Ona görə də yunan şəhər dövlətləri öz aralarında ittifaq yaratdılar. Onların içərisində ən güclüsü Afina idi .Birləşmiş ittifaqın ordu və donanmasına Afina strateqi başçılıq edirdi. Ona görə də bu ittifaq Afina dəniz ittifaqı adlanırdı. E.ə. 479 ildə Yunanıstan polislərinin birləşmiş ordusunun İran qoşunları (Plateya yaxınlığında) və donanması (Mikal burnu yaxınlığında) üzərində qələbəsi Yunan-İran müharibələrinin müqəddəratını həll etdi. İşğal olunmuş polislərin böyük hissəsi azad edildi (e.ə. 478–468).

Yunan-İran müharibələrinin əsas şərtləri

[redaktə | mənbəni redaktə et]

E.ə. V əsrin 70-ci illərində afinalı sərkərdə Kimonun başçılığı ilə yunan ordusu Frakiya sahillərini, Egey dənizindəki bir sıra adaları və Bizans şəhərini ələ keçirdi. E.ə. 469 ildə Evrimedont çayı yaxınlığında İran qoşunları ağır məğlubiyyətə uğradılar və bu vuruşmalardan sonra hərbi əməliyyatlar fasilələrlə e.ə. 449 ilə qədər davam etdirildi. E.ə. 449 ildə Salamin yaxınlığında yunanların iranlılar üzərində yeni qələbəsindən sonra sülh haqqında danışıqlar başlandı. Kalli sülhünə (e.ə. 449) əsasən İran Egey dənizindəki Hellespont və Bosfordakı mülklərindən əl çəkdi, Kiçik Asiyada yunan polislərinin istiqlaliyyətini tanıdı. İran hərbi donanmasına Egey dənizində üzmək qadağan edildi.

Bu müharibələr Yunanıstan tarixində çox mühüm mərhələ oldu. İlk dəfə bu mübarizə nəticəsində ümum Ellada təəsübkeşliyi məsələsi ortaya çıxdı.

Kiçik Asiya və ona yaxın adaların yunan şəhərlərinin Əhəmənilərə qarşı üsyanı Yunan-İran müharibəsinin başlanğıc nöqtəsi oldu. Quruşun, II Kambizin, Dəriuşun istilaları bütün Yaxın Şərqin Hahamanişi imperiyasının tərkibinə daxil olmasına gətirdi. Lidiyanın e.ə 546-cı ildə darmadağın edilməsindən sonra, ona tabe olan yunan şəhərləri farsların hakimiyəti altına keçdilər. Farsların aldığı vergilər Lidiya dövründəkindən çox deyildi, lakin Lidiya hakimiyəti dövründə vergi ilə yığılmış pul yenidən dövrüyəyə buraxılırdı, farslara ödənilən vergi isə ölü yük kimi Əhəməni xəzinəsinə yatırdı. Bu isə yunan şəhərlərinin ticarətinə də böyük zərbə idi. Donanması olmayan lidiyalılardan fərqli olaraq farsların əla finikiyalı donanması vardı. Bundan başqa farslar yunanların üzərinə bir çox, o cümlədən tikinti və hərbi, mükələfiyətlər qoymuşdular.

Bundan başqa xarici işğalçılara qarşı mübarizə polisdaxili mübarizə ilə çulğaşırdı, çünki bir müddət siyasi zərurət olan yunan tiraniyaları Əhəməni hakimiyətində özlərinə yeni dayaq tapdılar və tarix səhnəsindən getmək fikrində deyildilər. Mardoni, Datis və Artafernin yürüşləri Femistokl

Kserksın yürüşü Delos dəniz ittifaqı. Kali sülhü

E.ə.449-cu ildə Afina elçisi Kalli Suz şəhərinə gəldi. Burada yunanlarla farslar arasında sülh müqaviləsi imzaland. Bu müqavilə tarixə "Kalli sülhü" kimi daxil olmuşdur. Müqaviləyə görə, farslar Kiçik Asiyadakı yunan şəhərləri üzərində ağalıqdan əl çəkməli, Əhəməni ordusu Halis çayını keçməməli idi. Yunanlar da öz növbəsində Kipr adasını boşaltdılar. Bu məğlubiyyət Əhəməni hökmdarı I Artakserksi və onun varislərini dövlətin xarici siyasətinin əsas istiqamətini dəyişməyə vadar etdi. Onlar müxtəlif dövlətləri bir-birinə qarşı qaldırmaq siyasətinə əl atdılar.

Dünyagörüşü və inanclar

[redaktə | mənbəni redaktə et]

Qədim yunan dinində bütün təbii və ictimai hadisələr sayları çox olan tanrılarla əlaqələndirilirdi. Yunanların düşüncəsində bu tanrıların hər birinin özlərinə məxsus fəaliyyət sahələrinin olduğu inancı yer alırdı. Yunan panteonunun başında Zeus (yun. Ζevs) adlı tanrı dururdu. Yunanların inanclarına görə tanrılar Olimpus dağında yaşayırdılar və insanların həyatına təsir edirdilər. İnsanların borcu isə onlara ibadət etmək idi. Bunun üçün tapınaqlar (məbədlər) və başqa müqəddəs yerlər fəaliyyət göstərirdi. Orada tanrıların heykəlləri qoyulur, onlara dualar oxunur və qurbanlar kəsilirdi. Bunların əvəzində isə insanlar tanrılardan müəyyən istəklərinin yerinə yetirilməsini tələb edirdilər. Nə qədər çox ibadətlər, nəzirlər və qurbanlar verilirdisə, tanrılar da əvəzində o qədər çox nemətlər verməli idilər. Bundan başqa yunanlar müqəddəs daşlara da tapınırdılar, kütləvi dini mərasimlər həyata keçirdirdilər.

Tanrılara xidmətçi olan kahinlər ibadətlər təşkil edirdilər. Orakl (lat. oraculum) adlanan kahinlər də var idi. Yunanlar inanırdılar ki, onlar tanrılardan gələcək haqqında xəbərlər alır. Orakllardan ən tanınmışı Delfi şəhərində yerləşən Apollon tanrısının məbədində (tapınaqında) idi.

Qədim yunan dininin hər hansı bir vahid təlimi, müqəddəs kitabı ya da mərkəzi olmamışdır. Hər yerin öz adətləri var idi. Ümumiyyətlə, yunanlar Yaxın Şərq millətləri kimi təəssübkeş dindar olmamışlar, onlar Şərq xalqlarından fərqli olaraq həyatlarında daha da sərbəst idilər. Onların əsas əxlaqi dəyərləri igidlik və ədalət olmuşdur. Bu sərbəstliyin də fəlsəfənin yaranıb inkişaf etməsində böyük rolu olmuşdur. Sonralar isə yunan dini dünyagörüşü Romaya da təsir etmişdir.

Təxminən miladdan öncə VII – VI yüzilliklərdə Yunanıstanda Orfizm adlanan bir din yaranmışdır. Onun təlimində kifayət qədər fəlsəfi görüşlər də olmuşdur. 

Qədim Yunanıstanın fəlsəfəöncəsi ənənəsində dastanlar da böyük rol oynamışdır. Onları şairlər və ədiblər yazırdılar. Onlardan biri Homer (yun. Ὅμηρος, m. ö. VIII yüzillik) olmuşdur. Onun kimliyi haqqında bilgilər olduqca azdır. Hətta, onun anadan olduğu yer də dəqiq bilinməməkdədir.

Homer "İliada" (yun. Ἰλιάς) və "Odisseia" (yun. Ὀδύσσεια) adlanan dastanların yazarı olmuşdur. Onlarda yunanların mifoloji və dini dünyagörüşü əks olunmuşdur. Bu dastanlarda insan həyatı və tarixi olaylar mifik varlıqların və tanrıların həyatı ilə bağlılıqda təsvir olunmuşdur. Olumpus dağında yaşayan tanrılar savaşlarda və başqa hadisələrdə tarixin gedişinə və insanların həyatına qarışmış, başqa mifoloji varlıqlar isə insanlarla birlikdə müxtəlif hadisələrdə iştirak etmişdirlər. "İliada"da Troya savaşı ilə bağlı hadisələrdən, "Odisseyada" isə bu savaşdan sonra Odisseus (yun. Ὀδυσσεύς) adında bir igidin vətəninə qayıtması zamanı rast gəldiyi hadisələrdən söhbət açılmışdır. Hər iki dastan sonralar formalaşan antik və Avropa ədəbiyyatının formalaşmasında böyük rol oynamışdır. Homerin əsərlərində fəlsəfi baxımdan əhəmiyyətli məqamlar yoxdur, bu əsərlər yunanların qədim inanclarını və dünyagörüşünü əks etdirir.

Bununla bərabər fəlsəfəöncəsi yunan ədəbiyyatının ilklərindən biri də Hesiodos (yun. Ἡσίοδος, m. ö. VIII – VII yüzilliklər) olmuşdur. O "Əməklər və günlər" (yun. Ἔργα και Ἡμέραι) və tanrıların yaranmasından bəhs edən "Teoqonia" (yun. Θεογονία) dastanlarının yazarı olmuşdur.

M.ö. VII–VI yüzilliklərdə ilk yunan döşünürləri Epimenides (yun. Ἐπιμενίδης, m. ö. VII yüzillik), Siroslu Ferekides (yun. Φερεκύδης, təxminən m. ö. 584 – 499) kimi müdrik insanlar meydana çıxmağa başlaməşdər. Onların arasında "Yeddi yunan müdriki" xüsusi ilə seçilmişdir. Onların Qədim yunan fəlsəfəsinin formalaşıb yaranmasında böyük rolu olmuşdur.

Aydın Əlizadə. Antik fəlsəfə tarixi. Bakı: 3 saylı Bakı Mətbəəsi ASC, 2016, s. 8–14. ("Dünyagörüşü və inanclar" bölümü)

  1. "Arxivlənmiş surət". 2015-09-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-28.
  2. "Arxivlənmiş surət". 2022-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-28.
  3. http://www.acs.ucalgary.ca/~vandersp/Courses/texts/aescpers.html Arxivləşdirilib 2009-10-08 at the Wayback Machine>
  4. "Arxivlənmiş surət". 2012-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-28.
  5. "Arxivlənmiş surət". 2015-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-28.
  6. "Arxivlənmiş surət". 2012-11-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-28.
  7. "Arxivlənmiş surət". 2015-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-28.
  8. "Arxivlənmiş surət". 2012-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-28.