Həmzə Paşa

Vikipediya, azad ensiklopediya
ALONELY (müzakirə | töhfələr) (Kateqoriya:Misir bəylərbəyləri əlavə olundu HotCat ilə) tərəfindən edilmiş 20:56, 19 mart 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Həmzə Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi
Vəfat yeri Trablusşam əyaləti
Uşağı Numan bəy

Həmzə Paşa (ö. 1699) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.

Həyatı

Doğum tarixi haqqında məlumat yoxdur. Əndərunda təlim-tərbiyə edildikdən sonra Sultan Mehmedin anası Validə Turhan Sultanın kəndxudası olaraq illərlə sarayda xidmət etdi. Bu vəzifədə ikən paşa ünvanı aldı. Ancaq 1683-cü ildə Validə Turhan Sultanın vəfatının ardından orduya dəvət edildi və 1684-cü ilin yanvarında Misir bəylərbəyi oldu. 1687-ci ilin martında vəzifədən alındı və bir il sonra Şam, 1698-ci ildə isə Trablusşam bəylərbəyi təyin edildi. Ancaq son vəzifə yerinə çatdıqdan qısa müddət sonra vəfat etdi. İdarəçilikdə bacarığının olmadığı, Numan bəy (ö. 1717) adlı oğlunun olduğu məlumdur.

Mənbə

  • Sicill-i Osmani II, səh. 270