IV Mehmed

IV. Mehmed və ya Ovçu Mehmed (2 yanvar 1642[1], Konstantinopol6 yanvar 1693, Ədirnə) — 19. Osmanlı padşahı və 98. İslam xəlifəsidir. Atasının taxtdan devrilməsi nəticəsində 1648-ci ildə 6 yaşında sultan elan edildi. Tez-tez ova çıxması ona ovçu ləqəbini qazandırmışdır. 39 illik səltənəti ilə I. Süleymandan sonra ən uzun müddətli hakimiyyəti ilə seçilir.

IV Mehmed
osman. محمد رابع
8 avqust 1648 – 8 noyabr 1687
ƏvvəlkiSultan İbrahim
SonrakıII Süleyman
Şəxsi məlumatlar
Doğum tarixi 2 yanvar 1642(1642-01-02)[1]
Doğum yeri
Vəfat tarixi 6 yanvar 1693(1693-01-06) (51 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti Sultan, rəhbər
Atası I İbrahim
Anası Turxan Xədicə Sultan
Uşaqları
Ailəsi Osmanlı xanədanı
Dini islam

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dönəmində bir çox memarlıq işləri görüldü. 60 ildir inşaatı bitməyən Yeni Məscid külliyəsi məhz bu dövrdə tamamlanmışdır. 1658–1680 müddətində RumeliAnadolu hisarları təmir edilmişdir. Misir bazarı, Hünkar qəsri, Körpülü külliyəsi, Safranbolu Körpülü Mehmed Paşa Məscidi, Vəzirkörpü Fazil Əhməd Paşa külliyəsi, İncəsu Mərzifonlu Qara Mustafa Paşa Məscidi və karvansarası məhz bu dövrdə inşa edilmişdir.

Taxta çıxışı

[redaktə | mənbəni redaktə et]

2 yanvar 1642 tarixində Osmanlı ənənəsində müqəddəs hesab olunan cümə axşamı günü İstanbulda dünyaya gəlmişdir. Atası Sultan İbrahim, anası Turhan Xədicə Sultandır. Ova çıxmağı sevdiyi üçün "Ovçu" ləqəbiylə anılır. Uşaqlığı sarayda keçmişdir. Bu illərdə Şami Yusif və Şami Hüseyn Əfəndilər tərəfindən tərbiyə edildi. Atasının dövlət məsələlərindəki səriştəsizliyi səbəbilə nənəsi Kösəm Sultanın, dövlət adamlarının və yeniçərilərin müdaxiləsi ilə 8 avqust 1648 tarixində hələ 6 yaşında ikən Osmanlı taxtına çıxdı. Yalnız şeyxülislamın, sədrəzəminvəzirlərin iştirakıyla keçirilən cülus mərasimindən sonra nənəsiylə birlikdə baş bostançıya təslim edildi. Bir həftə sonra 16 avqustda Əyyub Sultan məscidində şeyxülislam Əbdürrəhim Əfəndinin əlindən qılınc qurşandı. Cülus bəxşişi məsələsi isə başda Cindar Hüseyn Əfəndi olmaqla, Sultan İbrahim dövrünün nüfuzlu şəxslərindən alınan məbləğlərin hesabına həll edildi.

Səltənətinin ilk günlərində, tərəfdarları tərəfindən yenidən taxta çıxarılmaq istənilən atası Sultan İbrahim dövlət adamlarının və yeniçərilərin ittifaqı ilə öldürüldü. Yaşının az olması səbəbilə səltənətinin ilk səkkiz ilində dövlət idarəsi nənəsi Kösəm Sultanın, anası Turhan Sultanın və onların tərəfdarlarının əlində cəmləşdi və ölkə böyük bir çalxantı dövrü yaşadı. Yeniçərisipahilərə arxalanan Kösəm Sultanla sədrəzəm Sofu Mehmed Paşa arasındakı rəqabət, sipahilərin gecikən ülufələri, yeddi ildən bir baş tutan çıxmaların (bax: Əndərun) gecikməsi və yeniçəri ocağının nüfuzunun artması kimi məsələlərin nəticəsində 25 oktyabr 1648 tarixində Sultanəhməd məscidi hadisəsi baş verdi. Atmeydanında (indiki Sultanəhməd meydanı) toplanan və Sultan İbrahimin qətlinə etiraz edən sipahilərlə saray ağalarının üsyanı, yeniçərilər üzərində güclü nüfuzu olan Qara Murad ağa və Qoca Muslihiddin ağa tərəfindən yatırıldı. Ancaq bu dəfə dövlət idarəsi yeniçəri ağalarının əlinə keçdi. Yuxarıda adı çəkilən ağalarla yanaşı, Bektaş ağa və Qaraçavuş ağanın nüfuzları getdikcə artdı. Kösəm Sultanla müttəfiq olan yeniçəri ağaları Osmanlı donanmasının Venesiyaya məğlub olmasını bəhanə edərək Sofu Mehmed Paşanı sədarətdən uzaqlaşdırdı. Bununla Kösəm Sultan ən güclü düşmənlərindən birini aradan qaldırmış oldu. Böyük validənin tövsiyəsi və baş münəccim Hüseyn Əfəndinin məsləhəti ilə Qara Murad ağa sədrəzəm təyin edildi.

O əsnada Sivas, AntepAfyon ərazilərində bəzi qoçular baş qaldırmışdı. Qara Murad Paşa qismən də olsa, bunların qarşısını ala bildi. Buna baxmayaraq Kösəm Sultanınyeniçəri ağalarının dövlət işlərinə qarışmasından narazı idi. Şeyxülislam Əbdürrəhim Əfəndiİstanbul qazısı olan oğlu Mehmed Əfəndi isə dəbdəbəli həyat tərzləri ilə əhalinin nifrətini qazanmışdılar. Bu ərəfədə ülufələrini ala bilməyən sipahilərin başlatdığı üsyan isə İstanbul və Qalata səmtindəki tacirlərdən toplanan icbari vergilərin hesabına yatırıldı. Bu əsnada Sultan Mehmedin və özündən 3 ay kiçik qardaşı Şahzadə Süleymanın sünnət mərasimi baş tutmuş (21 oktyabr 1649), Krit adasında Avstriyalılarla gedən müharibədə Osmanlı ordusu ağır itkilər verməyə başlamışdı. Yeniçəri ağalarının ona qarşı yeni bir üsyan tərtib etdiyini öyrənən Qara Murad Paşa isə "Bir memlekette dört vezîriâzam olmaz" ("Bir dövlətdə dörd sədrəzəm olmaz") deyərək sədarətdən çəkildi və yerinə Mələk Əhməd Paşa gətirildi (5 avqust 1650). Yeniçəri ağalarının əlində oyuncağa çevrilən yeni sədrəzəmin dövründə isə xəzinə olduqca pis vəziyyətdə idi. Yeniçəri ağaları isə tam əyarlı pulları özlərinə ayırıb, əskik əyarlı sikkələri ülufə olaraq əsgərlərə paylayırdılar. Buna görə də ölkədə böyük miqyaslı inflyasiya meydana gəldi.

Bütün bu hadisələr cərəyan edərkən 10 yaşındakı Sultan Mehmed Əndərun ağalarının nəzarətində saray bağçalarında, keçirilən ov mərasimlərində vaxt keçirirdi. Dövrün fanatik dindar zümrəsi olan Qazızadəlilərin isə sarayda nüfuzu güclü idi. Bu zümrəyə mənsub olan Üstüvani Mehmed Əfəndi isə padşah şeyxi ünvanı almışdı. Bu illərdə baş tutan ən önəmli məsələ isə gələcəkdə Sultan Mehmed üçün asılılıq halını alan ov mərasimləri idi. Krit adasındakı məğlubiyyətlər və Paros adası yaxınlığında Venesiyalılarla baş tutan döyüşdən sonra Çanaqqala boğazının itirilməsi nəticəsində ticarət tənəzzülə uğramışdı. Dövlət idarəsi Kösəm Sultanın pula həris olan adamlarının əlində iflic olmuş, yüksək dərəcəli inflyasiya və rüşvətin səbəb olduğu qarışıqlıqlar İstanbuldakı tacirlərin və əhalinin ayaqlanmasına səbəb oldu. Əhali, aralarına şeyxülislam Qaraçələbizadə Əbdüləziz Əfəndini də alaraq saraya yürümüş, Sultan Mehmed ayaq divanına çıxmağa məcbur qalmışdı. Paytaxtın hər yerində elan edilən fərmanla, bundan sonra qanunsuz vergilərin yığılmayacağı və Mələk Əhməd Paşanın sədarətdən alınacağı bildirildi. Bu fərmanla və yeniçərilərin də köməyilə şəhərdəki iğtişaşlar tamamilə yatırıldı. Yaxın adamı və qızının kürəkəni olan Siyavuş Paşanı sədarətə gətirərək vəziyyəti öz lehinə dəyişən Kösəm Sultanın isə saraydakı düşmənləri getdikcə artmağa başlamışdı. Bu əleyhdarların başında isə saray ağalarının dəstəyini arxasına alan kiçik validə Turhan Sultan var idi. Saraydakı siyasi tarazlığın pozulduğunu anlayan Kösəm Sultan isə həm rəqiblərindən azad olmaq, həm də anası daha saf oln Şahzadə Süleymanı taxta çıxarmaq üçün Sultan Mehmedi taxtdan endirməyə cəhd etdi. Ancaq bu planını icra etmədən 2 sentyabr 1651 tarixində saray ağaları tərəfindən öldürüldü. Yaxın adamları olan yeniçəri ağaları isə ard-arda ələ keçirilərək aradan qaldırıldı.

Kösəm Sultanın ardından dövlət idarəsi Validə Turhan Sultan və saray ağalarının əlində cəmləndi. Yeni mərhələnin ilk önəmli hadisəsi isə Darüssəadə ağası Uzun Süleyman ağa ilə düşmən olan sədrəzəm Siyavuş Paşanın sədarətdən alınması oldu. Yerinə gətirilən Gürcü Mehmed Paşanın səriştəsizliyinin ardından yerinə Xocazadə Məsud Əfəndinin tövsiyəsilə Tarhuncu Əhməd Paşa gətirildi (20 iyun 1652). Əhməd Paşa gömrük, mətbəx və donanma xərclərini azaldaraq maliyyə vəziyyətini nisbətən yaxşılaşdırdı. Büdcə kəsrinin qarşısını almaq üçün dövlət adamlarından toplanan əlavə vergilər səbəbilə özünə düşmən qazanan Əhməd Paşa yaxın adamı olan Bahai Mehmed Əfəndini şeyxülislamlığa gətirməklə vəziyyəti öz lehinə çevirdi. Yeni vergilər xüsusilə Üsküdar əhalisinin və sipahilərin etirazına səbəb oldu və nəticədə Əhməd Paşa gözdən düşdü. 1652-ci ilin noyabrında çıxan böyük yanğın isə İstanbuləhalisinin vəziyyətini daha da pisləşdirdi. Sarayda çevriliş tərtib etməsi şayəsi yayılan Əhməd Paşa isə 21 mart 1653 tarixində öldürüldü və yerinə kaptan-ı dərya Dərviş Mehmed Paşa gətirildi.

Yeni sədrəzəmin dövründə isə İstanbulda ərzaq qiymətləri olduqca yüksəldi. Kaptan-ı dərya Qara Murad Paşa idarəsindəki Osmanlı donanması isə Çanaqqala boğazında qələbə qazanmış, boğaz yenidən Osmanlıların əlinə keçmişdi. Ticarət yolunun bərpa edilməsi ilə paytaxtda iqtisadi vəziyyət normallaşdı, sədrəzəm Dərviş Mehmed Paşanın iflic olmasının ardından isə həm Anadoludakı Cəlalilərin aradan qaldırılması, həm də İstanbuldakı qoçuların yatırılması üçün sədarət möhürü Hələb bəylərbəyi İbşir Mustafa Paşaya göndərildi. Uzun müddət İstanbula gəlməyən İbşir Mustafa Paşa bu vəzifədə 6 ay qalmış, Anadoludan gətirdiyi əsgərlərin İstanbuldakı sipahiyeniçərilərlə birləşməsi və əsas rəqibi olan Qara Murad Paşanın tərtibi ilə qətlə yetirilmişdi. Yerinə ikinci dəfə bu vəzifəyə gətirilən Qara Murad Paşa ordunun nizamsızlığı və maliyyə problemləri səbəbilə qısa zamanda vəzifədən istehfa etdi. Xələfi Süleyman Paşa isə əsgərlərin ülufəsini əskik əyarlı sikkələrlə verməyə cəhd etmiş, nəticədə ayaqlanan yeniçəri qoçuları Atmeydanında toplanaraq saray ağalarının aradan qaldırılmasını tələb etdi. Yeniçərilərin təzyiqi ilə Sultan Mehmed tələb edilən saray ağalarını təslim etdi (4 mart 1656). Bu şəxslərin cəsədləri Sultanəhməd meydanındakı çinar ağaclarına asıldı. Bu səbəblə Osmanlı tarixində bu hadisə Vaka-i vakvakiye, yəni Çinar hadisəsi adlanır. Hadisənin ardından sədrəzəmliyə əvvəlcə Zurnazən Mustafa Paşa, daha sonra Siyavuş Paşa, onun ölümündən sonra isə Boynuyaralı Mehmed Paşa gətirildi. Bu sədrəzəmin dövründə isə Çanaqqala boğazını yenidən işğal edən Venesiyalılar Bozca ada, Limni və Semandrek adalarını işğal etdi. Kaptan-ı dərya Kənan Paşanın 26 iyun 1656 tarixində Venesiya donanmasına məğlub olması isə İstanbula təhlükə altında qoydu. Venesiyalıların paytaxta hücum etməsindən çəkinən Mehmed Paşa dərhal şəhərin sahilboyu divarları üzərindəki evləri dağıdaraq bərpa etmiş, bununla şəhərdə qarışıqlıqlar başlamışdı. Xəzinənin dolması üçün "imdadiyə" adlı vergi təsis edən Mehmed Paşa bu vergidən də ümid etdiyi gəliri əldə edə bilmədi. Sultan Mehmed topladığı məşvərət məclisində şəxsən səfərə qatılmaq istədiyini bildirmiş, ancaq sədrəzəm tərəfindən bu təklifin qarşısı alınmışdır. O əsnada Sultan Mehmedin yerinə qardaşı Şahzadə Süleymanın taxta çıxarılması ilə bağlı tərtib edilən sui-qəsdin üstü açılmış, bu tərtibin yaradıcı olan şeyxülislam Xocazadə Məsud Əfəndi Bursaya sürgün edilərək burada öldürülmüşdü. Sədarətə isə memar Qasım ağanın tövsiyəsi və Validə Turhan Sultan tərəfindən qəbul edilən bəzi şərtlərlə Körpülü Mehmed Paşa gətirildi (15 sentyabr 1656).

Artıq davamlı olaraq Ədirnədə yaşamağa başlayan Sultan Mehmed bu illərdə Moreya və Tesalya bölgələrinə qədər uzanan ov mərasimlərinə qatılırdı. Körpülü Mehmed Paşa əvvəlcə üsyan edən sipahi qoçularını və xəyanət edən Rum patriarxını aradan qaldırdı. Onun sədarəti dövründə dövlə daxildə və xaricdə əvvəlki gücünü bərpa etməyə başladı. Venesiyalılar məğlub edilərək Çanaqqala boğazından çıxarıldı və boğaza yaxın adalar ələ keçirildi. Ərdəldə baş verən hadisələr isə Osmanlının lehinə həll edildi. Abxaz Həsən Paşa rəhbərliyində Anadoluda çıxan böyük üsyan yatırıldı. 24 iyul 1660 tarixində baş tutan böyük yanğın İstanbulun böyük bir qismini külə çevirdi. Şəhərdə qıtlıq və epidemiya yayıldı. Ertəsi il, 63 ildir ki, inşası yarım qalan Yeni məscid külliyəsinin tamamlanma işləri başlandı. Bu əsnada bəzi yəhudi məhəllələri qarşılığı ödənilərək dağıdıldı. 30 oktyabr 1661 tarixində özünün tövsiyəsilə Mehmed Paşanın yerinə keçən böyük oğlu Fazil Əhməd Paşanın sədarət illərində isə Osmanlı dövləti xaricdə uğur qazanmağa başladı. Fazil Əhməd Paşa Osmanlı dövlətinin gücünü dənizdə VenesiyaFransaya, Orta Avropada LehistanaAvstriyaya qarşı göstərə bildi. Uyvar qalasının fəthi 1664-cü ildə Avstriya ilə bağlanan 20 illik Vasvar sülhü ilə tamamlandı. 1669-cu ildə Kandiye qalasının alınması ilə 25 ildir davam edən Krit məsələsi həll edildi.

Ata-oğul iki sədrəzəmin təxminən 20 illik sədarətləri dövründə daha çox ordunun irəlilədiyi istiqamətlərdə ova çıxan Sultan Mehmed demək olar ki, dövlət işlərindən tamamilə uzaqlaşmış, İstanbula isə illərdir ayaq basmamışdı. Bəzi tarixçilərə görə, sankı bir kəndə çevrilən İstanbul 24 iyul 1665 tarixində Topqapı sarayında çıxan yanğınla daha da dağıldı. Həmin il Yeni məscid ibadətə açıldı. Sultan Mehmed Fazil Əhməd Paşanın Kandiye mühasirəsi əsnasında Moreyada gözlədi. 5 iyun 1672 tarixində möhtəşəm bir mərasimlə Kamaniçe səfərinə çıxan padşah aramsız yağan yağışlara baxmayaraq qalanın önlərinə qədər gəlmiş, qalaya yaxın bir yüksəklikdə çadırını quraraq mühasirəni izləmişdir. Hətta döyüş əsnasında libasını dəyişərək əsgərlərin arasına qarışdığı da rəvayət olunur. Fəthindən sonra bir neçə gün qalanı gəzən Sultan Mehmed buradakı bəzi kilsələri məscidə çevirmiş, Bucaş sülhündən sonra isə Ədirnəyə dönmüşdür.

Səltənətinin böyük bir qismini ov üçün səmərəli olan Ədirnədə keçirən Sultan Mehmed dövründə şəhər keçmişdəki möhtəşəm günlərini yaşayır, dövlət buradan idarə edilirdi. Lehistan kralının Bucaş sülhünün şərtlərini pozmasının ardından padşah 7 avqust 1673 tarixində orduyla birlikdə ikinci dəfə Lehistan səfərinə qatıldı. Sülh şərtlərinin təmin edilməsi qarşılığında hücum edilməyəcəyi bardə Lehistan kralına məktub göndərən Sultan Mehmed, Hotin qalasının itirilməsinə baxmayaraq hava şəraitinin pisləşməsi səbəbilə Babadağa çəkildi və burada qışladı. Həmin ilin iyununda rusların Ukrayna kazaklarına hücum etməsi səbəbilə səfərin istiqaməti dəyişdirildi. Bu əsnada Hotin qalasının geri alındığı xəbəri gəldi və Sultan Mehmed Ədirnəyə döndü. 26 may 1675-ci ildə Ədirnədə oğulları Şahzadə MustafaŞahzadə Əhməd üçün möhtəşəm bir sünnət mərasimi keçirdi. Bu mərasim əsnasında qızları Xədicə SultanGülsüm Sultanları da evləndirmişdir. Osmanlı-Lehistan müharibəsi Zuravno qalası yaxınlığında gedən toqquşmaların ardından Lehistan kralının şərtləri qəbul etməsilə başa çatdı (noyabr 1676). Səfər əsnasında xəstələnərək geri dönən Fazil Əhməd Paşanın vəfatının ardından Körpülü ailəsindən razı qalan Sultan Mehmedin istəyi ilə bu ailənin tərbiyəsini alan Mərzifonlu Mustafa Paşa sədarətə gətirildi. Sultan Mehmed 1677–1678 qışını İstanbulda keçirdi.

Mərzifonlu Mustafa Paşanın dövründə Ukrayna kazaklarının rəhbəri olan Doroneşko Osmanlı himayəsinə girmiş, ancaq daha sonra rus çarına dəstək verdiyi üçün ilk Osmanlı-rus müharibəsi baş tutmuşdur. 1678-ci ildə orduyla birlikdə Çehrin səfərinə çıxan Sultan Mehmed Dunay çayını keçmədi, Silistrədə qalaraq ova çıxdı. Ertəsi il yenidən orduyla birlikdə İstanbula qayıtdı. 1680-ci ildə rusların müharibəyə hazırlaşmasının ardından yeni bir səfər başladı və padşah Ədirnəyə qədər orduyla birlikdə irəlilədi. Rus çarının sülh təklif etməsiylə o yayı Ədirnədə keçirdi. Ruslarla 20 illik sülh bağlandı. Bu sülhün bağlandığı əsnada sədrəzəmin xarici siyasətdəki sərt mövqeyinə padşahın qarışmadığı görülür. Belə ki, Trablusqərb əyalətinin Fransa ilə münasibətlərinin korlanması, nəticədə Fransız donanmasının Saqqız adasına hücum etməsi nəticəsində sədrəzəmin sərt mövqeyi nəticəsində Fransa tərəfin döyüş təzminatı ödəməyi qəbul etdi. Böyük bir qələbəyə adını yazmaq istəyən Mərzifonlu Mustafa Paşa əsas hədəf olaraq Vyana şəhərini seçdi. Osmanlılara bağlı Orta Macarıstan kralı İmre Tökölini Avstriyalılara qarşı müdafiə edən Mərzifonlu Mustafa Paşa Sultan Mehmedin xəbəri olmadan Vyana şəhərini mühasirəyə aldı. Ordu ilə birlikdə yola çıxan padşah Belqradda qaldı. Mühasirədəki məğlubiyyəti eşitdikdən sonra isə Ədirnəyə qayıtdı ancaq sədrəzəmə olan dəstəyini davam etdirdi. Buna baxmayaraq Mərzifonlu Mustafa Paşa, mərkəzdəki düşmənləri Darüssəadə ağası Yusif ağa, baş miraxur Sarı Süleyman ağasədarət naibi Qara İbrahim Paşanın təsiriylə çox keçmədən Belqradda edam edildi. Bu uğursuz mühasirə başda Macarıstan olmaqla, bir çox yerin əldən çıxmasına səbəb oldu. Yeni sədrəzəm Qara İbrahim Paşa isə sərdar deyildi. Buna görə də, səfərə yeniçəri ağası Bəkri Mustafa ağanı göndərərək özü Belqradda qaldı. Bir neçə qala istisna olmaqla, bütün Macarıstan əldən çıxdı. Əvvəlcə Avstriyayla başlayan müharibə, Lehistan, VenesiyaRusiyanın da qatılmasıyla səlib yürüşünə çevrildi.

Sultan Mehmed isə bütün bunlara baxmayaraq ov mərasimlərinə davam edirdi. Anasının vəfatından (1683) sonra ətrafındakı səriştəsiz insanların təsiriylə yanlış qərarlar almağa davam edirdi. Vyana məğlubiyyətinin ardından başlayan dövr şübhəsiz ki, Sultan Mehmed səltənətinin ən qaranlıq dövrüdür. Avstriyalılar tərəfindən məğlub edilən Osmanlı ordusu Kamaniçe və Boğdan cəbhələrində polyak qüvvələrinə qalib gəldi. Ancaq ertəsi il müttəfiq donanması Dalmasiya və Moreyanı ələ keçirdi. Venesiyaya Genuya, Papa, İspaniya, FlorensiyaMalta donanmaları dəstək verirdi. Qərb qüvvələrinin təsiriylə ayaqlanan yunanlar isə ciddi məsələ halına gəlmişdi. Moreya sərdarı Şahin Mustafa Paşa yunan üsyanı ilə məşğul olarkən iki qala da itirildi. 1685-ci ildə Moreya tamamilə itirildi.

Taxtdan endirilməsi

[redaktə | mənbəni redaktə et]

Ölkə torpaqları cənubdan və şimaldan itirilməsinə Sultan Mehmedin bu qədər etinasız yanaşması əhalinin etirazlarına səbəb olmuşdu. Asılılıq halını alan ov mərasimlərindən geri qalmayan Sultan Mehmed artıq üləma zümrəsinin də narazılığına səbəb olmuşdu. Budin qalasının itirilməsindən (2 sentyabr 1686) sonra əhalinin ayaqlanması nəticəsində ovdan əl çəkdiyini elan edən Sultan Mehmed haqqındakı bu düşüncələrə son qoya bilmədi.

Moxac məğlubiyyətinin (avqust 1687) ardından ülufələrini ala bilməyən əsgərlər sərdar-ı əkrəm Süleyman Paşaya qarşı ayaqlandılar. Körpülü Mehmed Paşanın kürəkəni olan Abxaz Siyavuş Paşanı sədrəzəm elan edən əsgərlər Sultan Mehmedi taxtdan endirmək üçün dərhal İstanbula doğru yola düşdülər. Ordudakı bu vəziyyət Avstriyalıların rahat şəkildə irəliləməsinə səbəb oldu. Səltənətini itirmək üzrə olan Sultan Mehmed sədarət möhürün ordudan gizlədərək İstanbula gətirən Süleyman Paşanı edam edərək kəlləsini orduya göndərdi. Bundan başqa ov adətini tərgitdiyini də elan etsə də, artıq çox gec idi. Sədarət naibi Rəcəb Paşanın vasitəçiliyi ilə ordunu dayandırmaq istədi. Sədrəzəm Siyavuş Paşa şeyxülislam Mehmed Əmin Əfəndi ilə xəbərləşərək Şahzadə Süleymanın taxta çıxarılmasına qərar verildiyini bildirdi. Mehmed Əmin Əfəndi üləma zümrəsi ilə keçirdiyi məclisdə başqa çarənin qalmadığını başa düşdü və təsdiq qərarını Siyavuş Paşaya yolladı. Ardından Siyavuş Paşa, Silivridə 7 noyabr 1687 günü yeniçəri ağaları ilə məclis keçirdi və bunu İstanbulda olan sədarət naibi Körpülüzadə Mustafa Paşaya bildirdi. Öldürülməkdən qorxan Sultan Mehmed isə yerinə oğlu Şahzadə Mustafanın taxta çıxarılmasını istəyirdi. Ertəsi gün başda şeyxülislam olmaqla, vəzirləri, yüksək rütbəli yeniçəri ağalarını Aya Sofya məscidində toplayan Mustafa Paşa ordudan göndərilən qərarı bildirdi. Bunun ardından II Süleymanın taxta çıxarılması qərarlaşdırıldı. Sultan Mehmed isə 2 oğluyla birlikdə sarayın Şimşirlik otaqlarına həbs olundu. Bir müddət burada ciddi müşahidə altında saxlanıldı. II Süleyman 1689-cu idə Macarıstan səfərinə çıxarkən Ədirnəyə gətirildi və digər qardaşı II Əhmədin səltənətinə şahid oldu. 6 yanvar 1693-cü ildə sevimli şəhəri Ədirnədə 51 yaşında vəfat etdi.cənazəsi İstanbula gətirilərək anası Turhan Sultanın Yeni məscid yaxınlığındakı türbəsinə dəfn olundu.

Osmanlı tarixinin ən mühüm dövrlərində hakimiyyətdə olan, ancaq təsirli rol oynaya bilməyən Sultan Mehmedin ova olan bağlılığında və dövlət işlərinə etinasız yanaşmasında kiçik yaşlarda taxta çıxmasının rolu böyükdür. Bu səbəblə mükəmməl təhsil ala bilməmiş, ətrafındakı cahil saray ağalarının iqtidar oyunları əsnasında ciddi nəzarət altında saxlanılmışdı. Baş memar Qasım ağanın tövsiyəsilə Validə Turhan Sultan tərəfindən sədarətə gətirilən Körpülü Mehmed Paşa ilə başlayan Körpülülər dövrü ilə daha da geri plana düşən Sultan Mehmed anasının vəfatından sonrakı son 4 ildə daha da uğursuzluqlara düçar olmuşdu. Oğulları Şahzadə MustafaƏhmədin dünyaya gəlişindən sonra qardaşlarını ənənəyə uyğun olaraq edam etdirmək istəsə də, anasının buna mane olduğu rəvayət edilir.

IV. Mehmed, Jacob Koppmayer(1640–1701)

Oğlan uşaqları

[redaktə | mənbəni redaktə et]
  • Şahzadə Səlim
  • II Mustafa
  • III Əhməd
  • Şahzadə Bəyazid (d. 14 dekabr 1675 — ö. sentyabr 1728) — Əmətullah Gülnuş Sultandan doğulub.
  • Şahzadə Mahmud (d. 31 dekabr 1678 — ö. yanvar 1679) — Afifə Sultandan doğulub.
  • Şahzadə Süleyman (d. 13 fevral 1681 — ö. 1685) — Kaniyə Sultandan doğulub.
  • Şahzade İbrahim (d. 1665 — ö. 1666) — Afifə Sultandan doğulub.

Qız uşaqları

[redaktə | mənbəni redaktə et]
  • Kâtib Çelebi, Fezleke, II, 329 vd.;
  • Nevzat Kaya, Karaçelebizâde Abdülaziz Efendi’nin Zeyl-i Ravzatü’l-ebrâr’ı (doktora tezi, 1990), İÜ Sosyal Bilimler Enstitüsü, tür.yer.;
  • Mehmed Halîfe, Târîh-i Gılmânî (haz. Ertuğrul Oral, doktora tezi, 2000), MÜ Sosyal Bilimler Enstitüsü, tür.yer.;
  • Evliya Çelebi, Seyahatnâme, I, 275, 276, 343 vd., 387;
  • Behcetî Hüseyin, Mi‘râcü’z-zafer, Süleymaniye Ktp., Esad Efendi, nr. 2368;
  • Vuslatî, Gazânâme-i Çehrin (nşr. Mustafa İsen), Ankara 2003;
  • Abdurrahman Abdi Paşa Vekāyi‘nâme’si (haz. Fahri Çetin Derin, doktora tezi, 1993), İÜ Sosyal Bilimler Enstitüsü;
  • Mehmed Necâti, Târîh-i Feth-i Yanık, TSMK, Revan Köşkü, nr. 1308;
  • Mustafa Zühdî, Târîh-i Uyvâr, İÜ Ktp., TY, nr. 2488;
  • Mühürdar Hasan Ağa, Cevâhirü’t-tevârîh, Köprülü Ktp., Ahmed Paşa, nr. 231, tür.yer.;
  • J. Thévenot, 1655-1656’da Türkiye (trc. Nuray Yıldız), İstanbul 1978;
  • De la Croix, Mémoires, Paris 1684, tür.yer.;
  • Devize, Historia de Mahomet IV, Paris 1688;
  • J. B. Tavernier, Topkapı Sarayında Yaşam (trc. Perran Üstündağ), İstanbul 1984, tür.yer.;
  • Hezârfen Hüseyin Efendi, Tenkīhu’t-tevârîh-i Mülûk, Süleymaniye Ktp., Hekimoğlu Ali Paşa, nr. 732, tür.yer.;
  • Eremya Çelebi Kömürciyan, İstanbul Tarihi: XVII. Asırda İstanbul (trc. H. D. Andreasyan, nşr. Kevork Pamukciyan), İstanbul 1988, s. 132-133, 180, 199, 200, 245, 253, 254, 276, 282, 291-294;
  • A. Galland, İstanbul’a Ait Günlük Anılar: 1672-1673 (trc. Nahid Sırrı Örik), Ankara 1987, I-II, tür.yer.;
  • Nâbî, Târîh-i Kamaniçe (Fetihnâme-i Kamaniçe), İstanbul 1281;
  • Hacı Ali Efendi, Târîh-i Kamaniçe, Süleymaniye Ktp., Lala İsmail, nr. 308;
  • Naîmâ, Târih, IV, 7-8, 251 vd.;
  • Defterdar Sarı Mehmed Paşa, Zübde-i Vekāyiât, 1656-1684 (haz. Abdülkadir Özcan), Ankara 1995, s. 1-253;
  • Silâhdar, Târih, I, 2 vd.;
  • D. Kantemir, Osmanlı İmparatorluğunun Yükseliş ve Çöküş Tarihi (trc. Özdemir Çobanoğlu), Ankara 1979-80, II, 169 vd.;
  • Şeyhî, Vekāyiu’l-fuzalâ, I, 135-136, 178 vd., 265-266;
  • Râşid, Târih, I, tür.yer.;
  • Behcetî Seyyid İbrâhim, Silsiletü’l-Âsafiyye, Köprülü Ktp., Ahmed Paşa, nr. 212, tür.yer.;
  • Ricaut, Histoire de l’état présent de l’Empire Ottoman, Paris 1743, II, tür.yer.;
  • a.mlf., Histoire des trois derniers empereurs des turcs, depuis 1624 jusqu’à 1677, Paris 1883, tür.yer.;
  • Îsâzâde Tarihi (haz. Ziya Yılmazer), İstanbul 1996;
  • Ayvansarâyî, Vefeyât-ı Selâtîn, s. 5;
  • a.mlf., Mecmûa-i Tevârîh (haz. Fahri Ç. Derin - Vahid Çabuk), İstanbul 1985, tür.yer.;
  • Hammer, HEO, XII, tür.yer.;
  • a.mlf. (Atâ Bey), X, 122 vd.;
  • Ahmed Refik [Altınay], Felâket Seneleri: 1094-1110, İstanbul 1332, tür.yer.;
  • a.mlf., Kadınlar Saltanatı, İstanbul 1332, tür.yer.;
  • Danişmend, Kronoloji, III, 412-464;
  • Uzunçarşılı, Osmanlı Tarihi, III/1, s. 240-494;
  • Özdemir Nutku, IV. Mehmet’in Edirne Şenliği, Ankara 1972;
  • Çağatay Uluçay, Padişahların Kadınları ve Kızları, Ankara 1980, s. 65-70;
  • Cavid Baysun, “Mehmed IV”, İA, VII, 547-557;
  • J. H. Kramers, “Mehemmed IV”, EI² (Fr.), VI, 974-975.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
IV Mehmed
Doğum: 2 yanvar 1642 Vəfat: 6 yanvar 1693
Hakimiyyət titulları
Sələfləri 
I İbrahim

Osmanlı İmperiyası (دولت عالیه عثمانی) Sultanı

8 avqust 1648-8 noyabr 1687
Xələfləri 
II Süleyman
Sünni İslam titulları
Sələfləri 
I İbrahim

İslam Xəlifəsi (خلافة إسلامية)
Xələfləri 
II Süleyman
  1. 1 2 Mehmet IV // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.