Turizmin əhəmiyyəti
Turizm cəmiyyətin iqtisadi problemlərinin həliinə xeyli təsir göstərir. Turizmdən gələn gəlir onun inkişaf etdiyi regionda iqtisadiyyatı yüksəltməyə qadirdir.[1] Ayrı-ayrı regionlarda turizm inkişaf etdikcə ölkədaxili regionların iqtisadi göstəriciləri arasında fərqlər azalır.
Turizmin iqtisadi əhəmiyyəti və sahələri[redaktə | mənbəni redaktə et]
Sahibkarlıq sahəsi - yaradılan hər bir müəssisə xeyir gətirməlidir, çünki o, müştərilərə öz məhsulunu və xidmətlərini təqdim edir, fəhlə və qulluqçulara əmək haqqı və ödəmələrin digər növlərini, aksionerlərə-gəlir, dövlətə - vergi və rüsumlar ödəyir.
İstehlak sahəsi - turizm-istehlak tələbinin yeni formasını gələn turistlərin müxtəlif mal və xidmətlərə olan tələbini canlandırır.
Gəlir sahəsi - turist axını sayəsində turizmin aşağıda qeyd olunan bir çox yerli müəssisələrinin gəliri artır - mədəni və əyləncə müəssisələrinin gəlirləri artır və bu da öz növbəsində vergi ödəmələri hesanıa regiona və yerli əhaliyə fayda verir.
Valyuta sahəsi - turizm ölkəyə, regiona böyük miqdarda xarici valyuta axınına səbəb olur. Qəbul edən turizm "görünməyən ixrac" adlanır, çünki istehlakçı ixrac məhsulun ardınca onu istehsal edən ölkəyə gedir.
Turizmin sosial əhəmiyyəti[redaktə | mənbəni redaktə et]
İşsizlik, zəhmətkeşlərin həyat səviyyəsinin aşağı olması, psixoloji təzyiq, stress və onunla bağlı böhranlı hadisələrin yaranması, asudə vaxtlarda gənclərin neqativ fəaliyyətinin artması, təbiətdə ekoloji tarazlığın pozulması-müasir cəmiyyətin bu və ya digər problemləri bizim ölkədə də mövcuddur.
- İstirahətdən sonra işçi qüvvəsinin iş səmərəliyi artır;
- Əhalinin maariflənməsinə müsbət təsir göstərir;
- Turizmin inkişaf etdiyi ərazilərdə tarixi obyektlərin qorunmasına maraq artır;
Turizmin humanitar əhəmiyyəti[redaktə | mənbəni redaktə et]
Turizmin mühüm funkasiyasıdır, şəxsiyyətin inkişafı, onun dərketmə dairəsinin və yaradıcılıq potensialının genişlənməsi üçün imkanları yaradılmasıdır.
Xarici keçid[redaktə | mənbəni redaktə et]
- AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Arxivləşdirilib 2018-05-03 at the Wayback Machine
Həmçinin bax[redaktə | mənbəni redaktə et]
İstinad[redaktə | mənbəni redaktə et]
- ↑ Sabir Rəhimov Turizm-ekskursiya işinin təşkili Bakı 2004