Turizmin növləri

Bu məqalə Turizm məqaləsinə çox yaxındır və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür.

Turizmin növləri - Əlamətlərinə görə turizm aktiv və passiv növlərinə ayrılır.

Xarici turistlərin ölkəyə gəlişi və ya ölkə vətəndaşları tu­ristlərin həmin regiona gəlişi aktiv turizmdir. Aktiv turizm - ölkə­yə və ya regiona pul (valyuta) gətirməsi ilə müəyyən edilir. Bir öl­kə vətəndaşının digər ölkəyə səyahəti və ya həmin regiondan olan turistlərin başqa yerlərə səfərləri passiv turizmdir. Passiv turizm ölkədən və ya regiondan pul (valyuta) çıxarılması ilə müəyyən edilir.

Rekreasiya turizmi - istirahət və müalicə məqsədilə həyata keçirilən səyahətdir. Turizmin bu növü dünyada geniş yayılmışdır.

Zamana görə turizm

[redaktə | mənbəni redaktə et]

a) qızğın (turistlərin ən çox olduğu);

b) sakit (turistlərin sayının orta səviyyədə olduğu);

v) ölü (turistlərin ən az olduğu və ya ol­madığı) mövsümə ayırmaq olar: qısa müddətli və uzun müddətli. Qısa müddətli turizmdə səyahət 3 gündən artıq davam etmir. Uzun müddətli (davamiyyətli) turizmdə isə səyahət müddəti 3 gündən artıq olur. Səyahətin müddətindən asılı olaraq, turizmin tələbatı da əsaslı surətdə dəyişir.

Tələbatına görə turizm

[redaktə | mənbəni redaktə et]
  1. səyahətin marşurutu haqqında
  2. əyləncə proqramının hazırlanması haqqında
  3. Nəqliyyat vasitələrinin, xüsusi ləvazimatların icarəsi, eyni zamanda yemək rejiminə və ya pəhrizə fərdi tələbə uyğun olaraq qidalanmasının təşkili
  4. Müştərinin maliyyə imkanlarının nəzərə alınması

Turizmin digər növləri

[redaktə | mənbəni redaktə et]

Safari - ovçuluq və ya fotoovçuluq balıq ovu, heyvanlan müşa­hidə etmək məqsədilə təbiət qoynuna edilən səyahət.

İdman - idman tədbirlərində iştirak etmək üçün səyahət.

Trofi- avtomobillə müəyyən marşurut üzrə çətin keçilən ərazi­lərdən təşkil olunmuş tur.

Şop - bazarlıq etmək məqsədilə səyahət

Müəmmalı - (sirli) məkanı və məqsədi öncədən elan edilmə­yən səyahət. Macara turizminin növlərindən biridir.

Şəhərətrafı — məzuniyyət dövründə və ya istirahət günlərində sakinlərin şəhər ətrafına səyahəti.

Piyada - nəqliyyatdan istifadə edilməyən səyahət (turizmin şə­hərətrafı, kənd, dini, ritual və s. formalarının növ müxtəlifliyi.)