Aşıq Azər Xanlaroğlu

Vikipediya, azad ensiklopediya
Cavadxan1804 (müzakirə | töhfələr) (→‎Həyatı) tərəfindən edilmiş 22:57, 2 aprel 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Aşıq Azər
Azər Xanlar oğlu Məhərrəmov
Təxəllüsü Aşıq Azər
Doğum tarixi
Doğum yeri Tovuz rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (35 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri Badamdar
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Aşıq Xanlar Məhərrəmov
Fəaliyyət illəri 1990-2018

Aşıq Azər Məhərrəmov (azərb. Məhərrəmov Azər Xanlar oğlu;27 aprel 1983, Tovuz rayonu12 may 2018, Bakı) — Azərbaycan aşığı

Həyatı

Azər Məhərrəmov 27 aprel 1983-cü ildə Tovuz şəhərində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, ustad aşıq Xanlar Məhərrəmovun ailəsində dünyaya gəlib.[1] Bir çox müsabiqələrin qalibi və laureatı olan Azər Xanlaroğlu son onillikdə ölkəmizdə keçirilən aşıq festivalları və digər rəsmi tədbirlərdəki uğurlu çıxışları ilə geniş tamaşaçı və dinləyici kütləsinin rəğbətini qazanıb, dəfələrlə Azərbaycan aşıq sənətini xaricdə, o cümlədən UNESCO səviyyəsində keçirilən tədbirlərdə layiqincə təmsil edib. 2008-ci ildən eyni zamanda Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvü idi.[2]

Gənc yaşlarından ustadlıq səviyyəsinə yüksəlib, Türkiyədə, İranda, Gürcüstanda və digər ölkələrdə də tanınmışdır.

Vəfatı

12 may 2018-ci ildə hepatit xəstəliyindən dünyasını dəyişib.[3]

İstinadlar

Xarici keçidlər