Gürcüstan

Gürcüstan (gürc. საქართველოSakartvelo) — Cənubi Qafqazda dövlət. Gürcüstan Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində yerləşir. Şimalda Rusiya, şərqdə Azərbaycan, cənubda ErmənistanTürkiyə ilə həmsərhəddir. Ölkənin qərbində isə Qara dəniz yerləşir. Paytaxtı və ən böyük şəhəri Tbilisi şəhəri, ümumi sahəsi 69,700 kvadrat kilometrdir. Gürcüstan 1991-ci ildə SSRİ-dən müstəqilliyini əldə etmişdir.

Gürcüstan
საქართველო
Sakartvelo
Bayraq Gerb
Bayraq Gerb
ძალა ერთობაშია (Dzala ertobaşia)  (gürcü)
"Güc birlikdədir"
Himn: Tavisupleba
"Azadlıq"
Tarixi
 • Gürcüstan çarlığı 1008
 • Gürcüstan Demokratik Respublikası 26 may 1918
 • Müstəqilliyin bərpası
elan edilib
təsdiq olunub


9 aprel 1991
25 dekabr 1991
Rəsmi dilləri
Paytaxt Tbilisi
İdarəetmə forması Unitar parlament respublikası
Prezident Salome Zurabişvili
Baş nazir İrakli Kobaxidze
Parlamentin sədri Şalva Papuaşvili
Sahəsi Dünyada 121-ci
 • Ümumi 69700 km²
Əhalisi
 • Əhali 3 729 500[1] nəfər (117-ci)
 • Siyahıyaalma (2014) 3 729 635[2] nəf.
 • Sıxlıq 64 nəf./km² (129-cu)
 • Ümumi 24.605.375.420 $[4]
ÜDM (nominal)
 • Ümumi (2010) 11.2 milyard [3] dollar  (122-ci)
 • Adambaşına 2.560 dollar  (119-cu)
İİİ (2008) 0.763 (artış; 93-cü)
Valyuta Gürcüstan larisi[5]
İnternet domeni .ge
ISO kodu GE
BOK kodu GEO
Telefon kodu +995
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][6]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Gürcüstan

Gürcüstan qədim tarixə malik bir ölkədir. Gürcüstanın tarixi qədim Kolxidaİberiya krallıqlarına gedib çıxır. Dünyada xristanlığı qəbul edən 2-ci dövlət olan Gürcüstan XI və XII əsrlərdə ən qüdrətli çağını yaşamışdır. XIX əsrin əvvəlində Rusiyaya birləşdilib. 1918-ci ildə müstəqillik əldə etsə də, qısa müddətdən sonra RSFSR tərəfindən işğal olundu.

Gürcülər özlərini "kartveli" (gürcü) (tək hal) və "kartvelebi" (gürcülər) (cəm hal), ölkələrini "Sakartvelo" (Gürcüstan / kartvel və ya gürcü diyarı), dillərini "kartuli" (gürcücə, kartvelcə) və ya "kartuli ena" (gürcü dili, kartvel dili) olaraq adlandırır. Kartvelebi adlanan qrup isə sadəcə gürcülərin əksəriyyətini deyil, Gürcüstanın digər kartveldilli millətlərini də (bunlara meqrellərisvanları aid etmək olar) əhatə etməkdədir.

Qonşuları və bölgə xalqları tərəfindən gürcülər fərqli adlarla tanınırlar: azərbaycanlılar "gürcü", "gürcülər", "Gürcüstan", türklər "gürcü", "gürcüler", "Gürcistan", farslar "qorci", "qorciha", "Qorcestan", ermənilər "vratsi", "vratsineri", "Vrastan", ruslar "qruzin", "qruzinı", "Qruziya" ifadələrini istifadə edirlər. İngiliscə isə "Georgian" (corcian), "Georgians" (corcians) və "Georgia" (Corciya) adları istifadə edilirlər.

Fars dilindən qaynaqlanan "gürcü" sözünün mənşəyi haqqında iki fərqli yanaşma mövcuddur. Bunlardan birincisi qədim yunanlatın mənşəli, "təsərrüfatla əlaqəsi olan" mənasında işlənən "georgos / georgicus" sözündən əmələ gəldiyinə dair teoremdir. Bir başqa yanaşma isə qədim fars dövlətində gürcülərin "Gurcan" və ya "Gurc" olaraq adlandırıldığı və "gürcü", "georgian" kimi adların farsca "gorg" (canavar) sözündən gəldiyi və bu sözdən yaranmış olmasıdır.

border=none Əsas məqalə: Gürcüstan tarixi

Uzaq keçmişdə bu ərazilərdə yunanlararomalılara məlum olan iki dövlət mövcud idi: İberiyaKolxida. Bu dövlətlər 337-ci ildə xristianlıq qəbul etdilər. Bizans və ərəb idarəsindən qurtarıb gürcü məlikləri XI əsrdə torpaqlarını birləşdirib müstəqil Gürcü şahlığını yaratdılar. XII əsrdə bu şahlıq qonşu əraziləri fəth edib güclü bir dövlətə dönür. XIV əsrdən bəri monqollar, iranlılarosmanlılar ölkəyə hücum edib müstəqilliyinə dəfələrlə son qoyurdular. 1783-cü ildə gürcü Kartli-Kaxeti şahı İrakli II Rusiya ilə Georgievsk müqaviləsini imzaladı. Bu müqavilə əsasəm Rusiya Gürcüstana mühafizə tə'min etsə də, Qacarlar hələ də ölkəyə qarşı hücum etməyə davam edirdi. 1801-ci ildə Gürcüstan Rusiya tərəfindən zəbt edildi. 1810 Rusiya qərbi gürcü İmereti çarlığını da özünə tabe etdi. 1918-ci ilə 1921-ci illər arasında Gürcüstan müstəqil respublika idi. 1921-ci ildə rus ordusu Gürcüstana daxil olub, müstəqilliyi ləğv etdi və SSRİ-nin tərkibində Gürcüstan Sovet Sosialist Respublikası yaradıldı. 1922–1936-cı illərdə Gürcüstan Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasına daxil idi. 1991-ci ildən bəri Gürcüstana Respublikası müstəqil ölkədir.

Gürcüstanın iqlimi coğrafi bölgələr üzrə dəyişkəndir. Qafqaz dağlarının soyuq şimal küləklərini və ölkənin Qaradənizdən gələn nəmli və isti bir hava axınının təsirində qalması iqlimin yumşaq və yağışlı olmasına imkan yaradır.

Qara Dənizə yaxın Kolxida ovalığında isə astropikal iqlim özəllikləri görülür. Əsasən payızqış aylarında yağan yağışlar qərbdən şərqə doğru getdikcə azalır. Kolxida ovalığında ildə orta hesabla 1600–2000 mm. olan yağış miqdarı Kartli və Kaxetiya yaylalarında 508 miliimetrə qədər azalır.

Yay və qış arasındakı istilik fərqi qərbdə çox dəyişkən quru iqliminin hökm sürdüyü şərqə daha çoxdur.

Gürcüstan qədim döv Gürcüstanın ən vacib faydalı qazıntı ehtiyatları marqans, mis, arsen, qurğuşun, sink filizi və digər metal filizi yataqları, həmçinin neftdaş kömürdür. Gürcüstanın əsas neft yataqları Kolxida düzənliyində və Kaxetiya regionunun cənub hissəsində, Azərbaycanla sərhəd ərazilərdə yerləşir. Neft yataqları 350–1500 metr dərinliklərdə yerləşir. Daş kömür ehtiyatları əsasən qərbi Gürcüstanda yerləşir. Onun ehtiyatları bir neçə yüz milyon tondur. Dəmir filizi ehtiyatı 150 milyon ton, marqans yataqları ehtiyatı 50 milyon ton həcmində dəyərləndirilir.

Təbii su ehtiyatları baxımından zəngin bir ölkə olan Gürcüstanda Böyük Qafqaz dağlarının buzlaqlarından qidalanan Bzibi, Kodori, İnquri, Tsxenitskali və Rioni çayları Qara dəniz hövzəsinə daxildirlər. Mənbəyi Türkiyədən başlayan Çorux çayı Batum yaxınlarında Qara dənizə, Kür isə Xəzər dənizinə tökülür. Kürün qolları olan Liaxvi, Çama, Tana, Tedzami, Araqvi, İoriAlazanidən əkin sahələrinin sulanmasında əhəmiyyətli yer tutur.

Cavaxetiya vulkanik yaylasında olan irili xırdalı bir neçə göl yağış və yeraltı su mənbələrindən qidalanır; bu göllərdə bol miqdarda forel ve sazan balıqları var.

Gürcüstan səth şəkilləri baxımından üç bölgəyə ayrılır.

  • 1. Şimalda Böyük Qafqaz sıra dağlarının yerləşdiyi bölgə.
  • 2. Cənubdakı Acara-İmereti. Trialeti, Borjomi-Bakuriani və Axalçixe dağlarının yerləşdiyi Kiçik Qafqaz kütləsindən yaranan bölgə.
  • 3. Bu iki kütlə arasında ova və yaylaların yer aldığı Engebeli çöküntü bölgəsi.

Qərbdən şərqə doğru getdikcə yüksələn Böyük Qafqaz sıra dağları ölkəni Rusiya Federasiyasından ayırır. Ən yüksək zirvələri təşkil edən Şxara (5068 m), Kazbek (5047 m), Rustavi (4960 m), Tetnults (4852 m) və Uşba (4700 m) bu bölgədədir; cənubdakı Kiçik Qafqaz dağları daha alçaq olub yüksəklik Didi-Abuli doruğunda ancaq 3301 metrə qədər çıxır.

Şimal və cənubdakı dağlıq kütlələr arasında qalan çöküntü alanının qərb tərəfində Kolxida ovalığı, şərqdə Kartli və Kaxetiya yaylaları var.

Bol yağış alan Kolxida ovalığında astropikal bitki örtüyü görülür və burada bambuk, evkalipt, palma kimi ağacların da yetişməsinə uyğun şərait var. Qaradənizə yaxın bölgələrdə 1000–1200 metrə qədər gürgən və 2000 metrəyə qədər şam ağaclarından yaranan meşələr hakimdir: daha yüksəklərdə isə otlaqlar yerləşir.

Torpaqlarının üçdə biri meşələrə örtülü olan ölkədə şam, ladin, meşə, şabalıd, ağcaqayın, küknar, dişbudaq ve ihlamur boldur.

Meşələrin yüksək yerlərində və dağlarda dağ keçisi, karaca, çöl donuzu, ayı, vaşaq, tülküqurd kimi heyvanlar, çaylarında bol miqdarda balıq yaşayır.

İnzibati-ərazi bölgüsü

[redaktə | mənbəni redaktə et]
Gürcüstanın regionları

Xəritə nöm. Region Paytaxt
1 Abxaziya Suxumi (Sokhumi)
2 Sameqrelo-Zemo Svaneti Zuqdidi
3 Quriya Ozurgeti
4 Acarıstan Batumi
5 Raça-Leçxumi və Kvemo Svaneti Ambrolauri
6 İmereti Kutaisi
7 Samtsxe-Cavaxeti Axalkalaki
8 Daxili Kartli Qori
9 Msxeta-Mtianeti Msxeta
10 Kvemo Kartli Rustavi
11 Kaxeti Telavi
12 Tbilisi Tbilisi

Gürcüstan 2 muxtar respublikadan və 9 diyardan ibarətdir. Muxtar respublikalara AcarıstanAbxaziya aiddir. Onların hər ikisi Sovet dövründə yaradılmış və müasır Gürcüstan Konstitutsiyası tərəfindən tanınırlar. Separatist Cənubi Osetiya isə administrativ olaraq Şida Kartli regionuna daxildir. Digər 9 region isə Quriya, İmeretiya, Kaxetiya, Yuxarı Kartli, Mtsxeta-Mtianeti, Raça-Leçxumi və Kvemo Svaneti, Sameqrelo-Zemo Svaneti, Samtsxe-Cavaxeti, Aşağı Kartli regionlarıdır. Sağdakı cədvəldə Gürcüstanın inzibatı dairələri və onların mərkəzi şəhərləri göstərilmişdir. Bu regionlar özləri də inzibati olaraq rayonlara bölünürlər. Ümumi olaraq Gürcüstanda 72 rayon mövcuddur.

border=none Əsas məqalə: Gürcüstan iqtisadiyyatı
BTC boru xətti

Gürcüstan aqrar-sənaye ölkəsidir. 2004-cü ildən etibarən iqtisadiyyatı sabit artım tempi, kiçikhəcmli büdcə kəsiri (2006-cı ildə ÜDM-in 0,3%-i həcmində), valyuta ehtiyatlarının sürətlə artması, xarici dövlət borcunun idarəolunan səviyyəyə düşməsi və inflyasiya proseslərinin sürətlənməsi ilə xarakterizə olunur.

2006-cı ildə burada iqtisadi artım 9,6%, adambaşına düşən ÜDM 3153 lari (1771 ABŞ dolları) təşkil etmişdir. Son 3 ildə (2004–2006) büdcə xərclərinin orta illik 47% artması qiymətlərin bahalaşmasını stimullaşdıraraq 2006-cı ildə 8,8%-ə çatmasını şərtləndirmişdir. Xarici ticarət balansında irihəcmli kəsirə baxmayaraq, ölkəyə intensiv axıb gələn xarici investisiyalar daxili valyuta bazarında təzyiq yaradaraq ABŞ dollarına nəzərən larinin məzənnəsini 2002-ci ilin aprelindən etibarən davamlı olaraq bahalaşdırmaqdadır.

Gürcüstanın ÜDM istehsalı 1990-cı ildə 8,5 milyard dollar olduğu halda 2010-cu ildə 11,7 milyard dollara yüksəlib. Müqayisə üçün onu bildirək ki, 1990-cı ildə Ermənistanın ümumi daxili məhsul (ÜDM) istehsalı indiki (2010-cu il) qiymətlərlə 2,2 milyard dollar idisə, 2010-cu ildə 9,3 milyard dollar, Azərbaycanda isə 1990-cı ildə olan 6,5 milyardlıq ÜDM istehsalı 2010-cu ilin yekununda 54,3 milyard dollarlıq istehsala çatıb. 1990-cı ildə Gürcüstan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdi. 2010-cu ildə isə Gürcüstan Cənubi Qafqaz iqtisadiyyatının 15,5 faizini formalaşdırır. 2010-cu ildə Gürcüstanda adambaşına düşən ÜDM məbləği 2,6 min dollardır, 1990-cı ildə isə bu göstərici 2.400 dollar olub. Bu göstəricilər onu bildirir ki, ötən 20 il ərzində Gürcüstan iqtisadiyyatında artım çox cüzi olub. Proqnozlara görə 2015-ci ildə Gürcüstanın Ümumi Daxili Məhsulu 14,8 milyard dollar olacaq.[7]

Sənayesi — Gürcüstan SSR sənaye3si, 1982-ci ildə 1913-cü ilə nisbətən 119 dəfə artmışdır. Maşınqayırma, kimya sənayesi və elektroenergetika sürətlə inkişaf etdirilməsinə baxmayaraq, hələlik kənd təsərrüfatı xammalını emal edən sahələri üstünlük təşkil edir.

Yeyinti sənayesi məhsul istehsalına görə birinci yeri tutur. Onun tərkibində meyvə-tərəvəz konserv sənayesi həlledici rol oynayır. Çay fabrikləri Qərbi Gürcüstanın çayçılıq rayonlarında yerləşir və Tbilisidə və SSRİ-nin bir sıra şəhərlərindəki çay şökmə və doldurma fabriklərinə xammal veriri. Şərabçılıq əsasən Alazan dairəsində (Kaxetiya) Pioni çayının aşağı axarında (İmeretiya) və şərab doldurma isə Tbilisi şəhərində inkişaf etdirilir. O cümlədən şampan şərabı, meyvə-tərəvəz konservi müəssisələri tərəvəzçilik və bağçılıq rayonlarında yerləşir.

Yüngül sənaye- yun, ipək, pambıq, parça, dəri ayaqqabı istehsalı ilə təmsil olunmuşdur. İpəkçiliyin əsas mərkəzlərində ipək sarıma və ipək parça toxumu ((Tbilisi və Kutaisi) fabrikləri yaradılmışdır. Tbilisdə mahmud parça və trikotaj-əyirmə, Qoridə pambıq-parça kombinatları da var.

Kimya sənayesi azot kübrələri, kimya əczaçılıq preparatları, kaprolaktam və sintetik liflər istehsal edir. (Rustavidə)

Maşınqayırmanın ixtisaslaşması Zaqafqaziya təsərrüfatının tələbatı ilə sıx bağlıdır. Tbilisi və Batumi şəhərlərində çay yığımı və emalı, şərab, konserv, ipək toxuculuğu sənayesi üçün maşın və avadanlıqlar istehsal olunur. Bundan əlavə Tbilisidə metalkəsən dəzgahlar, magistral elektrovozları, mürəkkəb və dəqiq elektron cihazları hazırlanır. Kutaisidə yük avtomobilləri, traktorlar, dağ-mədən, çayyığan kombayınlar və şaxta avadanlıqları istehsal olunur.

Rustavinin metallurgiya kombinatları çuqun, polad, prokat və boru istehsal edir. Çiaturidə çıxarılan manqan Zestafoni ferroərintilər zavodunda əridilir. Tbilisi yaxınlığında mis kolçedani və polimetal filizi çıxaran və emal edən Madneuli dağ-mədən kombinatı tikilmişdir.[8]

SSRİ dağıldıqdan sonra digər respublikalar kimi Gürcüstan da müstəqil ordu quruculuğuna başladı, lakin keçmiş Sovet İttifaqının digər regionlarından fərqli olaraq Gürcüstanda ordu quruculuğu bir qədər fərqli aparıldı. Gürcüstan müstəqilliyə müharibə ilə başladı. Cənubi OsetiyaAbxaziya Gürcüstanın başağrısına çevrildi. Məhz buna görə, Gürcüstanın ordu quruculuğunda problemlər yaşandı. Məhz 94–95-ci illərdən sonra Gürcüstanda ordu quruculuğuna start verildi.

Gürcüstan Silahlı Qüvvələri NATO ölkələri hesabına formalaşdırılıb. 2003-cü ildə Gürcüstanda baş verən Narıncı inqilabdan sonra hakimiyyətə gələn Mixail Saakaşvili ölkədə digər sahələrlə yanaşı orduda da ciddi islahatlara başladı. İlk növbədə ordunun Rusiya sistemindən NATO standartlarına keçidinə başlanıldı. Digər sahələrdən fərqli olaraq, Silahlı Qüvvələrin modernləşdirilməsi daha sürətlə aparıldı və demək olar ki, ölkə büdcəsinin çox hissəsi orduya yönəldildi. Məhz ölkənin xarici dövlətlərdən aldığı çoxsaylı kreditlər bu gün Gürcüstan üçün üçün nəhəng həcmdə borc yaratmışdır. Hazırda Gürcüstanın Silahlı Qüvvələri Quru Qoşunlarından, Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələrindən, Hərbi Dəniz Qüvvələrindən, eləcə də Milli Qvardiyadan ibarətdir. Şəxsi heyətin ümumi sayı 25–30 minə nəfərə yaxındır. Səfərbərlik ehtiyatı 100 minə yaxındır, amma prezident Mixail Saakaşvili bir neçə il əvvəl bəyan etmişdi ki, Gürcüstan Silahlı Qüvvələrinin şəxsi heyəti 100 min nəfərə qədər olacaq. Ölkənin Quru Qoşunlarında 12,5 min hərbi qulluqçu (digər məlumata görə – 16,5 min nəfər) xidmət edir. 2007-ci ilin əvvəlinə olan məlumata görə, Quru Qoşunlarına aşağıdakılar daxildir:

  • Birinci piyada briqadası (dislokasiya yeri Vaziani), heyəti 2500 nəfər. Onun tərkibində 11-ci Telavi yüngül piyada taburu (560 nəfər), 13-cü Şavnabad yüngül piyada taburu (560 nəfər), 16-cı Saçxer dağ-atıcı taburu (560 nəfər), kommandos taburu (560 nəfər), tank taburu (T-72), arxa təminat taburu, kəşfiyyat və mühnədis-istehkam bölükləri;
  • İkinci piyada briqadası (dislokasiya yeri Kutaisi): 22-ci (Batumi), 23 və 24-cü piyada taburları, tank taburu (T-72), artilleriya diviziyası, arxa təminat taburu, kəşfiyyat və mühəndis-istehkam bölükləri;
  • Üçüncü piyada briqadası (dislokasiya yeri Qori): 31, 32, 33, 34-cü piyada taburları, tank taburu (T-72), artilleriya diviziyası, arxa təminat taburu, kəşfiyyat və mühəndis-istehkam bölüyü. Briqada 2004-cü ilin avqustundan sonra amerikalı təlimatçılar tərəfindən təlim görüb;
  • Dördüncü piyada briqadası (dislokasiya yeri Tbilisi): iki piyada və bir mexanikləşdirilmiş tabur (1,5 min nəfər), tank taburu (T-72), artilleriya diviziyası, arxa təminat taburu, kəşfiyyat və mühəndis-istehkam bölükləri. Bu briqada ən təcrübəli hissələrdən biridir. Orada xidmət edənlər arasında Abxaziya müharibəsində xidmət etmiş hərbi qulluqçular da var;
  • Xüsusi təyinatlı əlahiddə briqada (dislokasiya yeri – Tbilisi yaxınlığındakı Kocori yaşayış məntəqəsi). "İraq taburu" adlanan hissə məhz burada komplektləşdirilib. Bu briqadada döyüş qabiliyyətli xüsusi təyinatlılar xidmət edir, amma onlardan əksər vaxtlarda xüsusi obyektləri və dövlətin birinci şəxslərini mühafizə etmək üçün istifadə olunur. "İraq taburu"ndan əsasən Sxinvali üçün diversiya qrupları formalaşdırılır;
  • Əlahiddə artilleriya briqadası (dislokasiya yeri Axalsix): 4 diviziya, o cümlədən bir reaktiv hissə.

Gürcüstan Silahlı Quru Qoşunlarında 167 tank (30 ədəd T-55, 137 ədəd T-72), 40 ədəd BMP-1, 55 ədəd BMP-2, 11 ədəd BRDM-1, 37 ədəd BTR-70 və 33 ədəd BTR-80, 50 ədəd MTLB), 373 ədəd artilleriya sistemi (3 ədəd 152 mm-lik Qiaçint-B topları, 11 ədəd 152 mm-lik Msta-B qaubitsaları, 67 ədəd 122 mm-lik D-30 qautibsaları 62 – SAU (Pion, "Msta-S", "Dana", "Akasiya", "Qvozdika"), 21 ədəd BM-21 Qrad RYAS (Reaktiv Yaylım Atəş Sistemi), 6 ədəd RM-70 RYAS, 2 ədəd Uraqan RYAS var. HHQ və HHM-də 2 min hərbi qulluqçu xidmət edir. Buraya daxildir: HHM əlahiddə diviziyası (Kutaisi), Marneuli və Kopitnaridə aviabazalar, Alekseyevka aerodromu. Aviasiya 10–12 ədəd Su-25 təyyarəsindən ibarətdir. Digər məlumatlara görə, gürcü ordusunda 16 ədəd Su-25T (SSRİ istehsalı) və 5 ədəd Su-25 Scorrion (İsrailin Elbit system şirkəti müasirləşdirib) var. Bundan başqa aviasiyada 2 ədəd MiQ-23, 4 ədəd – Yak-52, 4 ədəd L-29 "Delfin" təlim təyyarəsi, 6 ədəd An-2 desant təyyarəsi, 2 ədəd Yak-40, 4 ədəd MiQ-23 cəbhə qırıcısı, 4 ədəd L-159 ALCA var. Orduda Mi-24Mi-8 vertolyotları var. Aviasiyada əlahiddə eskadrilya var. HHM-ə 40 ədəd Strela-10 zenit raket kompleksi, Şilka, Neva, İqlaStrela daxildir. Ukrayna istehsalı RLS 36D6-M kompleksi var. HDQ-yə 3,1 min hərbi qulluqçu daxildir. Komanda qərargahı və əsas baza Potidə yerləşir. HDQ-yə eləcə də dəniz eskadrilyası, dəniz piyadası (Poti), sahil mühafizəsi bölməsi daxildir. HDQ-nin silah və texnikası aşağıdakılardan ibarətdir: "Dioskuriya" raket kateri (1971-ci il istehsalı, Fransa istehsalı). Gəmi 2003-cü ilin əvvəlində Yunanıstanda təmir olunub. Su tutumu 255 tondur; "Tbilisi" raket kateri; "Batumi" və "Akmeta" artilleriya katerləri; "İveriya", "Mestia", "Kutaisi", "Bofors", "Tsxaltubo", "Qali" keşikçi katerləri, "Qantiadi" patrul kateri. Bundan başqa kiçik desant katerləri və yardımçı gəmilər mövcuddur. Bir sıra katerlər SSRİ-nin sərhəd qoşunlarından qalıb. Hazırda onlar təmir olunub. İki "Point" tipli keşikçi kateri ABŞ Sahil Mühafizəsi tərəfindən verilib. Bundan başqa Gürcüstan Silahlı Qüvvələri öz arsenalına Türkiyə istehsalı olan "Ejder" və "Otokar Cobra" BTR-lərini daxil edib.

NATO standartlarına keçmiş gürcü ordusu 2008-ci il avqust hadisələri zamanı az qala məhv olmaq təhlükəsi altında qalmışdı. Həmin müharibə Gürcüstan ordusunda kifayət qədər nöqsanların olduğunu bir daha üzə çıxardı.[9] Gürcüstan ordusu həm də xaricdə bir çox sülhməramlı və hərbi əməliyyatlarda iştirak edir. 2012-ci ilin əvvəlinə olan məlumata görə Əfqanıstanda 900 gürcü hərbçisi xidmət edir, 2012-ci ilin payızından onların sayının 1.600 nəfərə çatdırılıb. Ümumilikdə, 2014-cü ilin iyun ayına qədər Əfqanıstanda 30 gürcü hərbçisi öldürülüb, daha 435 əsgər isə yaralanıb.[10]

border=none Əsas məqalə: Gürcüstan əhalisi

2015-ci ilin yanvar ayının 1-ə olan rəsmi məlumata əsasən Gürcüstan əhalisi 3 729 500 nəfər təşkil etmişdir. (Abxaziyanın və Cənubi Osetiyanın əhalisi bu saya əlavə edilməmişdir).[11] ki, onun da 2410.8 min nəfəri şəhər və şəhər tipli qəsəbələrdə, 2073 min nəfəri kəndlərdə yaşayır.[11] Ümumi əhalinin 762.9 min nəfərini 0–14 yaşlarda olanlar, 3100.2 min nəfərini 15–64 yaşda olanlar, 620.7 min nəfərini isə 65 və daha yuxarı yaşda olanlar təşkil edir.[12] Əhalinin sayında Abxaziyada və Cənubi Osetiyada yaşayan insanlar nəzərə alınmayıb.

Əhalisinin sayına görə Gürcüstanda ən böyük şəhər 1.1 milyon əhalisi olan paytaxt Tbilisidir. İkinci böyük şəhər isə İmeretiya regionunda yerləşən 188.000 əhalisi olan Kutaisidir, lakin son illərdə Gürcüstanda şəhərlərin demək olar ki, hamısının əhalisi azalmaqdadır. Belə ki, 1989-cu ildə Tbilisi əhalisi 1.250.000 nəfər idi, həmçinin Kutaisinin əhalisi də həmin ildə 232.000 nəfər olsa da, 2009-cu ildə onun da əhalisi azalmışdır. Aşağıdakı cədvəldə Gürcüstanın 10 ən böyük şəhərlərinin əhalisi göstərilmişdir.

Sıralaması Adı 1989-cu ildə əhalisi 2002-ci ildə əhalisi 2009-cu ildə əhalisi
1. Tbilisi 1.243.200 1.073.300 1.106.700
2. Kutaisi 232.500 186.000 188.600
3. Batumi 136.900 121.800 122.500
4. Rustavi 159.000 116.400 117.400
5. Zuqdidi 49.600 68.900 72.300
6. Qori 67.800 49.500 50.800
7. Poti 50.600 47.100 47.500
8. Samtredia 34.300 29.800 29.600
9. Xaşuri 31.700 28.600 28.300
10. Senaki 28.900 28.100 28.100
Gürcüstanın etnik xəritəsi (2002 sa.)

17–24 yanvar 2002-ci il ümumrespublika əhali siyahıyaalınmasının yekunlarına əsasən Gürcüstanın ümumi 4.371.535 nəfər əhalisinin 3.661.173 nəfərini və ya 83,75 %-ni kartvellər, 785.578 nəfərini və ya 6,51 %-ni azərbaycanlılar, 284.761 nəfərini və ya 5,69 %-ni ermənilər, 24.256 nəfərini və ya 1,55 %-ni ruslar, 4.896 nəfərini və ya 0,87 %-ni osetinlər, 70.973 nəfərini və ya 1,63 %-ni isə digərləri təşkil edir.

Milli tərkib
Etnik qrup 1989 sa.[13] 2017 sa.[13]
cəmi 5 400 841 4 371 535
kartvel 3 787 393 3 661 173
azərbaycanlı 595 556 796 761
erməni 437 211 248 929
rus 341 172 67 671
osetin 164 055 38 028
yezidi 33 331 18 329
berzen 100 324 15 166
ukraynalı 52 443 7 039
kistin m.y. 7 011
yəhudi 24 795 3 772
abxaz 95 853 3 527
assuriyalı 6 206 3 299
kürd 2 514
avar 4 230 1 996
çeçen 609 1 271
polyak 2 014 870
moldavan 2 842 864
alman 1 546 651
belorus 8 595 542
qaraçı 1 744 472
axısqa türkü 1 375 441
udin 93 203
bolqar 671 138
litvalı 977 134
latış 530 91
eston 2 316 56
iranlı 123 46
çex 101 46
ləzgi 720 44
inquş 170
digər 21 846 2 349
border=none Əsas məqalə: Gürcüstan mədəniyyəti
border=none Əsas məqalə: Gürcüstan incəsənəti
border=none Əsas məqalə: Gürcüstan mətbəxi

Gürcüstanda ən populyar soyadlar

[redaktə | mənbəni redaktə et]

Gürcüstan Reyestr Xidmətinin məlumatına görə 2015-ci il üçün ölkədə ən populyar 10 soyad aşağıdakılardır[14]:

  1. Beridze 19 987
  2. Məmmədov 19 294
  3. Kakbadze 13 914
  4. Gelaşvili 13 505
  5. Əliyev 13 118
  6. Maisuradze 12 542
  7. Georqadze 10 710
  8. Lomidze 9 581
  9. Çiklauri 9 499
  10. Kvaraçxeliya 8 815

17–24 yanvar 2002-ci il ümumrespublika əhali siyahıyaalınmasının yekunlarına əsasən Gürcüstanın ümumi 4.371.535[15] nəfər əhalisinin 3.872.099[15] nəfərini və ya 88,58 %-ni xristianlar, 433.784[15] nəfərini və ya 9,92 %-ni müsəlmanlar, 3.541[15] nəfərini və ya 0,08 %-ni iudaistlər, 62.111[15] nəfərini və ya 1,42 %-ni isə digərləri təşkil edir.

  1. "Всесоюзная перепись населения 1989 года. Рaспpeдeлeниe нaсeлeния Гpузинской ССР по нaиболee многочислeнным нaционaльностям и языку — Еженедельная демографическая газета Демоскоп Weekly". Archived from the original on 2015-07-07. İstifadə tarixi: 7 iyul 2015..
  1. "Number of Population as of January 1, 2015" (PDF). National Statistics Office of Georgia. Archived from the original on 23 October 2015. İstifadə tarixi: 1 may 2015..
  2. "Preliminary Results of 2014 General Population Census of Georgia" (PDF). National Statistics Office of Georgia. 23 October 2015 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 1 may 2015. Arxivləşdirilib: gürc. ing.
  3. "Beynəlxalq Valyuta Fondunun Hesabatı". 2011-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-13.
  4. https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
  5. https://nbg.gov.ge/georgian-money/history.
  6. http://chartsbin.com/view/edr.
  7. "Cənubi Qafqaz iqtisadiyyatı son 20 ildə". 2011-11-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-19.
  8. R. Məmmədov SSRİ-nin iqtisadi coğrafiyası s.256
  9. "Azərbaycan və Gürcüstan ordusu müqayisəsi". 2021-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-14.
  10. "Georgian Soldier Succumbs to Injuries Suffered in Afghanistan". Civil Georgia. 8 June 2015. 11 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 June 2015.
  11. 1 2 National Statistics Office of Georgia: Population Arxivləşdirilib 2014-07-01 at the Wayback Machine
  12. National Statistics Office of Georgia: 02 Population by age and sex for the beginning of the year Arxivləşdirilib 2013-07-19 at the Wayback Machine
  13. 1 2 The European Centre for Minority Issues Caucasus: Ethnic Groups of Georgia: Censuses 1926–2002 Arxivləşdirilib 2015-11-22 at the Wayback Machine
  14. "Arxivlənmiş surət". 2015-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-12.
  15. 1 2 3 4 5 "Population by religious beliefs (By Major Adminstrative-Territorial Units)" (PDF). 2013-03-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-09-19.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]