Avtorotasiya

Vikipediya saytından
C Mirəli2001 (müzakirə | töhfələr) (vikiləşdirmə) tərəfindən edilmiş 11:24, 31 may 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Avtorotasiya (avto… lat. rotatio – fırlanma ) – 1) helikopter və ya avtojirin iş rejimi; onların daşıyıcı vintinin sürətli hava axınının təsiri altında fırlanması.[1] Uçan aparatların güc qurğusu imtina etdikdə (və ya mühərrikin işi dayandırıldıqda) aparat enməyə başlayan zaman daşıyıcı vint avtorotasiya rejiminə keçir. Bu vaxt uçan aparatlarının potensial enerjisinin azalması nəticəsində vintin fırlanması (qaldırıcı qüvvənin yaranması) üçün lazım gələn enerji alınır. Avtorotasiya rejimində daşıyıcı vintin qaldırıcı qüvvəsi, demək olar ki, uçan aparatlarının ağırlıq qüvvəsinə bərabər olur; vintin valındakı fırlanma momenti isə sıfra yaxınlaşır. Bu vəziyyət mühərriki işləməyən avtojir və ya helikopterə az mailliklə, ehmalca və təhlükəsiz enməyə imkan yaradır. 2) Uçuş zamanı qaz — turbin mühərrikinin rotorunun sürətli hava basqısının təsiri altında (yanma kamerasındakı yanacaq yanmadan) fırlanması. 3) Təyyarənin hava vintinin güc qurğusu uçuş zamanı imtina etdikdə (və ya işi dayandırıldıqda) vintin sürətli hava axınının təsiri altında fırlanması. Avtorotasiya uçuş zamanı böyük aerodinamik müqavimət yaratdığından, təyyarə uçuşda olarkən bu rejim əlverişsizdir.

Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0.

  1. R. Randall Padfield, Ralph C. Padfield, Padfield R., Learning to Fly Helicopters, McGraw-Hill Professional, 1992, ISBN 0-07-157724-6, ISBN 978-0-07-157724-3