Sumqayıt Özəl Türk Liseyi

Vikipediya, azad ensiklopediya
Araz Yaquboglu (müzakirə | töhfələr) (Kateqoriya:Sumqayıt liseyləri əlavə olundu HotCat ilə) tərəfindən edilmiş 07:56, 2 iyun 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Sumqayıt Özəl Türk Liseyi
Əsası qoyulub 1992
Ölkə
Ünvan Sumqayıt şəhəri
Sumqayıt Özəl Türk Liseyinin hədiyyəlik saatı

Sumqayıt Özəl Türk Liseyi — 1992-ci ildən 2014-cü ilə qədər Sumqayıtda fəaliyyət göstərmiş özəl lisey. Sumqayıt Özəl Türk Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi ilə Türkiyədən gəlmiş maarifçi özəl şirkət – "Çağ" Öyrətim Şirkəti arasında 4 sentyabr 1992-ci il tarixdə imzalanmış Niyyət Protokolu əsasında açılan ikinci təhsil müəssisəsidir.

Türkiyədə fəaliyyət göstərən Nur Camaatının bir qolu olan Gülən Camaatının lideri Fəthullah Gülənin göstərişi və təşviqləri ilə bu ölkədən göndərilən maddi-texniki vəsaitlər o cümlədən müəllim heyətinin birgə səyi nəticəsində 1992-ci ildə Sumqayıt İlahiyyat Liseyi adı ilə faəliyyətə başlamış özəl lisey, 1998-ci ildə Türkiyədə baş verən "28 Şubat" hadisələrindən sonra Turqut Özal adına Sumqayıt Özəl Türk Liseyi adlandırılmışdır.

SÖTL-in binasında hazırda Sumqayıt İstək Liseyi yerləşir

2014-cü ilin iyun ayında, Azərbaycanda bütün digər türk məktəbləri kimi, Sumqayıt Özəl Türk Liseyi bağlanıb.

Beynəlxalq fənn olimpiadalarında[redaktə | mənbəni redaktə et]

İlk 15 il ərzində liseyin şagirdləri beynəlxalq fənn olimpiadalarında – 2 qızıl, 12 gümüş, 5 bürünc medal olmaqla ümumilikdə 19 medal qazanmışlar.

Məzunları[redaktə | mənbəni redaktə et]

Liseyin məzunlarının 99 faizi ali məktəblərə qəbul olunmuşdur. Liseyin 2012/2013 tədris ilinin əvvəlinə qədər 500-dən çox məzunu olub ki, onların əksəriyyəti dünyanın 50-dən çox ölkəsində çalışır[1].

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Məzunlarımız dünyanın 50-dən çox ölkəsində çalışır" - AÇIQLAMA