Sumqayıt Özəl Türk Liseyi — 1992-ci ildən 2014-cü ilə qədər Sumqayıtda fəaliyyət göstərmiş özəl lisey. Sumqayıt Özəl Türk Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi ilə Türkiyədən gəlmiş maarifçi özəl şirkət – "Çağ" Öyrətim Şirkəti arasında 4 sentyabr 1992-ci il tarixdə imzalanmış Niyyət Protokolu əsasında açılan ikinci təhsil müəssisəsidir.
Sumqayıt Özəl Türk Liseyi | |
---|---|
Əsası qoyulub | 1992 |
Ölkə | |
Ünvan | Sumqayıt şəhəri |
Türkiyədə fəaliyyət göstərən Nur Camaatının bir qolu olan Gülən Camaatının lideri Fəthullah Gülənin göstərişi və təşviqləri ilə bu ölkədən göndərilən maddi-texniki vəsaitlər o cümlədən müəllim heyətinin birgə səyi nəticəsində 1992-ci ildə Sumqayıt İlahiyyat Liseyi adı ilə faəliyyətə başlamış özəl lisey, 1998-ci ildə Türkiyədə baş verən "28 Şubat" hadisələrindən sonra Turqut Özal adına Sumqayıt Özəl Türk Liseyi adlandırılmışdır.
2014-cü ilin iyun ayında, Azərbaycanda bütün digər türk məktəbləri kimi, Sumqayıt Özəl Türk Liseyi bağlanıb.
İlk 15 il ərzində liseyin şagirdləri beynəlxalq fənn olimpiadalarında – 2 qızıl, 12 gümüş, 5 bürünc medal olmaqla ümumilikdə 19 medal qazanmışlar.
Liseyin məzunlarının 99 faizi ali məktəblərə qəbul olunmuşdur. Liseyin 2012/2013 tədris ilinin əvvəlinə qədər 500-dən çox məzunu olub ki, onların əksəriyyəti dünyanın 50-dən çox ölkəsində çalışır[1].