Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlıq andı

Vikipediya saytından
Dr.Wiki54 (müzakirə | töhfələr) (Dr.Wiki54 Azərbaycan Xalq Cümhuriyyəti vətəndaşlıq andı səhifəsinin adını Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlıq andı olaraq dəyişdi.) tərəfindən edilmiş 18:23, 3 iyun 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Vətəndaşlıq andı, Azərbaycan vətəndaşlığının qəbulu zamanı dövlətə sədaqət andı.

Mahiyyəti[redaktə | mənbəni redaktə et]

Azərbaycan vətəndaşlığını qəbul edən hər bir şəxs Cümhuriyyət Parlamentinin 1919-cu il, 11 avqust tarixli “Azərbaycan Vətəndaşlığı Haqqında Qanun”un VI maddəsində göstərilən qaydada dövlətə sədaqət andı içməli idi.

Andın mətni[redaktə | mənbəni redaktə et]

Andda deyilirdi:

" Mən (adı və soyadı) Azərbaycan vətəndaşları sırasına daxil olarkən qadir Allah və öz vicdanım qarşısında söz verir və and içirəm ki, Azərbaycana sədaqətimi müqəddəs və sarsılmaz tutacaq, bundan sonra ondan başqa Vətən tanımayacaq, Azərbaycan vətəndanının bütün vəzifələrini dönmədən yerinə yetirəcək və Azərbaycan Cümhuriyyətinin səadəti naminə can-başla qulluq edəcək, onun üçün nə gücümü, nə əmlakımı, nə də, lazım gələrsə, həyatımı belə əsirgəməyəcəm. Qoy, bu andı yerinə yetirməkdə Allah mənə yar olsun. "

Andı qəbul etməyən şəxslər bu məzmunda, ancaq “and içirəm” ifadəsi olmadan təntənəli surətdə söz verirdilər.

Mənbə[redaktə | mənbəni redaktə et]