Azərbaycan Xalq Cümhuriyyəti vətəndaşlıq andı

Vətəndaşlıq andı, Azərbaycan vətəndaşlığının qəbulu zamanı dövlətə sədaqət andı.

Azərbaycan vətəndaşlığını qəbul edən hər bir şəxs Cümhuriyyət Parlamentinin 1919-cu il, 11 avqust tarixli “Azərbaycan Vətəndaşlığı Haqqında Qanun”un VI maddəsində göstərilən qaydada dövlətə sədaqət andı içməli idi.

Andda deyilirdi:

" Mən (adı və soyadı) Azərbaycan vətəndaşları sırasına daxil olarkən qadir Allah və öz vicdanım qarşısında söz verir və and içirəm ki, Azərbaycana sədaqətimi müqəddəs və sarsılmaz tutacaq, bundan sonra ondan başqa Vətən tanımayacaq, Azərbaycan vətəndanının bütün vəzifələrini dönmədən yerinə yetirəcək və Azərbaycan Cümhuriyyətinin səadəti naminə can-başla qulluq edəcək, onun üçün nə gücümü, nə əmlakımı, nə də, lazım gələrsə, həyatımı belə əsirgəməyəcəm. Qoy, bu andı yerinə yetirməkdə Allah mənə yar olsun. "

Andı qəbul etməyən şəxslər bu məzmunda, ancaq “and içirəm” ifadəsi olmadan təntənəli surətdə söz verirdilər.