Mirzə Qasım xan Təbrizi

Vikipediya saytından
C Mirəli2001 (müzakirə | töhfələr) tərəfindən edilmiş 18:54, 19 iyun 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Mirzə Qasım xan Təbrizi
Mirzə Qasım xan Mirzə Həsən xan oğlu Təbrizi
Doğum tarixi
Doğum yeri Təbriz, Cənubi Azərbaycan
Vəfat tarixi
Fəaliyyəti jurnalist

Mirzə Qasım xan Mirzə Həsən xan oğlu Təbrizi (1882-1949) — İranın ictimai-siyasi xadimi.

Mirzə Qasım xan Mirzə Həsən xan oğlu Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Müzəffərəddin mirzənin büyütat müşaviri olmuşdu. Sonra saray münşisi vəzifəsində çalışmışdı. Məşrutə inqilabı dövründə sərmayə qoyub "Suri-İsrafil" adlı qəzet buraxmağa başladı.

Mirzə Qasım xan Təbrizi I Məclis dönəmində Avropaya getmişdi. II-III Məclis dönəmində TehranQum şəhərlərində yaşayırdı. Sonra İstanbula yollandı.

Mirzə Qasım xan Təbrizi Mehdiqulu xan Hidayətin (Müxbirəssəltənə) baş nazirliyi dönəmində Poçt və Teleqraf naziri olmuşdu.

Mirzə Qasım xan Təbrizi 1938-1940-cı illərdə Tehran şəhərinə başçılıq etmişdi.

Mirzə Qasım xan Təbrizi 1949-cu ildə vəfat edib.

  • Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
  • Müin lüğəti (5-ci cild)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]