Didivarlılar

Vikipediya, azad ensiklopediya
White Demon (müzakirə | töhfələr) (Kateqoriya:Naxçıvan tarixi əlavə olundu HotCat ilə) tərəfindən edilmiş 03:24, 20 iyun 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Didivarlılartürk tayfası

Tarixi[redaktə | mənbəni redaktə et]

Kəngər tayfasından (bax kəngərlər) olmuşlar. XVIII əsr-XIX əsrin ortalarına aid bəzi mənbələrdə Naxçıvan mahalında yaşayan kəngər mənşəli bir sıra qol və tirələrin içərisində Didivarlıların da adı çəkilir. Azərbaycan hökmdarı Nadir şah Əfşarın hakimiyyəti dövründə(1736-1747) inzibati cəhətdən Naxçıvandakı Didivarlılara öz aralarından çıxmış vəkil və ağsaqqallar rəhbərlik edirdilər. Naxçıvan diyarının və Dərələyəz mahalının bir sıra kəndində yaşamış Didivarlılar maldarlıqla məşğul olmuşlar. Babək rayonundakı Didivar kəndinin adı Didivarlılarla əlaqədardır.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 105-106. ISBN 5-8066-1468-9.