XVIII əsr — 1700-cü ilin ilk günündən sonra başlayır. İlk günü 1700-cü ilin 1 yanvar tarixi, son günü isə 1799-cu ilin 31 dekabrıdır.
XVIII əsrdən sonra isə XIX əsr gəlir.
XVIII əsrin əvvəllərində Azərbaycan ərazisi Rusiya və Osmanlı imperiyaları arasında gedən müharibələrin mərkəzində idi. Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən Rusiya ciddi "Qafqaz siyasəti" yeridirdi. I Pyotrun Azərbaycan neftinə və geostrateji mövqeyinə olan marağı Türkiyə ilə münaqişəyə gətirib çıxardı. Bu münaqişələr yerli xalqa ağır zülm və bəlalar verdi.[1][2]