Musa Şəkiliyev

Vikipediya saytından
Sword313 (müzakirə | töhfələr) tərəfindən edilmiş 03:41, 21 iyun 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Musa Şəkiliyev
Şəkiliyev Musa Şaban oğlu
Fayl:Musa Şəkiliyev.jpg
Şəxsi məlumatlar
Doğum tarixi (64 yaş)
Doğum yeri Qax rayonu, Azərbaycan SSR, SSRİ
Partiya Yeni Azərbaycan Partiyası
Dini İslam
Elmi fəaliyyəti
İş yeri Qax Rayon İcra Hakimiyyəti
Tanınır İcra başçısı
qax-ih.gov.az/page/20.ht…

Musa Şəkiliyev (23 sentyabr 1959, Qax) — Qax Rayon İcra Hakimiyyətinin başçısı.

Həyatı

Şəkiliyev Musa Şaban oğlu 23.09.1959-cu ildə Qax rayonunda anadan olmuşdur. O, 1976-cı ildə Qax şəhər 1 saylı orta məktəbini bitirmiş, Rostov Vilayətinin Novoçerkassk şəhərindəki Novoçerkassk Mühəndis-Meliorasiya institutuna daxil olmuş və 1981-ci ildə meşə təsərrüfatı mühəndisi ixtisası alaraq institutu bitirmişdir. Musa Şəkiliyev əmək fəaliyyətinə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası kimi başlamışdır. O, 1981-1986-cı illərdə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası və meşəbəyi, 1986-1987-ci illərdə Qax Rayon XDS İcrayə Komitəsində Mülki Müdafiə Qərargahının rəisi, 1987-1989-cu illərdə İlisu Dövlət Qoruğunun direktoru, 1989-2002-ci illərdə Qax Meşə Təsərrüfatının direktoru, 2002-2010-cu illərdə Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Mühafizəsi və Bərpası idarəsində rəis əvəzi, Meşələrin İnkişafı Deportamentində direktor müavini vəzifələrində işləmişdir.

Musa Şəkiliyev Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2010-cu il tarixli 850 saylı sərəncamı ilə Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 3 övladı var.

Xarici keçidlər

Şablon:Qax Rayon İcra Hakimiyyətinin başçıları