Fəridə Həyat

Vikipediya saytından
Qızılbaş (müzakirə | töhfələr) tərəfindən edilmiş 10:42, 1 iyul 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

=

Fəridə Həyat (d. 20 iyun 1949, Tehran, İran) — əslən İran azərbaycanlılarından olan britaniyalı antropoloq və yazıçı. O, SOAS London Universitetində və Bişkekdəki Amerika Mərkəzi Asiya Universitetində işləmişdir. O, Azərbaycan və Qırğızıstandakı qadınlar barədə xeyli sayda məqalənin müəllifidir. O, həmçinin "Azəri qadını dəyişimdə: Sovet və postsovet Azərbaycanında qadın" və "Qırx qəbilənin torpağı" kitablarının müəllifidir.

Həyatının erkən dövrü

O, Tehran şəhərində İran azərbaycanlısı olan alədə dünyaya gəlmişdir. Uşaqlıq illəri Tehranda keçən Fəridə Həyat farsdilli və azərbaycandilli mühitdə böyümüşdür.

Təhsil

Orta məktəbi bitirdikdən sonra Türkiyəyə getmiş və orada Ankara Universitetində fizika təhsili almışdır. 1967-ci ildə isə ali təhsil almaq üçün Londona köçmüşdür. İlk dərəcəsini hesablama və statistikadan almışdır. Bundan sonra kompüter elmləri üzrə magistr dərəcəsinə yiyələnmişdir. Sonradan ixtisasını dəyişdirmiş ə SOAS London Universitetində sosial antropologiya sahəsində təhsil almağa başlamışdır. O, buradan da antropologiya üzrə magistr dərəcəsinə yiyələnmişdir. Bu sahədə doktorantura təhsili də almışdır.