Fəridə Həyat

Fəridə Həyat (d. 20 iyun 1949, Tehran, İran) — əslən İran azərbaycanlılarından olan britaniyalı antropoloqyazıçı. O, SOAS London Universitetində və Bişkekdəki Amerika Mərkəzi Asiya Universitetində işləmişdir.[1]

Fəridə Həyat
fars. فریده هیئت
Doğum tarixi (75 yaş)
Doğum yeri Tehran, İran
Elm sahələri Qadın tədqiqatları
Antropologiya
İş yerləri SOAS London Universiteti
Bişkek Amerika Mərkəzi Asiya Universiteti
Alma-mater SOAS London Universiteti
Təhsili Ankara Universiteti
SOAS London Universiteti
Tanınır AzərbaycanQırğızıstandakı qadın tədqiqatları üzrə
faridehheyat.co.uk/about

O, AzərbaycanQırğızıstandakı qadınlar barədə xeyli sayda məqalənin müəllifidir. O, həmçinin "Azəri qadını dəyişimdə: Sovet və postsovet Azərbaycanında qadın" və "Qırx qəbilənin torpağı" kitablarının müəllifidir.[2]

Həyatının erkən dövrü

[redaktə | mənbəni redaktə et]

O, Tehran şəhərində İran azərbaycanlısı olan alədə dünyaya gəlmişdir. Uşaqlıq illəri Tehranda keçən Fəridə Həyat farsdilli və azərbaycandilli mühitdə böyümüşdür.[3]

Orta məktəbi bitirdikdən sonra Türkiyəyə getmiş və orada Ankara Universitetində fizika təhsili almışdır. 1967-ci ildə isə ali təhsil almaq üçün Londona köçmüşdür. İlk dərəcəsini hesablama və statistikadan almışdır. Bundan sonra kompüter elmləri üzrə magistr dərəcəsinə yiyələnmişdir. Sonradan ixtisasını dəyişdirmiş ə SOAS London Universitetində sosial antropologiya sahəsində təhsil almağa başlamışdır. O, buradan da antropologiya üzrə magistr dərəcəsinə yiyələnmişdir. Bu sahədə doktorantura təhsili də almışdır.

1992-ci ildən 1997-ci ilə qədər o, Azərbaycan qadınının tarixi mövqeyinin dəyişməsi ilə bağlı araşdırmalar aparmışdır. Həmçinin, onun araşdırmaları Azərbaycan qadınının postsovet dövründəki dəyişimini də əhatə etmişdir. 2002 və 2003-cü illərdə QırğızıstanÖzbəkistana səfərlər etmiş, bu ölkələrdəki qadınlar, ölkələrin mədəniyyəti və regionun cəmiyyəti barədə araşdırmalar aparmışdır.

Biblioqrafiyası

[redaktə | mənbəni redaktə et]
  • Azeri Women in Transition: Women in Soviet and Post-Soviet Azerbaijan, Routledge nəşriyyatı, 2002. Birləşmiş kataloq olan Vörldkata görə bu kitab dünyanın 175 kitabxanasında saxlanılmaqdadır.[4]
  • Land of Forty Tribes, Hertfordshire nəşriyyatı, 2015.
  • Post-Soviet Islam in Azerbaijan, Cultural Archetypes and Political Change in the Caucasus, Nino Tsetsishvili (ed.), Nova Science nəşriyyatı, 2010
  • Women and the Culture of Entrepreneurship in Azerbaijan, Markets and Moralities: ethnographies of post-socialism, R. Mandell & C. Humphrey (eds.), London: Berg nəşriyyatı, 2002
  • Azeri Professional Women's Life Strategies in the Soviet Context, Gender and Identity Construction: Women of Central Asia The Caucasus and Turkey, F.Acar and A. Ayata (eds.), E.J. Brill, Boston, USA, 2000
  • The Azaris, Some Minorities in the Middle East, R. Tapper (ed.), Centre for Near and Middle Eastern Studies, SOAS, University of London, 1992

Jurnal məqalələri

[redaktə | mənbəni redaktə et]
  • New Veiling in Azerbaijan: gender and globalizing Islam, European Journal of Women's Studies, vol. 15, no.4, October 2008
  • Globalisation and Changing Gender Norms in Azerbaijan, International Feminist Journal of Politics, vol. 8, no.3, September 2006
  • Re-Islamisation in Kyrgyzstan: gender, new poverty, and the moral dimension, Central Asian Survey, vol.23, no.3-4, Dec. 2004
  1. "Farideh Heyat - Biweekly". Biweekly.ada.edu.az. 2013-08-15. 2016-08-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-12-01.
  2. "Farideh Heyat". Hertfordshirepress.com. 2015-05-14. 2017-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-01.
  3. "About Farideh | Farideh Heyat Anthropologist & Writer". Faridehheyat.co.uk. 2015-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-01.
  4. "Azeri women in transition : women in Soviet and post-Soviet Azerbaijan (Book, 2002)". WorldCat.org. 2016-08-05. 2021-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-01.