Fəridə Həyat

Vikipediya saytından
Qızılbaş (müzakirə | töhfələr) (→‎Təhsil) tərəfindən edilmiş 10:42, 1 iyul 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

=

Fəridə Həyat (d. 20 iyun 1949, Tehran, İran) — əslən İran azərbaycanlılarından olan britaniyalı antropoloq və yazıçı. O, SOAS London Universitetində və Bişkekdəki Amerika Mərkəzi Asiya Universitetində işləmişdir. O, Azərbaycan və Qırğızıstandakı qadınlar barədə xeyli sayda məqalənin müəllifidir. O, həmçinin "Azəri qadını dəyişimdə: Sovet və postsovet Azərbaycanında qadın" və "Qırx qəbilənin torpağı" kitablarının müəllifidir.

Həyatının erkən dövrü

O, Tehran şəhərində İran azərbaycanlısı olan alədə dünyaya gəlmişdir. Uşaqlıq illəri Tehranda keçən Fəridə Həyat farsdilli və azərbaycandilli mühitdə böyümüşdür.

Təhsil

Orta məktəbi bitirdikdən sonra Türkiyəyə getmiş və orada Ankara Universitetində fizika təhsili almışdır. 1967-ci ildə isə ali təhsil almaq üçün Londona köçmüşdür. İlk dərəcəsini hesablama və statistikadan almışdır. Bundan sonra kompüter elmləri üzrə magistr dərəcəsinə yiyələnmişdir. Sonradan ixtisasını dəyişdirmiş ə SOAS London Universitetində sosial antropologiya sahəsində təhsil almağa başlamışdır. O, buradan da antropologiya üzrə magistr dərəcəsinə yiyələnmişdir. Bu sahədə doktorantura təhsili də almışdır.

Karyera

1992-ci ildən 1997-ci ilə qədəro, Azərbaycan qadınının tarixi mövqeyinin dəyişməsi ilə bağlı araşdırmalar aparmışdır. Həmçinin, onun araşdırmaları Azərbaycan qadınının postsovet dövründəki dəyişimini də əhatə etmişdir. 2002 və 2003-cü illərdə Qırğızıstan və Özbəkistana səfərlər etmiş, bu ölkələrdəki qadınlar, ölkələrin mədəniyyəti və regionun cəmiyyəti barədə araşdırmalar aparmışdır.

Biblioqrafiyası

Kitabları

  • Azeri Women in Transition: Women in Soviet and Post-Soviet Azerbaijan, Routledge, 2002. Birləşmiş kataloq olan Vörldkata görə bu kitab dünyanın 175 kitabxanasında saxlanılmaqdadır.
  • Land of Forty Tribes, Hertfordshire Press, 2015.