Rapakivi

Vikipediya saytından
Dr.Wiki54 (müzakirə | töhfələr) (vikiləşdirmə) tərəfindən edilmiş 10:16, 18 iyul 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Rapakivi - süxur, biotitli və ya hornblendli-biotitli porfirvari qranit. Digər qranitlərdən quruluşuna görə fərqlənir: ovoid (yuvarlaq) formalı kaliumlu çöl şpatları, çox vaxt ortoklazdan ibarət olan porfir dənələri plagioklazla (oliqoklaz-albit) haşiyələnir. Əsas kütlə isə narındənəli ortoklaz, plagioklaz, biotitamfiboldan ibarət olur. Plagioklaz porfir dənələri ortoklazla haşirlənədikdə süxur antirapakivi, plagioklaz haşiyəsi olmadıqda isə piterlit adlanır. Mənşəyi mübahisəlidir: həm maqmatik, həm də metasomatik yolla əmələ gəlməsi güman edilir. Aşınmaya nisbətən tez uğrayır.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.