Plaqioklazlar — triklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn.
Plaqioklazlar | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Xüsusiyyətləri | |
Zolaq rəngi | ağ |
Sıxlıq | 2,69 ± 0,07 q/sm³ |
Vikianbarda əlaqəli mediafayllar |
Ay daşı – ay işığı sayrışmasını xatırladan mavi irizatsiya edən turş plagioklaz; günəş daşı (avantürin) – hematitin çox incə pulcuqvari möhtəvilərilə zəngin olan qızılı turş plagioklaz; maskelinit – rentgenoamorf plagioklaz.
Rəng – adətən ağ, bəzən bozumtul, göyümtül, yaşılımtıl, çəhrayımtıl, qırmızımtıl çalarlı ağ, avantürinin – qızılı. Labradorda adətən parlaq göydən qırmızı rəngədək güclü irizatsiya müşahidə edilir; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə; Şəffaflıq– qeyri-şəffafdan şəffafadək; Sıxlıq – 2,62-dən (albit) 2,76-dək (anortit); Sərtlik – 6,0-6,5; Ayrılma – {001} və {010} üzrə ~ 86° bucaq altında mükəmməl, {110} üzrə qeyri-mükəmməl; Sınıqlar – qeyri-hamar, pilləli, Morfologiya – kristallar: nadir hallarda rast gələn lövhəli, lövhəli-prizmatik, çox vaxt zonal; İkiləşmə: albit, periklin və karlsbad qanunları üzrə geniş təzahür edən polisintetik; sadə ikiləşmələr də qeyd edilir; Mineral aqreqatları: dənəvər kütlələr, bəzən, demək olar ki, tamamilə plagioklazlardan ibarət olan monomineral süxurları (albitit, labradorit, anortozit, plagioklazitləri) təşkil edən aqreqatlar, püruzlar, druzalar və fırçalar (albit).
Plagioklazlar əksər püskürmə süxurların əsas süxurəmələgətirən minerallarından biridir. Albitə, nisbətən az hallarda oliqoklaza turş və qələvi peqmatitlərdə rast gəlinir. Kontakt-metasomatik mənşəli plagioklaz təzahürləri məlumdur. Plagioklazlar metamorfik süxurların, albit isə həm də alp tipli damarların adi minerallarıdır. Plagioklazlara autigen əmələgəlmələr kimi çökmə süxurlarda rast gəlinir. Əsasi plagioklazlar Ay süxurlarında qeyd edilmişdir. Bu izomorf sıranın bəzi üzvləri (oliqoklaz, bitovnit), habelə plagioklazların rentgenoamorf növ müxtəlifliyi – maskelinit meteoritlərdə aşkar edilmişdir. Sonuncu, süxurların zərbə metamorfizminin məhsulu kimi bir çox meteorit kraterlərində tapılmışdır. Birlikdə rast gəldiyi minerallar: kvars, xlorit, ortoklaz, rutil, anataz, kalsit, dolomit, maqnetit və b. Mineralın tapıldığı yerlər: bütün dünyada məlumdur.
İrizatsiya edən tünd rəngli labrador gözəl üzlük materialıdır. Plagioklazların yarımqiymətli daş kimi zərgərlikdə istifadə olunan növ müxtəliflikləri – günəş və ay daşları həm də yaxşı məmulat daşları kimi praktik əhəmiyyət kəsb edir.