Qəfər piri

Vikipediya, azad ensiklopediya
Araz Yaquboglu (müzakirə | töhfələr) (Kateqoriya:Naxçıvan abidələri silindi; Kateqoriya:Culfa rayonunun abidələri əlavə olundu HotCat ilə) tərəfindən edilmiş 12:49, 26 avqust 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Qəfər piriCulfa rayonunun Milax kəndindən qərbdə ziyarətgah.

Pir iri və kiçik qaya parçalarını nizamsız şəkildə düzməklə düzəldilmişdir. Dörd künc fоrmalı оlan pirin küncləri dəyirmiləşdirilmişdir. Girişi cənub-qərb tərəfdəndir. Yerli əhali tərəfindən ziyarət edilən pirə niyyət edilməklə müxtəlif nəzirlər verilir və qurban kəsilir. Pirin ətrafında aşkar оlunan şirli saxsı məmulatı оnu XIV əsrə aid etməyə imkan verir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • “Naxçıvan abidələri ensiklopediyası”, Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 274.