Rəvan Quliyev

Vikipediya saytından
Nicat49 (müzakirə | töhfələr) (Nicat49 Quliyev Rəvan səhifəsinin adını Rəvan Quliyev olaraq dəyişdi.) tərəfindən edilmiş 22:45, 5 sentyabr 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Quliyev Rəvan Mərdan oğlu ( 17 iyul 2001 Şirvan Azərbaycan24 oktyabr 2020 Füzuli Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Rəvan Quliyev
Rəvan Mərdan Quliyev
Doğum tarixi
Doğum yeri Şirvan, Azərbaycan
Vəfat tarixi (19 yaşında)
Vəfat yeri Füzuli
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri Neftçala Astanlı kəndi
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Dini Müsəlman
Mükafatları "Vətən uğrunda" medalı — 2020

Həyatı

Quliyev Rəvan Mərdan oğlu 17.07.2001ci ildə Şirvan şəhərində anadan olub.Əslən Neftçalalı olan Rəvan Quliyev 2007- ci ildə ailəsi ilə bərabər Bakı şəhərinə köçmüşlər.Ailədə 2 qardaş olublar.Anası və özündən 2 yaş kiçik qardaşıyla yaşayırdı.Rəvan 2007-ci ildə Bakı şəhər Səbail rayonunun 51 saylı tam orta məktəbinin 1-ci sinfinə daxil olub.6 il orda oxuduqdan sonra 2013-cü ildə ailə probleminə görə Neftcala rayonunun Aşağı Qəramanlı kəndinə köçmüş və orda orta məktəbin 7-ci sinfinə getmişdir.1 il orda oxuduqdan sonra yenidən Baki şəhərinə köçmüşlər.9-cu sinfi Bakı şəhər Səbail rayonunun 51 saylı məktəbində bitirmiş və bərbərlik sənətinə yiyələnmişdir.Özünün ən böyük arzusu məşhur futbolçu olmaq idi

Hərbi xidməti

2020-ci il yanvar ayının 7-də Neftcala rayon hərbi komissarlıqdan Ağcabədi rayonuna həqiqi hərbi xidmətə getmişdir.3 ay orda xidmət etdikdən sonra Füzuli rayonunun N saylı hərbi hissəsində xidmətini davam etdirmişdir.27 sentyabrda başlayan Vətən müharibəsinə qatılmış və Cəbrayıl,Füzuli,Zəngilan Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir.Oktyabrın 24-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 25 oktyabrda Neftcala rayon Astanlı kənd qəbirstanlığında dəfn olunmuşdur.

Təltifləri