Xocavənd — Azərbaycan Respublikasının Xocavənd rayonunun Xocavənd şəhər inzibati ərazi dairəsində şəhər[2] , Xocavənd rayonunun mərkəzidir[3].
Şəhər | |
Xocavənd | |
---|---|
39°47′43″ şm. e. 47°06′47″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 390 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Qədim adı Xocavənd olub.
XIX əsrin 80-ci illərinə qədər Xonaşen adlanmışdır. Ba YIII əsrə aid Bizans mənbəsində "Hun ölkəsi" kimidir. Bizans tarixiçisi Feodan yazır ki, 624-cü ildə imperator İranla Xəzərlərlə ittifaqa girmək üçün onlarla Albaniyada hun ölkəsində görüşdü. Hun etnonimindən və qədim dillərində "şin" sözündən ibarətdir. Bu ərazi maldar ellər üçün qışlaq və əkin (məzrə) yerləri idi. "Xunaşi" adı isə erkən orta əsrlərdə Qarabağda məskunlaşmış hunların adından və qədim türk dillərində "şin" "yaşayış yeri", "məskən" sözündəndir. XIX əsrdə Gəncə qəzasının tədqiqatçısı N. A. Abelov yazır ki, maldar elin məntəqələri (yurd, oba, binə, qışlaq) oturaq məskəndən yaranan Şenlik adlanır (Elzavetopolskiy uezd, s. K). L. Z. Budaqov yazır ki, sözü türkcə "naselennıy" mənasındadır. Bu söz erməni dilinə keçərək "şen" formasını kəsb etmişdir. 624-cü ildə Bizans çarı İrakli Albaniyada (Qarabağda) "Hun ölkəsi" adlı yerdə Xəzərlərin (sonra kəbirlilərin) başçısı ilə görüşmüşdür. Gürcüstanda Xunev, Xuniya, Xunezazur adlarında "xun" etnonimi ilə eynidir. Ptolemey (II əsr) də bu tayfanın adını Xun kimi çəkmişdir.[4]
1925-ci ilə qədər adı Xonaşen olmuşdur.[5]
1925-ci ildə erməni əsilli sovet partiya xadimi Aleksandr Myasnikovun təxəllüsü ilə Martuni, 1991-ci ildən isə tarixi adı bərpa edilərək Xocavənd kimi rəsmiləşdirilmişdir.
Xocavənd "xocalı nəsli" deməkdir (-vənd farsca bir sözdür və -zadə, -pur şəkilçiləri kimi nəsil, tayfa, və soy adlarında istifadə edilir).[6]
2 oktyabr 1992-ci ildən[3] 10 noyabr 2020-ci ilə kimi[7][8][9][10] Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xocavənd şəhəri Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir[7][8][9][10]. Sentyabr ayı anti-terror əməliyyatlarından sonra 26 sentyabr 2023-cü ildən şəhərə Azərbaycan silahlı qüvvələri nəzarət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocavənd şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Xocavənd şəhərində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
1116 | Nərgiztəpə yaşayış yeri[11] | İlk və Orta Tunc dövrü | Xocavənd şəhərindən şərqdə | Arxeoloji | Ölkə |
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[12] | XXXX | XXXX | XXXX |
2009[13] | ↗XXXX | ↗XXXX | ↗XXXX |
Etnik qrup | Sayı, 1970 sa.[14] | Nisbəti, 1970 sa.[14] | Sayı, 1979 sa.[15] | Nisbəti, 1979 sa.[15] |
---|---|---|---|---|
toplam | 4 654 | 100 % | 5 497 | 100 % |
erməni | 3 120 | 67 % | 3 588 | 65.3 % |
azərbaycanlı | 1 482 | 31.8 % | 1 862 | 33.9 % |
rus | 44 | 0.9 % | 41 | 0.7 % |
ukraynalı | 3 | 0.1 % | 1 | 0.0 % |
digər | 5 | 0.2 % | 5 | 0.1 % |
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.