Bucaq ordası

Vikipediya, azad ensiklopediya
Wikipediya M (müzakirə | töhfələr) tərəfindən edilmiş 05:37, 13 sentyabr 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Ukrayna xəritəsində Bucaq ordasının yerləşdiyi ərazi

Bucaq və ya Belqrad ordası - XVII – XVIII əsrlədə Krım xanlığıOsmanlı imperiyasının himayəsi altında Şimali Qara dəniz sahillərində məskunlaşan Noqay ordasından ayrılaraq fəaliyyət göstərən türk dövləti. [1]

Haqqında[redaktə | mənbəni redaktə et]

XVI əsrdə Noqayların bir hissəsi ayrılaraq Bucaq Ordası adı altında birləşdilər. Bu orda adını Bessarabiyanın cənubundakı Bucaq adlı ərazidən götürmüşdür. Ruslar tərəfindən isə ordaya Belqrad ordası adı verilmişdi. 1770-ci ildə Bucaq ordası Rusiyanın himayəsini qəbul etdi və bir müddət sonra Azov dənizi sahillərinə köçürüldü. Ordanın əhalisinin digər hissəsi sonradan Krım müharibəsi dövründə Türkiyəyə köç etdilər. Ordanın görkəmli nümayəndələrindən biri Moldovanın Cantemiresti ailəsinin qurucularından Xan Temirdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Əsməd Muxtarova Türk xalqlarının tarixi (qədim dövrlərdən günümüzə qədər). Türk xalqlarının tarixi (qədim dövrlərdən günümüzə qədər). Bakı: Adiloğlu. 2012.