Əsməd Muxtarova

Əsməd İmamməmməd qızı Muxtarova (d. 1944, Buzovna, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin "Türk xalqları tarixi" kafedrasının müdiri[1][2], "Tarix və onun problemləri" nəzəri, elmi, metodik jurnalının təsisçisi və baş redaktoru[3].

Əsməd Muxtarova
Əsməd İmamməmməd qızı Muxtarova
Doğum tarixi (80 yaş)
Doğum yeri Buzovna, Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi tarix
Elmi dərəcəsi tarix elmləri doktoru (1991)
Elmi adı professor
İş yeri BDU Türk xalqları tarixi kafedrası
Alma-mater BDU Tarix fakültəsi
Təhsili
Mükafatları 3-cü dərəcəli "Əmək" ordeni "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı

1944-cü ildə Bakı şəhəri Buzovna qəsəbəsində anadan olub. Buzovna qəsəbəsində 125 saylı orta məktəbdə təhsil alıb. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1974-cü ildə "Azərbaycan SSR-də ali təhsilin inkişafı (1959–1965-ci illər)" adlı namizədlik dissertasiyasını müdafiə edib. 1991-ci ildə "Azərbaycan SSR-də kənd təsərrüfatı fəhlələri" adlı doktorluq dissertasiyasını müdafiə edib.

1967–1970-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin əyani aspirantı olub. 1971-ci ildən həmin fakültədə "SSRİ tarixi" kafedrasında çalışır. 1992-ci ildən "Türk və Qafqaz xalqları tarixi kafedrası"nda çalışır. 1999-cu ildən həmin kafedranın müdiridir. "Türk və Qafqaz xalqları tarixi (qədim və orta əsrlər dövrü)" fənni üzrə bakalavr pilləsində dərs aparır. Magistratura təhsil pilləsində "Türk dünyasi tarixi" ixtisasında "Türk xalqlarının dövlətçilik tarixi (qədim dövr və orta əsrlər)"; "Regionşünasliq-Qafqazşünasliq" ixtisasında "Qafqaza türk axınları" problemləri üzrə dərslər aparır. 40-dan çox məqalənin, 2 monoqrafiyanın, 2 kitabın müəllifidir. Rəhbəri olduğu 1 aspirant və 3 dissertant namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışlar. 1999-cu ildə nəşr etdirdiyi "Türk xalqlarının tarixi (qədim dövr və ota əsrlər)" dərsliyinə görə "Xatun" jurnalının redaksiya heyətinin və "Xatun" Əbədi Məclisinin təşkilat komitəsinin qərarı ilə "Sara Xatun" adına fəxri diplomla təltif edilib. 1997-ci ildən nəşr olunmasina başlanmış, təsisçisi və baş redaktoru olduğu "Tarix və onun problemləri" elmi, nəzəri, metodik jurnal vasitəsi ilə Sank-Peterburqun Azərbaycanlı diasporu ilə, Moskva Dövlət Universiteti ilə, Daşkənd Universiteti ilə, İsrail, İran, Almaniya ilə əlaqələr yaradılmışdır. Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkil etdiyi konfransda iştirak etmişdir (Bakı, 2006).

Tədqiqat sahəsi

[redaktə | mənbəni redaktə et]

Türk xalqlarının qədim dövr və orta əsrlər tarixini tədqiq edir.

Seçilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Əsməd Muxtarova, Nisbət Mehdiyeva, Altay Göyüşov. Türk xalqlarının tarixi (qədim dövrlərdən günümüzə qədər). Vahid proqram. Bakı: Adiloğlu, 2012
  • Əsməd Muxtarova. Türk xalqlarının dövlətçilik tarixi. Təhsilin magistratura pilləsi üçün proqram.B., 2002
  • Əsməd Muxtarova. Qafqaza türk axınları. Təhsilin magistratura pilləsi üçün proqram, B., 2008
  • Əsməd Muxtarova. Türk dünyasının Əbədiyaşar lideri // "Tarix və onun problemləri" jurnalı. Xüsusi buraxılış. Bakı Dövlət Universiteti, 2004
  • Əsməd Muxtarova, Qabil Əliyev. Fədakar elm adamı // "Tarix və onun problemləri" jurnalı, № 2.
  • Əsməd Muxtarova. Ustad alim və Böyük müəllim // "Tarix və onun problemləri" jurnalı, 2005, № 1.
  • Əsməd Muxtarova. Türk xalqları tarixinin tarixşünaslığı // "Tarix və onun problemləri" jurnali, 2005, № 4.
  • Əsməd Muxtarova. Судебная система и судопроизводство в Азербайджане и России // "Tarix və onun problemləri" jurnali, 2006, № 2. (həmmüəllif)
  • Əsməd Muxtarova. "A view to Korean Azerbaijan historical relations", 2006, the 1st. new international silk Road Cultural and Akademic Conferebce. 2006 New Silk Road International Siterary Symposium: Baku, 23rd june, 2006.
  • Əsməd Muxtarova. Türk xalqlarının dövlətçilik tarixinə dair (qədim dövr və erkən orta əsrlər) // Bakı Universiteti Xəbərləri. Humanitar elmlər seriyası, № 4.
  • Əsməd Muxtarova. Skiflər Qafqaza yürüşləri // "Tarix və onun problemləri" jurnalı, 2007, № 3 (həmmüəllif).
  • Əsməd Muxtarova. Türk xalqlarının dövlətçilik tarixinə dair (qədim dövr və erkən orta əsrlər) // Bakı Universiteti Xəbərləri. Humanitar elmlər seriyası, 2007, № 1.
  • Əsməd Muxtarova. Türk dünyasının əbədiyaşar lideri Heydər Əliyev ömrünün əfsanəyə çevrilmiş səhifələrindən // Ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətilə Tarix fakültəsi əməkdaşlarının elmi-praktik konfransının materialları. B., 2008.
  • Əsməd Muxtarova, Səidə Əli qızı. Milli qürur və iftixar doğuran ömür (Y.Mahmudovun anadan olmasının 70 illiyi) // Tarix və onun problemləri, 2009, № 1–2, s.483–488
  • Əsməd Muxtarova, Sənubər İsmayılova. Dünya və milli mədəniyyətin korifeyləri // Tarix və onun problemləri, 2010, № 4, s.13–19 (rus dilində)
  • Əsməd Muxtarova, Sənubər İsmayılova. Türk xalqlarının orta əsrlərdə məişəti və mənəvi mədəniyyəti // Tarix və onun problemləri, 2011, № 2, s.5–11 (rus dilində)
  • Əsməd Muxtarova, Gülnar Useynova. Krım tatarlarının Vətənə geri gönmək uğrunda mübarizəsi // Tarix və onun problemləri, 2012, № 3, s.72–80 (rus dilində)
  • Əsməd Muxtarova. Azərbaycanın müasir türk dünyasına inteqrasiyası prosesi və Heydər Əliyev // Tarix və onun problemləri, 2013, № 2 (Ümummilli lider Heydər Əliyev – 90), s.34–40
  • Əsməd Muxtarova, Sənubər İsmayılova. Orta əsrlərdə Türkmənistan xalqılarının mədəniyyətinin və elminin inkişafı // Tarix və onun problemləri, 2013, № 4, S.5–11 (rus dilində)
  • Əsməd Muxtarova. Bakı Dövlət Universiteti "Türk xalqları tarixi" tədrisinin mərkəzidir // Tarix və onun problemləri, 2014, № 4 (Bakı Dövlət Universitetinin 95 illik yubileyinə həsr olunmuş XÜSUSİ BURAXILIŞ), S.17–26
  • Manixeizmin qəbulu və Uyğurların sosial-mədəni həyatında təsiri. Tarix və Onun problemləri N1, səh, 26–312016
  • Türk Xalqalrının Mədəniyyət tarixində ibtidai dinlərin rolu. Tarix və Onun problemləri N 3. Bakı.2017 5–11
  • "Türk xalqlarının tarixinə dair mənbələr (Qıpçaqlar haqqında məlumat verən mənbələr)". Türk Tarixi jurnalında (Turkish Historical Review 2017 .8.294–306) — Türk xalqlarının mədəniyyət tarixində ibtidai dinlərin rolu ("Tarix və onun problem-ləri" jurnalı 2017, № 3, s. 18 – 22)
  • Qədim Türklərdə Totemizm və Onqon kultu ("Tarix və onun problemləri" jurnalı 2017.№ 41, s. 18 – 22)
  • XIX əsrin II yarısında Osmanlı İmperiyasında Ermənlərin inglis-rus rəqabətindən yararlanmaq cəhdləri: Erməni məsələsi-nin meydana gəlməsi. hımmüəllif Şəbnəm Cəfərova. Tarix və Onun Problemləri № 1, 2018, s. 41–51.
  • Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin əsərlərində İnsan və inkişaf etmiş modeli bağlı məsələlər. Tarix və Onun problemləri, N2. 2018, s. 13–19.
  • Azərbaycan Xalq Cünhuriyyətinin yuxarı Qarabağ və Zəngəzur bölgələrində erməni separatizm güclənməsi. həmmüəlif Taleh Cəfərov. Tarix və Onun Problemləri, N2 2018. s. 20–25
  • Aqrar sənaye kompleksi şəraitində fəhlə kadrlarının hazırlanması. B., 1972. Monoqrafiya
  • Совхозы СССР. Б., 1976, Monoqrafiya,
  • Türk xalqlarının tarixi (qədim dövr və orta əsrlər). Bakı, 1999. -Dərslik (2008-ci ildə əlavələr edilmiş və təkmilləşdirilmiş yeni nəşr).
  • Türk xalqlarının dövlətçilik tarixinə dair (qədim dövr və orta əsrlər). Bakı, 2002. Təhsilin magistratura pilləsi üçün dərs vəsaiti.[4]
  1. "Muxtarova Əsməd Immaməddin qızı". 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-23.
  2. "TÜRK XALQLARI TARİXİ KAFEDRASI". 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-29.
  3. "Tarix və onun problemləri". 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-29.
  4. MUXTAROVA ƏSMƏD IMAMMƏMMƏD QIZI[ölü keçid]
  5. İlham Əliyev orden və medallar verdi[ölü keçid]
  6. ""Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" yubiley medalı ilə təltif olunanlar" (PDF). 2019-11-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-11-27.