AAAA batareya

Vikipediya saytından
Bitim (müzakirə | töhfələr) (→‎Xarici linklər: Kateqoriya əlavə etmək) tərəfindən edilmiş 11:10, 23 sentyabr 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
D, C, AA, AAA, AAAA, 9-Volt batareyalar

AAAA batareyası — uzunluğu 42,5 mm və diametri 8,3 mm-dir.[1] Qələvi hüceyrə təxminən 6,5 qr ağırlığında və 1,5 V istehsal edir. Bu ölçülü batareya R8D425 (IEC)25 (ANSI/NEDA) da təsnif edilir. Bu ölçüdə olan qələvi batareya, Duracell tipli MN2500 və ya MX2500 və Energizer tipli E96 nömrələri ilə də tanınır.

  Sink-karbon Qələvi NiCd NiMH Li-Ion[2][3]
IEC adı R8D425 LR8D425 KR8D425 HR8D425  
ANSI/NEDA adı 25D 25A      
Tipik tutum 300 mAh 500–600 mAh   325–500 mAh 160–170 mAh
Nominal gərginlik 1.50 V 1.50 V 1.25 V 1.25 V 3.7 V
The opening of a 9-volt battery to reveal six LR61 cells, which are similar to AAAA cells.

Bu batareya ölçüsü ən çox lazer göstəriciləri, LED qələmlər, kompüter qələmləri, qlükoza sayğacları və kiçik qulaqlıq gücləndiriciləri kimi kiçik cihazlarda istifadə olunur. Bu batareyalar AAA və ya AA tipli batareyalar qədər populyar deyil və buna görə də ümumiyyətlə mövcud deyil. Qələvi doqquz voltlu batareyanın bəzi modellərində, qaynaqlanmış çubuqlarla bağlanan altı LR61 hüceyrəsi var. Bu hüceyrələr AAAA hüceyrələrinə bənzəyir və 3,5 millimetr daha qısa olmasına baxmayaraq bəzi cihazlarda öz yerlərində istifadə edilə bilər.

  1. IEC 60086–2-2011 p.15
  2. "Miniature Rechargeable Series" (PDF). GP Batteries. 6 December 2011 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 28 November 2011.
  3. "GP Rechargeable Batteries". GP Batteries. 7 March 2012 tarixində orijinalından (Web) arxivləşdirilib. İstifadə tarixi: 28 November 2011.

Xarici linklər

[redaktə | mənbəni redaktə et]